“Bütün dünya səhiyyəsi qohum evliliyinə yox deyilməsini tələb edir” – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov

“İllərdir ki, beyin mərkəzləri, tibb müəssisələri, maarifçilər, yazıçılar, KİV-lər erkən və qohum evliliyinin həm insanların psixoloji-mənəvi, həm sağlamlığa, həm də bütövlükdə gələcək nəslin böyüməsinə çox mənfi təsir göstərdiyini bağırır. Təəssüflər olsun ki, Azərbaycanda və bir çox Şərq ölkələrində bu amillərə fikir verən yoxdur və biz bu cür hallarla hər gün qarşılaşırıq. Bu da çox pis nəticələrlə cəmiyyətin üzərinə ağır yüklər qoyur”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, qohumlar arasındakı ailə münasibətləri gec-tez müxtəlif xəstləliklərin yayılmasına səbəb olur: “Genlərin mutasiyası ilə bağlı böyük bir elm sahəsi var və bu elm də sübut edir ki, hər hansı bir evlilik zamanı müxtəlif nəsildən, hətta müxtəlif millətlərdən olan insanların evliliyi daha səmərəli, daha sağlam nəsil deməkdir.

Eyni genetik kod daşıyıcıları olan insanların evlənməsi həm də problemli kodların gələcək nəsildə iki qat çoxalmasına səbəb olur. Əvvəl-axır bu məsələlər bir nəsildə olmasa belə, ikinci, üçüncü nəsildə öz fəsadlarını verir. Son illər əlilliyin çoxalması, sağlamlıqla bağlı problemlər, insanlar arasında psixoloji xəstəliklərin çoxalması da məhz bu amillərlə bağlıdır.

Qohum evliliklərinin ailə münasibətlərində də çox böyük fəsadları var. Çünki qohum evliliyi baş tutduqdan sonra yaranan problem birbaşa həmin iki ailə arasında da böyük problemlərə yol açır. Buna görə də bu cür məsələlərdə bir qədər diqqətli olmaq lazımdır. Gələcək nəsilləri nəzərə almağı da unutmamalıyıq. Bütövlükdə isə bütün dünya səhiyyəsi qohum evliliyinə yox deyilməsini tələb edir”.

Səbinə Hüseynli,

https://sia.az/az/news/social/1040687.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir