Erməni icması ilə danışıqlar: Xocalıya qayıdış necə olmalıdır? – VCA və YYSİB sədri Aydın Xan Əbilovun mövqeyi

Azərbaycan nümayəndələrinin Xocalıda ermənilərlə görüşü sülhə çağırışla yanaşı, ölkə ictimaiyyətinin dünyaya hansı mesajıdır?

Azərbaycan ictimaiyyət nümayəndələri Versus.az-a Xocalıda sülhməramlıların qərargahında ermənilələrlə keçirilən görüşlə bağlı maraqlı fikir və təkliflə çıxış etdi.

“Xocalıda ermənilərlə aparılan danışıqlar da bu prosesin davamıdır”

QHT rəhbəri, kulturoloq-sosioloq Aydın Xan Əbilov qeyd edib ki, Azərbaycan coğrafiyası – Qafqazda, Şərqlə-Qərbin, Avropa ilə Asiyanın mərkəzində yerləşdiyinə görə dünyada gedən bir çox proseslərin təsiri altndadır. O, xatırladıb ki, Qarabağ müharibəsi, 30 illik işğal faktı, Ermənistanın Azərbaycana qarşı soyqırımlar törətməsi, 100 minlərlə soydaşlarımızın qaçqın, şəhid, yaralı olmasına səbəb olan proseslər, 17 dən çox ölkə parlamentinin məhz  Xocalı Soyqırımı ilə bağlı müxtəlif sənədlər qəbul edib, bəyanatlar vermələri, BMT-nin Ermənistanın işğalını pisləyən qətnamələri və digər faktlar onu deməyə əsas verir ki, dünya erməni millətçilərinin Azərbaycanın Qarabağ və digər bölgələrində törətmiş olduqları cinayətləri yaxşı bilirlər. Ekspert bütün bunlara baxmayaraq, Azərbaycanın hər fürsətdə bu faktları təzələməklə yenidən dünyanın yadına salınmasını vacib bilib.

“Bununla da bizə qarşı olan qlobal geosiyasi təsirləri zəiflədə bilərik. Bu mənada son vaxtlar Ermənistan -Azərbaycan arasında danışıqların aparılması, sülh müqaviləsinin bağlanması ilə bağlı müxtlif addımların atılması prosesində beynəlxalq ictimaiyyətin məsuliyyətini yada salmalıyıq.

A.Əbilov hesab edir ki, Xocalıda keçirilən görüş, Azərbaycanın regionda etimad mühitinin yaradılması, sülhə doğru atdığı addımdır:

“Azərbaycanın son vaxtlar apardığı sülhpərvər siyasətin daha da aktivləşməsi, Qarabağın problemlərinin araşdırılıb onun həlli yollarını göstərməsi, ekoaktivistlərin aksiyası, soyqırımla bağlı QHT-lərin, ictimaiyyətin apardığı mübarizə sübut edir ki, əslində biz Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın tezliklə Azərbaycan qanunlarına tabe olmasını, Azərbaycanın dövlət təsisatlarının orada fəaliyyətinin başlanmasını, lazım gəlsə sülhməramlıların tezliklə ərazilərimizdən çıxarılması və sərhədlərimizin  dəqiq kontrlarını müəyyənləşdirib dövlətlərarasında sülh müqaviləsinin bağlanmasında maraqlıyıq.  Bəs, həmin ermənilərin yaşayışından narahat olan o xarici təşkilatlar onları sülhə dəvət etmək üçün nə edir, Xocalı soyqırımı ilə bağlı məsuliyyətini xatırladırmı, yox”.

A.Əbilov bəyan edib ki, Ermənistan yenə də bəhanələrlə dünya ictimaiyyətini çaşdırıb, Azərbaycanın xoşməramlı siyasətinə kölgə salıb, guya Azərbaycanın erməni əhalisini sıxışdırmaqda və ayrlseçkilik  salmaqda bizi ittiham etməyə cəhd edir. Göründüyü kimi ermənilərin bu planları alınmır. 

Onun sözlərinə görə, bu onunla bağlıdır ki, Azərbaycan bütün əhalisinə kifayət  qədər sivil, demokratik, dünyanın qəbul etdiyi formatlarda münasibət bəsləyir. Dövlət qurumlarımızın Qarabağda yaşayan erməni, azərbaycanlılarla bağlı açıqladığı qayıdış, sosial rifahın yaxşılaşdırılması ilə bağlı planları var. Bu planlar dünyanın aparıcı ölkələri olan, İsrail, ABŞ, İtaliya, İngiltərənin, Türkiyə şirkətlərinin işlədiyi, beyin mərkəzlərinin hazırladığı planlar əsasında həyata keçirilir:

“Biz bu proqrama “ağıllı dövlət proqramı” deyirik.  Bu proqrama həm azərbaycanlıların, həm də erməni əsilli əhalimizin sosial mədəni inkişafı, firavanlığını nəzərdə tutan iqtisadi imkanlar daxildir.  Bu baxımdan ermənilərin Xocalı soyqırımı ilə bağlı müxtlif dövlətlərin nümayəndələrinə göndərdiyi bəyanatların çoxu qəbul edilməyib. Çünki dünya, Avropa bilir ki, Azərbaycan qələbə  qazanandan sonra imza atdığı  bəyannaməyə sadiqdir və son həddə qədər çalışır ki, öz ərazisində, qonşularla sülh və dinc  münasibətlər qurulsun.

Amma “sentyabr hadisəsi” bir daha sübut etdi ki, ermənilər qonşuluq siyasətində həddi keçəndə  çox ağır və ciddi cavablar ala bilərlər”.

A.Əbilov qeyd edib ki, bu gün Azərbaycanın tolerantlığı, multukultural dəyərləri artıq bütün dünyada öyrənilir. Azərbayacan məhz bu dəyərlərə görədir ki, Qoşulmama Hərəkatına təkrar sədr seçildi:

“Çünki bizim digər xalqlarla bağlı problemlərimiz yoxdur. Sadəcə Ermənistanda olan bəzi qüvvələr çalışırlar ki, beynəlxalq ictimaiyyəti çatdırsınlar sülh proqramnı pozsunlar. Xocalıda ermənilərlə aparılan danışıqlar da bu prosesin davamıdır. Azərbaycanın ədalətli tələbləri yerinə yetirilmək şərti ilə sülhün vaxtı yetişib”.

Tahirə Qafarlı

https://versus.az/article/az/40684

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir