Ağcabədinin müəllimləri idarə rəisinə və məktəb direktoruna qarşı… Aydın Xan Əbilovdan kəskin etiraz
Mətbuatda Azərbaycanda bir qrup müəllimin etiraz videosu yayılıb. Məlumata görə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın Şəlvə kənd musiqi məktəbinin müəllimləri İdarənin rəisi Qalib Həsənov və məktəbin direktoru Azər Əliyevdən şikayətçidirlər.
Narazı müəllimlər Mədəniyyət Nazirliyinə yığışaraq məktəbdəki özbaşınalıqları, qanun pozuntularını dilə gətirib, bununla bağlı tədbir görülməsini tələb ediblər. Müəllimlərin müraciətini əks etdirən həmin görüntülər mediada yayılıb.
Qeyd edək ki, son dövrlər musiqi məktəblərindəki qanunsuzluqlarla bağlı şikayətlər artıb. Söhbət təkcə Ağcabədi Regional Mədəniyyət İdarəsindən və Laçın Şəlvə kənd musiqi məktəbinin rəhbərliyinin narazılıq doğuiran fəaliyyətindən getmir, bütövlükdə musiqi məktəbləri ilə bağlı narazılıqlar çoxalıb. Xüsusən də bu problem bölgələrdə mövcuddur. Onu da qeyd edək ki, sabiq mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun məhkəməsində də əsas üzərində dayanılan məsələlərdən biri musiqi məktəblərində mövcud olmuş korrupsiya faktları idi. Məhkəmə prosesini izləyənlər bunu yaxşı xatırlayır.
Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın Şəlvə kənd musiqi məktəbinin müəllimlərinin İdarənin rəisi Qalib Həsənov və məktəbin direktoru Azər Əliyevdən şikayətlərinə Mədəniyyət Nazirliyinin hansı reaksiya verəcəyi maraqlıdır. Nazirlik şikayətlərlə bağlı nə kimi tədbirlər görəcək?
Müəllimlərin narazılığına son qoymaq üçün hansı işlər görüləcək?
- Mədəniyyət Nazirliyi: “…Məktəbdə xidməti araşdırma təyin edilməsi və zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur”
Mədəniyyət Nazirliyindən “Bakı-Xəbər”ə verilən açıqlamaya görə, nazirlikdə Laçın Şəlvə kənd musiqi məktəbinin müəllimlərinin şikayəti nəzarətə götürülüb: “Sözügedən məsələ ilə baglı məktəbdə xidməti araşdırma təyin edilməsi və zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur”.
Nazirliyin cavabı belə oldu.
Məsələyə ekspert fikri də öyrəndik.
- Aydın Xan Əbilov: “Mədəniyyət Nazirliyi ona ünvanlanan bütün şikayətləri dərindən araşdırmalı və ədalətli qərarın verilməsinə nail olmalıdır”
Analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı təəssüflə bildirdi ki, son zamanlar musiqi məktəblərində belə xoşagəlməz hallar yaşanır. A.X.Əbilov hesab edir ki, bütün bunların əsas səbəbi musiqi məktəblərinin, mədəniyyət idarələrinin yeniliklərə adaptasiya edilməməsi, yaxud etmək istəməməsi ilə bağlıdır. Xüsusi istedadlı uşaqların təhsil aldığı məktəblərdə, musiqi və incəsənətlə bağlı məktəblərdə belə halların baş verməsi, xüsusilə də korrupsiya hallarının yaşanması çox narahatlıq törədir.
“Bilirsiz ki, müstəqillikdən bu yana Azərbaycana yeni təhsil siyasəti yaradılması üçün təhsil texnologiyaları gətirilməyə başladı. Çox təəssüflər olsun ki, bu texnologiyalar gətirilən zaman ya məlumatsızlıqdan, ya peşəkarlıq səviyyəsinin yetərincə olmamasından, ya da yenilikləri mənimsəyə bilməməkdən təhsil sistemində oturuşmuş bir çox vərdişlər, bacarıqlar, əldə olunan biliklər sanki darmadağın edildi. Bu da yalnız ibtidai, natamam və orta təhsilə yox, həm də xüsusi ixtisaslı məktəblərə təsirsiz ötüşmədi. Təbii ki, söhbət musiqi, incəsənət məktəblərindən gedir.
Sovet təhsil sisteminin çox böyük uğurları vardı, amma bu uğurlar yeni dövrün tələblərinə cavab vermirdi. Biz bu təhsil sisteminin yaxsi tərəflərini götürüb, onu yeniliklə sintez edib milli təhsil sistemi yaratmalı idik. Sadəcə bunu istəmədik.
Bu sahədə mükəmməl sistemin yaradılmaması nəticəsində incəsənətlə bağlı təhsil müəssisələrində bu cür xoşagəlməz hallar yaşanır. Ağcabədidə baş verən narazılıq ilk deyil, bundan əvvəl analoji xəbərlər Bərdə tərəfindən gəldi. Bilirsiz ki, regional mədəniyyət idarəsinin rəisi dəyişdirildi. Sonra bu sahədə Qazax-Tovuz bölgəsində də problem çıxdı. Bildiyim qədər, bu sahədə Cənub bölgəsində də problemlər var. Xüsusi istedadlı musiqiçilər, incənət adamları yetişdirməyə cavabdeh olan təhsil müəssisələrində problemlərin olması narahatlıq doğurur. Qeyd edim ki, Gəncədə də belə hal baş verib. Musiqi məktəblərində baş verən problemlər gələcək peşəkar sənətkarları yetişdirən o mühitin məhvinə aparıb çıxarır. Musiqi məktəbləri direktorlarının, “zavuç” larının, hətta valideynlərin də başları belə qovğalara, şikayətlərə, məhkəmələrə qarışıb deyə, məktəbin verməli olduğu bilgi, təhsil məhv olur. Ona görə də biz buna qəti etiraz edirik. Mədəniyyət Nazirliyi ona ünvanlanan bütün şikayətləri dərindən araşdırmalı və ədalətli qərarın verilməsinə nail olmalıdır”.
A.X.Əbilov hesab edir ki, nazirlik musiqi məktəblərində ictimai nəzarəti gücləndirmək üçün fəaliyyətə keçməlidir, çünki ictimai nəzarət olmayan yerdə hər zaman belə narazılıqlar, qarşıdurmalar baş verir: “Mədəniyyət Nazirliyi, aidiyyəti dövlət qurumları ictimai təşkilatların nümayəndələrindən ibarət ictimai komissiya yaratmalıdır ki, bu yoxlama prosesində ictimai nəzarət funksiyasını yerinə yetirməli olan ictimai qurumlar da iştirak edə bilsinlər
Çox təəssüf ki Mədəniyyət Nazirliyinin, eləcə də Təhsil Nazirliyinin öz strukturlarından edilən şikayətləri bu qurumların əməkdaşları araşdırır. Amma bütün dünyada bu cür şikayətlər hüquq-mühafizə orqanları, prokurorluq orqanları tərəfindən araşdırılır. Azərbaycanda məhkəmələrə vətəndaş inamsızlığı var və nəticədə də xoşagəlməz hadisələr baş verir. Az qala məhkəmədə şikayətçilər saçyoldusuna çıxırlar. Biz valideynlərlə müəllimələrin saçyoldusunu çox görmüşük. Bir-birini videoya çəkib məhkəməyə veriblər və sair.
Qaldı musiqi məktəblərinə, bu sahəyə ciddi qayğı, sayğı, diqqət göstərilməlidir. Xüsusi istedadı olan uşaqları dedi-qodular, direktor-müəllim, müəllim-valideyn, müəllim-məmur çəkişməsinin qurbanına çevirmək yolverilməzdir. Çünki o uşaqlar bizim musiqimizin, incəsənətimizin gələcək peşəkarlarıdır. Bu cür məktəblərdə nə qədər söz-söhbət, dedi-qodu, şikayət olacaqsa, onların gələcəyi sual altına düşəcək. Odur ki, şikayət nazirlik tərəfindən ciddi araşdırılmalıdır və prosesdə ictimai qurumıarın təmsilçiləri də iştirak etməlidir, şəffalıq üçün bu vacibdir”.

Leyla QARAXANLI,