SXA dəstəyilə YYSİB-nin “Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi” kreativ layihəsi davam edir

Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2022-ci ilin sonunda elan edilən sosial xidmətlər sahəsində dövlət sifarişləri sırasında“Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi” mövzusunda müsabiqə də var idi. Sıralarında ölkəmizin yaradıcı şəxslərin birləşdiyi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən rəqabət şəraitində qazanılan, dekabrın əvvəlindən həyata keçirilməyə başlanılanbiraylıq“Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi” adlı müsabiqə çərçivəsindəki kreativ layihə ideoloji-mənəvi, hərbi-vətənpərvərlik istiqamətində maraqlı fəaliyyətləri özündə birləşdirir.  Müsabiqənin əsas şərtlər toplusu və sənədlərində tələb olunan qaydalara uyğun olaraq, sosial sifariş üzrə xidmətlərə başlayan layihə icraçılarının verdiyi məlumata görə, 1 ay müddətində, 1 – 31 dekabr 2022-ci il tarixləri ərzində həyata keçirilən sosal-kreativ fəaliyyət müxtəlif istiqamətləri əhatə edir.

Azərbaycanın haqq savaşından,  II Vətən – Qarabağ müharibəsindən sonra dövrünün mürəkkəb tələblərini gözləməklə, eyni zamanda,  pandemiya qadağalarını nəzərə almaqla, son illər respublikamızda subyektiv və obyektiv səbəblərə görə sayı durmadan çoxalan müharibə əlilliyi olan şəxslərin, eləcə də şəhid ailələrinin üzvlərinin sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmə, təbliğatın təşkili əsas məqsədlərdən biridir. Bu yol ilə Müzəffər Ali Baş Komandan və Prezidenti İlham Əliyevin rəhbərliyi altında  dövlətimizin, eyni zamanda, ƏƏSMN, SXA və Heydər Əliyev Fondu tərəfindən göstərilən istiqamətlərdə həyata keçirilmiş proqramların, fəaliyyətlərin, layihələrin, sosial siyasətin təbliğ edilməsi vacibdir.

“Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi” layihəsi şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətin göstərilməsi ilə əlaqədar təbliğat və maarifləndirilmə işlərinin həyata keçirilməsi üçün müxtəlif sosial reklamlar, çarxlar və qısametrajlı filmlərin çəkilməsi, eyni zamanda, təşviq edilməsini hədəfləyir. Sosial dövlət quruculuğu, vətəndaş cəmiyyəti və hökumət münasibətlərində əlilliyi olan kəsləri, həssas qrupa daxil olan şəxsləri, onların ailə üzvləri və yaratmış olduqları ictimai birlikləri cəlb etmək, ölkənin sosial siyasətin incəliklərinin təbliğatında ən yeni ünsiyyət texnologiyalarından, sosial şəbəkə alətlərindən istifadə etməklə,  geniş kütlələrə sosial xidmətlər barədə məlumatlılıq xidmətləri göstərmək günümüzün əsas çağırışlarından irəli gəlir. Qarabağa qayıtmaları üçün məcburi köçkünlərə mənəvi dəstək vermək, həssas qruplara – qazi, əlil, şəhid ailələri və onların övladlarına dövlətimizin sosial siyasətini çatdırmaq günümüzün əsas i.lərindən biridir.

   Əməli xarakterli fəaliyyətlər həyata keçirməklə hər hansı xarici təsirlərin qarşısını almaqdan ötrü sosial siyasətin gücləndirilməsi ilə yanaşı, bu sahədə görülən işlərin təbliğini də genişləndirmək vacibdir. İnternet, TV, KİV, yeni media və sosial şəbəkələr kimi informasiya platformalarında sosial xidmətlər haqqında məlumatların onları yayımaq, sadə xalq dilində yazılmış təbliğat xarakterli kağız və e-nəşrlərin hazırlanması nəzərə alınıb. Respublikamızın uğurlu sosial siyasətinə aid həssas istedadlı fərdlərin, sosial müdafiəyə, cəmiyyətə inteqrasiya olunmasına ehtiyacı olanların, onları dəstəkləyən tanınmışların iştirakı ilə ictimai debatların təşkili əsas vəzifələrdəndir. Yeni media və sosial şəbəkələrdə Feysbukda maarifləndirmə səhifəsinin yaradılması, real/onlayn görüşlərin təşkili, bu istiqamətdə müxtəlif məlumatlandırma materiallarını özündə əks etdirən video və onlayn TV verilişlərinin hazırlanması, yayımı, digər kreativ maarifləndirici aksiyaların təşkili ilə qarşıya qoyulan məqsədlərə çatmaq mümkündür.

 Layihə təbliğat və maarifləndirilmə işlərinin həyata keçirilməsi üçün müxtəlif sosial videoçarxlar və İnternet onlayn TV verilişlərin (ictimai-sosial, mədəni-kütləvi debatlar formatında) hazırlanmasını, çəkilməsini, eyni zamanda, təşviq edilməsini hədəfləyir və maraqlı innovativ-kreativ  formatları özündə cəmləyir: hüquqi bazasının təkmilləşdirilməsində, bütövlükdə bu mühüm sahədə dövlət siyasətinin həyata keçirilməsində yerli QHT-lərin rolunun artırılması nəzərdə tutur.

“Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi”  mövzusuyla bağlı müxtəlif sosial videoçarxlar və İnternet TV verilişlərin çəkilməsi və yayımı, eyni zamanda, sosial şəbəkələrdə  təşviq edilməsi üsullarının ictimaiyyətə çatdırılmasına  səy göstəriləcək. Fəaliyyətlərin nəticələri bu şəxslərlə bağlı bu sahədə aidiyyəti dövlət qurumları və digər təşkilatların iştirakının təmin edilməsi ilə cəmiyyətin dəstəyinin aktuallığı qabardılacaq.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı işlər görülür:

1. Texniki şərtlər toplusunda göstərildiyi kimi, “Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi”mövzusuda sosial-kütləvi, mətbu-nəşr, yeni media-İnternet, ədəbi-mədəni, innovativ-kreativ, kreativ-psixoloji vizual-virtual maarif­ləndirmənin təşkili, reallaşdırılan fəaliyyətlərin təbliğ edilməsi üçün ilkin məlumat bazasının yaradılması.

2. Yaradıcı mütəxəssislərin, təşkilatın könüllülərinin iştirakı ilə yazılı və elektron KİV, İnternet saytlar, sosial şəbəkələr, yeni media, eləcə də məlumatlandırma və maariflən­dirmə məhsulları vasitəsilə şəhid ailələrinin və müharibə əlillərinin mövcud durumlarınıncəmiyyətə düzgün çatdırılması, Vətən uğrunda, torpaqlarımızın bütövlüyü naminə özünü fəda edərək sağlamlığın qurban verilməsinin qəhrəmanlıq olduğunun təşviq edilməsi.

3. Cəmiyyətdə, bu şəxslərə qarşı həssas münasibətlərinin sosial-mədəni etika normasına çevrilməsinin təbliğ olunması kimi sosial xidmətlər barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi. Şəhid ailələrinin və müharibə əlillərinə diqqət və qayğının artırılması məsələlərini cəmiyyətə çatdırılması mövzusunda İnternetdə virtual və real formatlarda kampaniyalar hazırlanması.

4. Müxtəlif maarifləndirmə materialları müharibənin potensial qurbanlarının cəmiyyətə inteqrasiyası üçün sosial-mədəni, məlumat mühitinin yaradılması, o istiqamətdə sosial şəbəkələrdə təbliğat, humanist tanıtım, mərhəmət kampaniyalarının təşkil edilməsi.

5. Azərbaycanda  şəhid ailələrinin və müharibə əlillərinin sosial müda­fiəsi, onlara verilən rəsmi dövlət dəstəyi tədbirləri ilə bağlı informasiya mühi­tinin yaradılması istiqamətində real – onlayn TV-də yayımlanacaq silsilə videomateriallar, sosial çarxlar) və virtual –  sosial şəbəkələr üzərindən virtual tədbirlərin, aksiya­ların təşkil edilməsi.

6. Hər iki Qarabağ müharibəsi qaziləri, şəhid ailələrinin üzvlərinə dövlətimizin xüsusi qayğı və sosial müdafiəsini ideoloji və sosial təbliğat vasitəsinə çevirməklə ölkə Prezidenti və dövlət qurumlarının apardığı uğurlu humanist sosial siyasətə vətəndaş cəmiyyəti təsisatı olaraq dəstək verilməsi.

7. Bu istiqamətdə təbliğat və informasiya mühi­tinin yaradılması istiqamətində real və onlayn TV-də yayımlanacaq silsilə 10 video materialların davamının hazırlanması və sosial şəbəkələr üzərindən virtual tədbirlərin, elektron–virtual kampaniya­ların ardıcıl təşkili.

8. Vətən Müharibəsinin iştirakçısı olan Şəhid ailələrinin və müharibə əlilliyi olan şəxslərin hüquqları və onların təmin olunması ilə bağlı dövlət səviyyəsində görülən işlərin KİV, İnternet və sosial şəbəkələr vasitəsilə təbliğat işinin genişləndirilmiş formada aparılması.

9. Vətən üçün igidlik göstərmiş əlillərin və qayğıya ehtiyacı olan şəhid ailələri üzvlərinin  estetik-mənəvi inkişafı ilə bağlı fəaliy­yətlərin təşkili, müharibə qəhrəmanlarının, iştirakçılarının, şəhidlərinin cəmiyyətdə tanıdılması və gənclərin mə­nəvi-əxlaqi tərbiyəsinə təsir etmək üçün maarif­ləndi­rici məhsulların hazırlanması, yayımı, əhali arasında təbliğinin təşkili.

10. Şəhid ailələrinin üzvlərinin mədəni-sosial, psixoloji-mənəvi inkişafı ilə əlaqədar fəaliy­yətlərin təşviqinin daha da gücləndirilməsi üçün  yeni media, İnternet və sosial şəbəkədə vizual maarif­ləndi­rici məhsulların hazırlanması, yayımı, geniş əhali kütləsi arasında təbliği. O şəxslərin cə­miyyətə inteqrasiyasını gücləndirməkdən ötrü fərqli, asan, əlçatan informasiya mühitinin yaradılması üçün virtual maarifləndirmə kampaniyalarının genişləndrilməsi.

11. Yazılı və elektron KİV, xüsusən İnternet portallar, yeni media, onlayn TV və sosial platformalarda geniş təbliğat-təşviqat kampaniyalarının, debatların, kreativ aksiyaların təşkili, elektron məhsulların hazırlanması, təqdimatı, yayımı, İnternetdə yerləşdirilməsi.

12. Sosial sifariş yerinə yetirilən zaman fəaliyyət isti­qamətləri, aparılan işlərin məzmunu, işləmə mexaniz­mi və üsulları, yayımlanan məlumatlar, məlumatlan­dırma məhsulları barədə geniş ictimaiyyətə mütəmadi olaraq məlumatların verililməsi. Məlumat materialları İnternet portalları, elektron infor­masiya məkanlarında, mətbuat, yeni media və sosial şəbəkə resurslarında yerləşdirilməsi, orta və ali təhsil ocaqlarında, KİV-də, sosial müdafiə müəssisələrinə təqdim edilməsi.

13. Musabiqənin fəaliyyət isti­qamətləri, aparılan işlərin məzmunu, işləmə mexaniz­mi və üsulları, yayımlanan məlumatlar, məlumatlan­dırma nəşrləri barədə geniş ictimaiyyətə mütəmadi olaraq məlumatların verililməsi. Məlumat materialları həm əhali qrupları arasında paylanışı, QHT-də saxlanılması, İnternet portalları, elektron infor­masiya məkanlarında, mətbuat, yeni media və sosial şəbəkə resurslarında sosial müdafiə müəssisələrinə təqdim edilməsi.

Layihə çərçivəsində  “Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi  mövzsu ilə bağlı o qrupa aid edilən özlərinin və geniş ictimaiyyətin, ekspert və tanınmışların,  xüsusən yeni nəsil nümayəndələrinin iştirakı ilə yeni formada təbliğatların aparılması, davamlı, güclü – genişləndirilmiş maarifləndirilmənin təşkili və mövcud stereotiplərin aradan qaldırılması üçün sosial videoçarxların və videomateriallar, onlayn TV proqramlar hazırlanması, virtual kampaniyalar aparılması nəzərdə tutulub.

Hidayət – Ayxan Əbilli,

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədr müavini,

YYSİB Media və İctimaiyyətlə Əlaqə bölməsinin rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir