Türkiyə Azərbaycan qardaşlığı, birliyi bütün dünya üçün nümunədir

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasının böyük əhəmiyyəti vardır.Türkiyə Azərbaycan qardaşlığı, birliyi bütün dünya üçün nümunədir.Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev səfirliyi ziyarət edərkən matəm kitabında bu sözləri yazmışdır: “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik”,

Azərbaycan Prezidentinin göstərişi ilə SOCAR da zəlzələnin fəsadlarının aradan qaldırılması işinə dəstək verməyə başlayıb. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır.

Burada Azərbaycan respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyini qeyd etmək istəyirəm.
Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərəcək. Türkiyəyə göndəriləcək humanitar yardım Fondun Türkiyəyə ezam edilən əməkdaşları tərəfindən zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara çatdırılacaq.

Həmçinin dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların və QHT-lərin də humanitar yardım aksiyasında fəal iştirak etdikləri, toplama məntəqələrinə fasiləsiz yardımlar gətirdikləri vurğulamaq istərdim. Bildirmək istəyirəm ki, Bu çətin gündə qardaş Türkiyə ilə həmrəylik rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin dövlət bayrağı rəngində işıqlandırılıb.

Türkiyədə baş vermiş zəlzələdə dövlətimiz, Azərbaycan xalqı olaraq uşaqdan böyüyə hərkəs qardaş ölkə üçün dəstək nümayiş etdirərək birlik ətrafında birləşmişdir.
Mən Fərid Şərifov bir gənc olaraq bildirmək istəyirəm ki Azərbaycancan gəncləri Heydər Əliyev fondunun təşəbbüsünə qoşularaq vətəndaşlıq borcunu yerinə yetirirlər.
Dövlətimiz və xalqımız Türkiyənin yanındadır.
Türkiyənin acısı acımız, sevinci sevincimizdir.
Azərbaycan Türkiyə: bir millət, iki dövlət olaraq bu agrının da öhdəsindən gələcəyini bu günlərdə bütün dünyaya sübut etdilər.

Tanrı Azərbaycan və Türkiyəni qorusun.
Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!

Fərid Şərifov,

YAP-ın üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir