“Zalov İmza” TV Alyansın mətbu orqanı – “Zalov İMZA” qəzeti nəşr olundu
Bu gün ” Zalov İmza” TV Alyansın mətbuat orqanı – “Zalov İMZA” qəzetinin ilk sayı oxucularının gorüsunə gəlib.
Taninmiş ictimai fəal, hüquq eksperti İsmayıl Zalovun rəhbərlik etdiyi yeni qəzet sosial, ictimai-siyasi həyatımızda baş verən hadisələri öz səhifələrində ardıcıl işıqlandıracaq.
Qəzet üç dildə – Azərbaycan, rus və ingilis dillərində nəşr ediləcək. Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin beynəlxalq aləmdə eşidilməsinə, imkanı daxilində, dəstək verəcək.
Beynəlxalq media orqanı Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin, birinci Vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın dəsti-xəttini vaxtında ünvanına çatdıracaq.
Qəzet verdiyi və yaydığı hər bir xəbəri obyekiv və qərəzsiz şəkildə yayımlayacaq. Mətbu nəşrin əsas məqsədi, oxucularin mənafeyini nəzərə almaqla obyektivliyi qorumaq, milli mətbuat ənənələrini davam etdirmək, beynəlxalq media resursları arasında fərqlənmək dur. Oxucular bundan tam arxayın ola bilərlqe.
Qəzetin ayağı millətimiz üçün xeyirli və uğurlu olsun!
Həmkarlarımızı və İsmayıl Zalovun təbrik edirik…