“Sosial Dövlət Naminə” İctimai Birliyi və QHT-lərin təşkilatçılığı ilə Bakıda ictimai dəstək aksiyası keçirildi
“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, ictimai aktivist Faiq Əhmədovun təsəbbüsü, bir qrup vətəndaş cəmiyyəti təsisatınin təşkilatçılığı ilə 15 dekabr 2022-ci il tarixində keçirilən ictimai dəstək aksiyası istirakçıları bəyanat qəbul ediblər.
15. 12. 2022-ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədovun və Şəhid Ailələri, Əlillər və Müharibə Vetranlarının Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədovun təşkilatçılığı ilə Şəhid Ailə üzvlərinin, Qarabağ Vətən müharibəsi döyüşçülərinin, Qazilərin, vətəndaş cəmiyyətinin ictimai fəallarının iştirakı ilə bu gün Bakı şəhər Yasamal rayon, 2-ci Şəhidlər Xiyabanında keçirilən ictimai dəstək aksiyası zamanı QHT rəhbərləri bəyanat qəbul ediblər. Qeyri-Hökumət təşkilatlarını təmsil edən şəhid ailələrinin, qazilərin, ekofəalların, könüllülərin və media mənsubları tərəfindən qəbul edilən Bəyanatda deyilir:
Qeyri-hökumət təşkilatlarını təmsil edən ekofəalların, könüllülərin və media mənsublarının Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq keçirdikləri aksiyanı dəstəklədiklərimizi bəyan edirik.
Vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar olaraq biz Azərbaycanda fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarına və bölgədə yaranmış ekoloji gərginliyə son verilməsi tələbi ilə keçirilən aksiyaya öz dəstəyimizi ifadə edirik.
Zəmanəmizdə ətraf mühitin qorunması milliyyətindən asılı olmayaraq hər bir insanın borcudur. Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə ekoloji vəziyyətin gərginləşməsindən ciddi şəkildə narahatlığımızı çatdırırıq.
Zəmanəmizdə bütün dünyada ciddi narahatlıq doğuran iqlim dəyişikliyi və su resurslarının azalması fonunda Azərbaycanın Qarabağ bölgəsində bir qrup cinayətkar şəxsin ətraf mühitə sistemli xəsarət yetirən addımlarının azərbaycanlılara qarşı etnik nifrətdən – Azərbaycanofobiyadan qaynaqlandığı qənaətindəyik. Qeyd edilən ərazilərdəki Rusiya sülhməramlı kontingenti tərəfindən qanunsuz fəaliyyətə şəraitin yaradılmasını və sistemli ekoloji terrorun qarşısının alına bilməməsini sülhməramlıların komandanlığının bir qrup cinayətkar oliqarxın təsirində olmasının göstəricisi hesab edirik.
Azərbaycan ictimaiyyətinin haqq səsinə qoşularaq tələb edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarını və bundan irəli gələn ekoloji fəsadları yerində araşdırmaq üçün azərbaycanlı ekoloji aktivistlərin təhlükəsizlikləri təmin olunmaqla Qızılbulaq qızıl yatağına, Dəmirli mis-molibden yatağına və digər yataqlara mütəmadi baxış keçirmələrinə şərait yaradılsın.
Tələblərimiz yerinə yetirilməyənə qədər ekoaktivistlər və ictimai liderlərlə həmrəylik nümayiş etdirərək, mütəmadi dəstək aksiyalarımizi davam etdirəcəyik.

