Biznes-motivasiya. I Veriliş. AGF, ARGTMŞ, YYSİB və YeniMediaTV təqdimatında
Biznes-motivasiya. I Veriliş. AGF, ARGTMŞ, YYSİB və YeniMediaTV təqdimatında. Birinci buraxılışa burada baxın:
Biznes-motivasiya. I Veriliş. AGF, ARGTMŞ, YYSİB və YeniMediaTV təqdimatında
Bu silsilə TV verilişlər Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi,AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR TƏŞKİLATLARI MİLLİ ŞURASININ “GƏNCLƏR TƏŞKİLATLARININ FƏALİYYƏTLƏRİNİN DƏSTƏKLƏNMƏSİ” PROQRAMI – 2.0″ ÇƏRÇİVƏSİNDƏ, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin : “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinin reallaşdırılması nəticəsində ərsəyə gətirilib.
İnnovativ layihə sağlam və fiziki məhdudiyyətli gənclərin müasir İKT aləmində, İnternetdə, sosial şəbəkələrdə, yeni mediada, tətbiqlər və virtual aləmdə açılan fərqli peşələrin (bloqqer, yutuber, PR-çı, tiktoker, şəbəkə istiqamətləndiricisi, yeni media nümayəndəsi) və ixtisasların (İnternet-jurnalistika, sayt rəhbərliyi, elektron ticarət, məsafəli təhsil, virtual kurslar, İnternet-birjalar və s.) populyarlaşdırılmasını özündə ehtiva edir. Bir çox ölkələrdə bu sahənin adamları artıq rəsmi işləyən hesab olunur ki, bu da ümumən ölkədə işsizliyin azaldılmasına xidmət etmiş sayılır. Yeni modern iş imkanlarının bir mərkəzdə birləşdirilməklə, ideya və uğur hekayələri bankını formalaşdırmaqla, mini-startaplar üçün motivasiya alətləri qurmaqla uğur qazanmış şəxslərin yenicə işə başlayan gənclərə praktikvə təcrübi “master-klas”ların keçməsinə çalışılacaq. İnternetin geniş imkanlarından yararlanaraq kreativ-innovativ iş yerlərinin yaraılması təbliğ olunur. Evdən çıxmadan, virtual ofislər yaratmaqla yeni startaplar üçün lazım olan praktik bilgilər ideya bankı rolunu oynayacaq informasiya məkanında açıq istidfadyə yerləşdirilir ki, nəinki respublikamızda yaşayan işsiz, fiziki məhdud gənclər, eləcə də 55 milyonluq diaspor nümayəndələri də ondan bəhrələnək formalaşacaq güclü sosial-iqtisadi, siyasi-ideoloji, maliyyə-resurs imkanlarını Azərbaycanımızın inkişafına yönəldə bilərlər.
Bu bir kreativ maarifçilik telekanalıdır…
Vətəndaş Cəmiyyəti Alyansı, Yeni Yazarlar və Sənətçilər İB – www.kitabxana.net, www.Yenimedia.net və YeniMediaTV portallarının birgə tele-layihəsi.
Tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovun rəhbərlik etdiyi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Yenimedia.net sosial-analitik saytın, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın və YeniMedia TV-nin birgə istehsalı.
Silsilə verilişlərə buradan baxa bilərsiz:
www.youtube.com/c/YenimediaTVaz/videos
Layihə rəhbəri, müəllif və aparıcı:YYSİB sədri, yazıçı-kulturoloq:
Aydın Xan Əbilov
TV-ni icraçı direktoru və rejissoru:
Mir Cəmal
Operator / Montaj: : Ayxan Ə.
Bakı, YeniMedaiTV – 2022

