Türkiyədəki zəlzələdə ölənlərin sayı 2900-ü ötdü. Prezident İlham Əliyevdən yardımla bağlı tapşırıq
Ötən gün Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində ölkənin 10 əyaləti təsirlənib.
Türkiyə mətbuatı xəbər verir ki, zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
Zəlzələdən zərər görən həmin əyalətlərin təsirli fotolarını təqdim edirik:
Xatırladaq ki, ötən gün Türkiyənin Kahramanmaraş şəhərlərində səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günorta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
Hazırda həlak olanların sayı 2 921, yaralananların sayı isə 15 834 nəfərə çatıb.
Prezidentdən yardımla bağlı növbəti tapşırıq
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq,Türkiyədə baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınacaq.
Bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.
İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınacaq.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək azərbaycanlı xilasedicilər qardaş ölkəyə çatıb.
Hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1000-i ötüb.
“CNN Türk” xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1014-ə çatıb. Yaralıların sayı isə 7003 nəfərə yüksəlib.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərlərində səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günorta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
***
Zəlzələ nəticəsində ölənlərin sayı 1121 nəfərə yüksəlib. 7634 nəfər isə yaralanıb.
***
Zəlzələdə həyatını itirənlərin sayı 1498-ə çatıb. 8533 nəfər isə yaralanıb.
***
Zəlzələdə həyatını itirənlərin sayı 1541-ə çatıb, 9733 nəfər isə yaralanıb. Son məlumata görə, zəlzələ nəticəsində 3471 bina uçub.
***
Zəlzələdə həyatını itirənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb.
***
Zəlzələdə həyatını itirənlərin sayı 1762-ə çatıb. 12068 nəfər isə yaralanıb.
***
Təbii fəlakət nəticəsində ölənlərin sayı 2316-ya çatıb. 13 293 nəfər yaralanıb. 6217 binanın uçduğu bildirilib.
***
Təbii fəlakət nəticəsində ölənlərin sayı 2379-a çatıb. 14 483 nəfər yaralanıb.
***
Türkiyədəki zəlzələ nəticəsində həlak olanların sayı 2 921, yaralananların sayı isə 15 834 nəfərə çatıb.