“İnsanların çoxu unutmuşdu ki, Bakıda Üzeyir bəyin çox gözəl heykəli var” – Kulturoloq Aydın Xan Əbilov

“Tarixi və mədəniyyət abidələrinə qarşı müxtəlif ölkələrdə bir çox vandalizm hadisələri törədilib. Qədim Yunanıstanda məbədin yandırılmasından tutmuş, ermənilərin Bülbülün, Natəvanın, Üzeyirin abidələrini güllələməsinə qədər müxtəlif faktlarla rastlaşmışıq. Bu cür hadisələrin, vandalizmin qəti əleyhinəyəm. Amma hadisə baş veribsə, onu araşdırıb müsbət və mənfi tərəfləri haqqında danışmalıyıq”. 


Bu sözləri AZXEBER.COM-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O, qeyd edib ki, bu cür halların həm müsbət, həm mənfi tərəfləri var:
“Mənfi tərəfi odur ki, sənət abidəsi, heykəllər, büstlərə qarşı bu cür tərbiyəsiz əməl etmək olmaz. Amma kimsə ağılı kəsməyibsə, bunu edibsə, onun müsbət tərəfinə də baxa bilərik. Məsələn, demək olar ki, insanların çoxu unutmuşdu ki, Azərbaycanda Üzeyir bəyin çox gözəl heykəli var. Yaxud Hacı Zeynalabdin Tağıyevə qoyulmuş heykəl, bəlkə də bu qədər ajiotaj yaratmazdı, nəinki o iki axmaq gəncin törətmiş olduğu o hadisə nəticəsində bütün media, sosail media, ictimaiyyətin diqqəti həmin hadisəyə yönəlməsəydi. Bu müsbət tərəfidir”.
Kulturoloq qeyd edib ki, bu cür gənc nəsli biz tərbiyələndirməyi bacarmalıyıq:
“Digər tərəfdən, bizi də daha çox düşündürən məsələ odur ki, təəssüflər olsun ki, Azərbaycanda mənasız insanlar, savadsız insanlar əyləncə xatirinə və nəyə görəsə bu hadisəni törədirlər. Bunu edən zaman biz onlara qəribə bir münasibət bəsləyirik. Mən düşünürəm ki, bu cür gənc nəsli biz tərbiyələndirməyi bacarmalıyıq. Baxın, Avropada da incəsənət abidələrinə qarşı çox qəribə və maraqlı bir tendensiya baş tutur. Ekoloqlar Planetin dağılmasına qarşı, Planetdə baş verən iqlim dəyişikliklərinə qarşı mübarizə aparmaq üçün istər-istəməz abidələrə, bir çox rəsm əsərlərinə qarşı rəng, boya atırlar. Bu zaman da bütün diqqət onlara qarşı yönəlir. Orada da müsbət və mənfi tərəflər müzakirə edilir”. 
“Biz çalışmalıyıq ki, bizim insanlar, gənclər bu cür hadisələrə getməsinlər. Əksinə, mən çox istəyərdim ki, gənclərimizin həmin abidələrin, sənət əsərlərinin qorunması, mühafizəsi, təmizlənməsi ilə bağlı Heydər Əliyev Fondu və Prezident İlham Əliyevin ibrət götürüb başqa mədəni, kreativ aksiyalar keçirsinlər. 
Bu tipli hadisələr silsilə halına gəlməsin deyə biz müəyyyən mənada o hadisələri törətmiş gənci elə kreativcəsinə də cəzalandırmalıyıq. Məsələn, onları məcbur etməliyik ki, heykəlləri, abidələrin divarlarını yazan şəxsə qarşı həmin məkanları, həmin heykəlləri təmizləsinlər”, deyə o, əlavə edib.


Aydın Nuri,

https://azxeber.com/az/bu-hal-bas-vermeseydi-insanlarin-coxu-unutmusdu-ki-azerbaycanda-zeyir-beyin-cox-gzel-heykeli-var-kulturoloq/sosial/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir