“Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və onların bu istiqamətdə maarifləndirilməsi” layihəsinin tədbirləri

Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 20.12.2022-ci il tarixdən icrasına başladığı “Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və onların bu istiqamətdə maarifləndirilməsi” layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlərnə başlayıb.

Tədbirlər fevral ayının 22-sindən başlayıb və mart ayının 1-inə qədər davam edib.

Tovuz rayon Elxan Məmmədov adına tam orta məktəbdə, Tovuz rayon Adil Qasımov adına şəhər tam orta məktəbində, Qazax rayon Dövlət Sosial İqtisad kollecində, Bakı Dövlət universitetinin Qazax filialında,  Ağstafa rayonu 1 saylı tam orta məktəbində və Ağstafa rayon Heydər Əliyev mərkəzində gənclər arasında sahibkarlıq fəaliyyətinin maarifləndirilməsi istiqamətində diskusiya xarakterli tədbirlər keçirilmişdir.

Keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllim və şagird kollektivləri iştirak ediblər. Öncə tədbir iştirakçılarını salamlayan və onlara bu şəraiti yaratdığına görə, AGF, rayon icra hakimiyyətinin başçılarına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumatlar verib. O, geniş çıxışları zamanı bildirib ki, sahibkarlıq fəaliyyətilə məşğul olmaq hər bir gəncin gələcəkdə karyerasının formalaşmasında mühüm rol oynaya bilər. Həmçinin vurğulanıb ki, sahibkarlıq fəaliyyətilə məşğul olan yetişməkdə olan yeni nəslin nümayəndələri üçün dövlətimiz tərəfindən münbit şərait yaradılmış və bu istiqamətdə prioritet addımlar atılır.

   Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspert Rəşad Əhmədova verilib. Təlimçi də, öz növbəsində, şagirdlərlə diskusiya şəklində mövzu haqqında söhbətlər aparıb.

   Tədbirdə şagirdlərə layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli bukletlər, dəftərxana ləvazimatları, üzərində donor olaraq Azərbaycan Gənclər Fondunun və ictimai birliyin loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir