Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində QHT fəalları 2 mindən çox ağac əkib. VCA və YYSİB də fəallıq göstərib

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları, agentliyin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, 300-dən çox qeyri-hökumət təşkilatları, media nümayəndələri iştirak ediblər.

Aksiyada iştirak edən Aygün Əliyeva bildirib ki, aksiya zamanı Bakı və Abşeron şəhərinin iqliminə uyğun olaraq 3 hektar əraziyə 2 mindən çox Eldar şamı, zeytun ağacları əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

Diqqətə çatdırılıb ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədovanın sözlərinə görə ölkəmizdə ağacəkmə işləri geniş vüsət almaqdadır: “Belə nəcib təşəbbüsə qoşulanların sayı gündən-günə artır. Dövlət qurumları, müxtəlif yerli və beynəlxalq təşkilatlar ağacəkmə aksiyalarına qoşularaq ətraf mühitin mühafizəsinə öz dəstəklərini verirlər. Eyni zamanda, regionlarda keçirilən ağacəkmə aksiyalarında ictimaiyyət nümayəndələri fəal iştirak edirlər. Bu il ölkə ərazisində 3 milyon ağacın əkilməsi nəzərdə tutulub. Hər kəs ölkəmizin yaşıllaşdırılması tədbirlərinə töhfə vermək istəyir. Bu yaxınlarda istifadəyə verilən “yasilgelecek.az” elektron platforması vasitəsilə bu iş daha da asanlaşıb. Kifayət qədər izləyici bu saytdan istifadə edir və öz töhfələrini verir. Ulu Öndər hər kəsi təbiəti sevməyə, onu qorumağa çağırırdı. Hər bir insan ağac əkməli, böyütməlidir deyirdi. Nazirlik hər kəsi təbiətə dost münasibət bəsləməyə, belə nəcib təşəbbüslərin aktiv iştirakçısı olmağa səsləyir”.

Eko-aksiya: Bakını yaşıllaşdıraq!

1 mart 2023-cu il tarixində Azərbaycan Respublikasinın QHT-lərə Dövlət Dəstəyi Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Heydər Əliyev İli” ilə əlaqədar QHT-lərin iştiraküyla ənənəvi ağacəkmə aksiyasını keçirildi.

Bakının Müşfiqabad qəsəbəsində təşkil olunan eko-aksiyada Vətəndaş Cəmiyyəti Alyansi və Yeni Yazarlar və Sənətcilqr İctimai Birliyinin rəhbərliyi olaraq Aydın Xan Əbilov və Ədhəm Məmmədov, eləcə də ASDDİB sədri Faiq Əhmədov da akiv iştirak edib.

Fotoalbom burada: https://www.facebook.com/Aydinxan.ebilli/posts/pfbid029iCtwqNmR5XD46X9J1V99HCX6pijmWZCapSF8NSso8h5zd4zhd7VD1wACY2Xz8Lxl

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir