Müasir insan ən çox neçə il yaşaya bilər? Elmi araşdırma

Dünyanın ən uzunömürlü insanı 118 yaşlı fransız rahibəsi Lucile Randon bu il yanvarın 18-də vəfat etdi. Onun ölümündən sonra 115 yaşlı ispan Maria Branyas Morera dünyanın ən yaşlı insanı kimi Ginnesin rekordlar kitabına düşdü.

İnsanın ən çox neçə il ömür sürə bilməsi ilə bağlı alimlərin qənaəti əsasında hazırlanan araşdırma-yazını təqdim edirik.

Alimlər uzun illərdir insanın ən çox neçə yaşına qədər yaşaya biləcəyi ilə bağlı araşdırma aparır, müxtəlif rəqəmlər səsləndirirlər. Məsələn, 18-ci əsrdə fransız təbiətşünası Georges-Luis Leclerc qəza və ya xəstəlik keçirməyən bir insanın 100 il yaşaya biləcəyi nəzəriyyəsini irəli sürmüşdü. O vaxtdan bəri həyat şəraitinin yaxşılaşması və tibbin inkişafı insan ömrünün uzanmasına yol açıb. 

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, on il əvvəl 100 və daha yuxarı yaşda olan insanların sayı 353 min nəfər idisə, 2021-ci ildə bu rəqəm 593 mini keçib.

başqa, Lerikin Pirasora kəndində yaşamış Mahmud Eyvazov 150 il, Tikəband kənd sakini Məcid Ağayev 147, Cəngəmiran kənd sakini Qızıl Quliyeva 134 il yaşamışlar. Vaxtilə 100 yaşdan yuxarı ömür sürən insanların çox olması Lerik rayonunun uzunömürlülər diyarı kimi şöhrət tapmasına səbəb olub.

Bu baxımdan dünyada yeganə “Uzunömürlülər” muzeyinin məhz Lerik rayonunda yerləşməsi də təsadüfi deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir