Prezidentin doğum günü: Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ictimai təbrikimiz

Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ictimai təbrikimiz

Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına ad günü təbrikimiz!

Möhtərəm Prezidentimiz!

Sıralarında 50 vətəndaş cəmiyyəti təsisatını – ictimai birlik, QHT, gənclər təşkilatı, yazılı və yeni KİV, İnternet sayt, portal, elektron kitabxana, klubları sıralarında birləşdrən Vətəndaş Cəmiyyəti Alyansı, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin çoxsaylı üzvləri və şəxsən öz adımızdan doğum gününüz münasibəti ilə Sizi səmim-qəlbdən təbrik edirik!

Azərbaycan cəmiyyətinin fəal üzvləri olaraq Sizi Ümummilli Lider Heydər Əliyev siyasi-dövlətçilik məktəbinin çağdaş lideri və 60 milyonluq Dünya Azərbaycanlılarının böyük rəhbəri olaraq qəbul edirik. Azərbaycandakı mövcud Ulu Öndər Heydər Əliyev siyasi-dövlətçilik irsinin layiqli davamçısı kimi ölkəmizin rəhbərliyində təmsil olunandan və Prezident seçiləndən bu yana respublikamızda aparılan uğurlu daxili və xarici siyasət, aparılan məqsədəyönlü fəaliyyət, xalqımızın rifahı naminə gördüyünüz nəhəng işlər, rəhbərliyiniz altında iqtisadi-sosial, multukultural-mədəni, ictimai-siyasi, demoktratik proseslərə yüksək səviyyədə qatqılarınız, son illərdəki yeniləşmə, dövlətçilik islahatları ilə bağlı atdığınız addımlar xalq tərəfindən, eyni zamanda dünyada yaşayan çoxmilyonlu soydaşlarımız arasında yüksək dəyərləndirilərək dəstəklənir.

Şüurlu həyatınızın əsas hissəsini Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bütün sahələr və istiqamətlər üzrə möhkəmlənməsinə həsr etmisiz. Azərbaycan tarixində silinməz izlər buraxan ulu nəslinizin layiqli davamçısı, eyni zamanda çağdaş tariximizin qızıl salnaməsini yazan Heydər Əliyev və Zərifə xanım Əliyeva ocağının şərəfli nümayəndəsi, xalqımızın böyük övladı olaraq sizin fəaliyyətiniz böyük ehtiram, sayğı, xalq məhəbbəti ilə qarşılanır, ictimaiyyətimizin mütləq əksəriyyəti , eləcə də biz İNK ailəsinin çoxminli üzvləri tərəfindən dəstəklənir. Fikrimizcə, öz ölkəsinin lideri üçün bundan böyük qiymət, dəyər xalq sevgisi ola bilməz!

Siz II Qarabağ – Vətən müharibəsində böyük qələbələr qazanmış Müzəffər Ali Baş Komandan və tarixi şəxsiyyət olaraq xalqımızın gen yaddaşında və qəlbində əbədi özünüzə abidə qoydura bildiniz.

Əziz İlham Heydər oğlu!

Azərbaycan Respublikasının l Vitse-Prezidenti Mehriban xanım Əliyeva və millətsevər ailə üzvlərinizlə cəmiyyətə nümunəvi ailə başçısı kimi özünüzün ismarıclarınızı mərhəmətli əməllərinizlə, əlillərə, kasıblara, qadınlara, şəhidlərə, yaşlılara yardımınızla, mədəniyyət-mənəviyyat sahələrinə diqqətinizlə, incəsənətə qayğınızla, uşaqlara sevginizlə çatdırırsız!
Respublikamızın böyük hissəsini əhatələyən, eyni zamanda dövlətimizin geosiyasi maraqlarından irəli gələn qonşu ölkələrdə, Avropada nümayəndələri olan VCA, onun əsas aparıcı təşkilatlarından sayılan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, həmçinin şəbəkəmizin digər qurumlarının nümayəndələrinin – liderlərinin, çoxsaylı üzvlərinin, ictimai aktivistlərin, Sizin ictimai əsgərlərinizin ürəkdən gələn təbriklərini qəbul etməyinizi xahiş edirik.

Bir daha ad gününüzü təbrik edir, sizə can sağlığı, ailə səadəti, məhsuldar dövlətçilik fəaliyyətinizdə daha da böyük uğurlar arzulayırıq!

Böyük sayğı və dərin məhəbbətlə,

Aydın Xan Əbilov

Vətəndaş Cəmiyyəti Alyansı rəhbəri,

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazışı-kulturoloq

Prezident İlham Əliyevin doğum günü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

Dövlət başçısının 61 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2018-ci ilin aprelin 11-də Azərbaycanda növbəti prezident seçkisi keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev 86.03 faiz səslə yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. Aprelin 18-də and içən prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başlayıb.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edib, ölkədə yoxsulluq və işsizlik kəskin şəkildə aşağı düşüb, yüzlərlə yeni iş yerləri açılıb. Bu illər ərzində bir sıra böyük layihələrə imza atan Azərbaycan regionun lider dövlətinə çevrilib.

Ölkə başçısı Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı erməni işğalçılarından azad edib. Ali Baş Komandanın xalqımıza bəxş etdiyi tarixi qələbə nəticəsində 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir