“Bəzən bilə-bilə elə formada fikirlər söyləyirik ki, cəmiyyətdə rezonans doğursun…” – Kultroloq Aydın Xan Əbilov
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyin sədri, Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, tanınmış tele-ekspert, yaızıçı-kultroloq Aydın Xan Əbilov “Space TV”də yayımlanan “Gəl, danış Amil Xəlil ilə” verilişində “Anamın 76 yaşı var, istəyərdim ki, ailə qursun” açıqlamasının müzakirə yaratmasına aydınlıq gətirib.
A.Əbilov Pravda.az-a açıqlamasında deyib ki, bu məsələ əslində Azərbaycanda son vaxtlar gündəmi tamam dəyişmiş problemdir.
Kultoroloq bildirib ki, çıxışının əsas məqsədi qadın və kişilər arasındakı gender bərabərliyi, Azərbaycanın mental dəyərlərində daşlaşmış kişiyönümlü düşüncəni dəyişib, qadınlara üstünlük verilməsinə, onların da haqlarının, hüquqlarının qabardılması üçün xüsusilə “ağ piar” texnologiyasından istifadə etməyə diqqət çəkmək olub: “Üç saatlıq canlı efirdə, ikinci-üçüncü verilişlərdə də belə fikirlər qadınların Azərbaycan cəmiyyətindəki tarixən rolunun qabardılması, qadınların da öz xoşbəxtliklərini tapmaq üçün subay, dul qalanda evlənmək haqlarının tanınması üçün səslənib. Azərbaycanda efirdə, ümumiyyətlə KİV-də, mediada həmişə saxtakarlıq olub. Dağdan, göydən sitatlar gətiriblər, amma öz ailə üzvlərindən sitat gətirməyə həmişə qorxublar. Bu daşlaşmış tendensiyanı dağıdan bir şəxs kimi yalnız bu məsələdə deyil, müxtəlif məsələlərdə mən və mənə yaxın olan insanlar, atam-anam, ətrafda gördüyüm insanları obrazlı bir ifadə olaraq nümunə kimi hər zaman televiziya verilişlərində, ekspert rəylərimdə, yazılarımda vermişəm. Çox absurd bir vəziyyət yaranıb. Milyonlarla baxışı olan bir çox internet, “İnstagram” və digər sosial şəbəkə platformalarında eyni video yayımlanıb, lakin bir hissəsi kəsilərək. O videoların altında hər kəs öz səviyyəsinə uyğun müxtəlif fikirlər bölüşüb. Bunların heç birini oxumuram, çünki ehtiyac görmürəm, vaxt itirmirəm. Mənə deyilənə görə, təhqirlər də olub, öz ailə tərbiyəsini ortaya qoyan insanların səviyyəsiz çıxışları da… Bütövlükdə, insanlar, xüsusən də qadınlar bizim təklifimizi dəstəkləyiblər. Nə üçün bizdə ata-babalarımız dörd-beş dəfə həyat yoldaşları rəhmətə gedirsə, ictimai nigahda olaraq qadınlarla evlənə bilərlər, amma təəssüf ki, qadının bu haqqı qəbul edilmir? Bu mənasız tendensiyanı ləğv etmək, onun fəlsəfəsini genişləndirib, bərabərhüquqlu cəmiyyətdə insanlar arasında bərabərhüquqluluğu təmin etmək üçün mütləq ictimai-sosial diskussiyalara böyük ehtiyac var. “Gəl, danış” layihəsinin daimi eksperti olaraq təkcə bu məsələ yox, müxtəlif məsələlərlə də bağlı fikirlərimi tez-tez bölüşürəm. Qəribəsi budur ki, siravi insanlar, başqa ekspertlər bu tipli fikirlər söyləyəndə heç bir reaksiya olmur, amma biz söyləyəndə o dəqiqə rezonans yaranır, insanları sanki müzakirəyə cəlb edir. Düzdür, bu, bəzən ustalıq tələb edir. Bəzən bilə-bilə elə bir formada fikirlər söyləyirik ki, cəmiyyətdə rezonans doğursun, ictimai müzakirələrə geniş yer ayrılsın. Doğrudan da, bunu görürük. Bir neçə gün əvvəl MTV-nin “Ümid ilə gəl” verilişində ictimai nəqliyyatda yaşlı nəslin nümayəndələrinə, qadınlara yer verilməməsi ilə bağlı çağırış etmişdik ki, divanda uzanmaqdan, liftlə enib, maşınla bir məkandan digərinə getmələrinə görə hərəkətsiz qalırlar, orqanizmlərini məhv olur. Təklif etmişikdik ki, insanların hərəkət etməsi üçün bunu dəbə salaq. Bu da rezonans yaratdı. Sonuncu açıqlamam da hər kəsi düşündürür. Fikirləşirəm ki, normal haldır. Bu cür ictimai çıxışlara öyrəşməliyik. Bundan sonra da belə müzakirələr tez-tez olacaq. Bu müzakirələrdən həqiqət ortaya çıxacaq. Həqiqətin ortaya çıxamasını istəyiriksə, mütləq belə müzakirələr aparılmalıdır. Azərbaycan cəmiyyəti bu tipli yeniliklərə, yeni innovativ-sosial təkliflərə hazır olmalıdır. Yoxsa gənclərimiz ölkədən çıxıb gedirlər, beyin axını var…”
A.Əbilov bildirib ki, hətta tanınmış adamlar bu ölkədən getmək istəyirlər: “Çünki onları hərtərəfli sıxışdırırıq. Söhbət məişət, sosial, ictimai sferadan gedir. Bu, həm də elmi, humanitar düşüncəyə, hüquq sahəsinə də aiddir. Müstəqillik dövründən sonra qanunvericiliyə çox böyük dəyişikliklər oldu. Bu dəyişikliklər ona gətirib çıxardı ki, Azərbaycanda Avropa səviyyəli qanunlar var, amma onların işlək mexanizmi, demək olar, yoxdur. İnsanlar daha çox mühafizəkardırlar, sanki XIII-XVIII əsrdə yaşamaq istəyirlər. Amma gənclər bunu istəmir, onlar tamam yeni yaşam tərzi, texnologiyalar tələb edirlər. Ona görə də Avropadan öyrəndiklərimizi, modern, liberal gördüyümüz fikirləri bölüşürük ki, ictimai diskussiya vasitəsilə onun hər hansı kamilləşmiş forması Azərbaycanda da olsun. Bu, daha düzgün variantdır. Sözümün altından xətt çəkərək bir daha deyirəm ki, mənim anamın xoşbəxtliyi mənasız adamların tənqidindən qat-qat üstündür. Fikirləşirəm ki, yaşlı adamlar bir-biriləri ilə nə qədər qulaq yoldaşı olsalar, yaxşıdır. Sözsüz ki, “ailə” deyəndə bəzi manyaklar, peyinbaşlar yalnız intim münasibətləri, uşaq dünyaya gətirməyi düşünürlər. Amma ailə tamam başqa məsələdir. Yaşlı adamların bir ailədə birləşməsi, ömür-gün dostu olmasına dəstək veririk. İndi kəndlərimizdə qoca ata-analarımızı atmışıq, hər kəs şəhərə gəlib, yaxud xaricə gedir. Öz ata-analarından xəbərləri yoxdur. Onların sağlamlığı necədir, necə dolanırlar, nə yeyib-içirlər – heç kimin bundan xəbəri yoxdur. Azərbaycanda da Avropa ölkələrində olduğu kimi sosial xidmətlər, sosial qulluqçular, qocalara, kimsəsiz adamlara baxan elə böyük bir sosial işçilərimiz yoxdur ki, fikirləşək, ana-atalarımız tək yaşaya bilərlər. Ona görə də təklifin ictimai tərəfinə fikri yönəltmək lazımdır. “Aydın Xanın ayağı sınmış, qoca, 76 yaşlı anasını ərə veməsi” kimi mənasız, absurd bir fikri elə mənasız insanlar da fırladacaqlar. Cəmiyyətin özündə ciddilik olmalı, ciddi diskusiyalar aparılmalıdır. Necə ki Avropada, dünyanın hər yerində bu tipli müzakirələr ciddi şəkildə aparılır. Bizdə buna getməliyik…”
Aytəkin Qardaşova

Aytəkin Qardaşova,