Bakıda – Nərimanov rayonunda Qəhrəmanlıq guşəsi”-nin açılış mərasimi
15 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşkilatçılığı və rəhbərliyi altında Nərimanov rayonu ərazisində Milli qəhrəmanlarının və Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq guşəsi”-nin açılış mərasimi keçirildi.
Mərasimi Milli Qəhrəmanlar Birliyinin rəhbəri Elşən Uluxanlı açaraq Vətən müharibəsi qəhrəmanlarının və Milli qəhrəman ailələrinin və həmçinin, Vətən müharibəsi iştirakçılarının ailə üzvlərini salamlayaraq açılışda iştirak etdiyi üçün öz dərin minnətdarlığını bildirdi.
Və həmçinin, rəhbər çıxış zamanı müzəffər Ali Baş Komandan, prezidentimiz İlham Əliyevə və rəşadətli ordumuza öz dərin minnətdarlığını bildirdi.

Sonra Milli Qəhrəmanlarin ailə uzvlərilərindən Vətən müharibəsi qəhrəmanının anası Ziba xanım, şəhid Milli qəhrəman Rövşən Əliyevin bacısı Fəranə xanım, Milli qəhrəman, general Fəxrəddin Cəbrayılov, Milli qəhrəman Sahil Babayev çıxış edərək park salındığı üçün təşkilata öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbir iştirakçıları arasında Nərimanov rayon polis idarəsinin rəis müavini, polis polkovniki Habil Sadıqov, Vətən müharibəsi qəhrəmanının qardaşı, çevik polis alayının əməkdaşı, polkovnik – leytenant Qurban Qafalanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət xidmətinin Bakı şəhəri Nizami rayon əməkdaşı, mayor Əzimov Ruhin, Fövqəladə Hallar Nazirliyinin nazir köməkçisi Nağıyev Ramil və bir çox ictimai liderlər və media nümayəndələri var idi.
Tədbirin təhlükəsizlik xidmətini Nərimanov rayon çevik polis alayının əməkdaşları həyata keçirdi.

