Xalqın Vəlisi, gələcəyin Azərbaycanlısı: Görkəmli ictimai-siyasi xadim Bəli Məmmədov


Vəli Məmmədov 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda anadan olmuşdur. Yardımlı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuşdur (1947-1952). Burada rus ədəbiyyatı kafedrasında baş laborant vəzivəsində işləmişdir (1952-1953). ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, N.Nərimanovun yaradıcılığı mövzüsuda tədqiqat aparmışdır.(1963-1956). Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunda kiçik elmi işçi olmuşdur(1967-1960). Azərbaycan KP MK-da təlimatçı, şöbə müdir müavini (1965-1966), Bakı şəhər partiya komitəsində ideologiya üzrə katib (1966-1971), siyasi maarif evinin müdiri, eyni zamanda Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdir müavini (1971-1988), indiki Sabayel rayon partiya komitəsinin birinci katibi (1988-1990) vəzifəsində işləmişdir.
1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin (D.Q.M.V) bir qrup erməni separatçıları Xan kəndində mitinq keçirərək D.Q.M.V.-nin Ermənistan SSR-ə birləşməsi təkliflərinə etiraz olaraq M.Ə.Sabir bağında mitinq kemirirdik. O, dövrdə Vəli Məmmədov indiki Sabayıl rayon partiya komitəsinin 1-ci katibi işləyirdi.Vəli müəllim mitinq iştirakçılarına yaxınlaşıb özünü təqdim etdi ki, mən bu rayonun rəhbəriyəm. O, mitinq iştirakçılarını Azərbaycan EA-nın Rəyasət heyyətinin zalına dəvət etdi, nə təklifiniz varsa, orada müzakirə edib Respublika rəhbərliyinə çatdıraram. O dövrdə əhali populist çıxış edənləri alqışlayırdılar. Vəli müəllim çıxış etmək istəyənlərin hammısına söz verdi. O, bütün çıxış edənləri diqqətlə, təmkinlə dinləyib öz dəftərçəsinə qeyd edirdi və zala müraciət edirdi, çıxış etmək istəyən varsa buyursun.
V.Məmmədov zalda oturanlara SSRİ-nin və Respublikamızın düşdüyü siyasi vəziyyət barədə qisaca məlumat verdi və bizim nəzərimizə çatdırdı ki, düşmənlərimiz bizə qarşı çox ciddi hazırlaşıb. Onlara layiqli cavab vermək üçün biz hammımız birləşməliyik. Mən Vəli müəllimi ilk dəfə orada gördum və zalda çıxış edən iş yoldaşım Azər Qasımzadə ilə ona yaxınlaşıb özümüzü təqdim etdik. Biz ona Akademiyanın Geologiya İnstitutunda işlədiyimizi onun nəzərinə çatdirdıq və o, çox sevindi. Bizə dedi ki, Xalidə xanım Əlizadənin həyat yoldaşıyam, doğrusu biz də çox sevindik. Sonralar Vəli Məmmədovu tez-tez mitinq keçirilən yerlərdə, indiki Sabayıl rayon ərazisində mitinqə gələnlərə başa salırdı ki, təmkinli olun, yersiz çıxışlara son qoyub işə başlamaq lazımdır.Mitinqdə çıxış edənlərin bəzisi yersiz çıxışları ilə camaatı Qarabağın problemlərindən yayındırırdılkar.
1988-ci ildə Ermənistandan azərbaycanlıları vəşicəsinə ata-baba torpaqlarindan, öz evlərindən qovurdular. O vaxtki Respublikamızın səriştəsiz, qorxaq rəhbərləri faciənin qarşısını almaqda aciz qalmışdılar. O dövrdə V.Məmmədov Qarabağın həlli yollarını təklif etdi. Ermənistandan qovulan azərbaycanlıları Qarabağ ərazisində yerləşdirib azərbaycanlıların sayını artıraraq və referendum keçirib D.Q.M.V.-ni bu yolla ləğv etmək olar. Vəli müəllim Ermənistandan gələn azərbaycanlıları D.Q.M.V.-nin ərazisinə yerləşdirirdi. O vaxtlar Ermənistan mətbuatı SSRİ-nin rəhbərliyinə və Dunya ictimaiyyətinə car çəkirdilər ki, D.Q.M.V.-də azərbaycanlıların evləri və kəndləri yağışdan sonra göbələk kimi artır. Vəli müəllimin bu planı gördüyü işləri erməniləri təşvişə salmışdı və onlar artıq hiss edirdilər ki, atdıqları addım səhv addımdır. Vəli Məmmədovu ermənilər özlərinin bir nömrəli düşməni adlandırmışdılar. Vəli muəllim Xan kəndindən Xalidə xanımın iş yerinə arabir zəng edirdi. Onda mən Xalidə xanımla bir yerdə işləyirdik. Xalidə xanım olmayanda dəstəyi mən qaldırdım, dedim Vəli muəllim Xalidə xanım otaqdan çıxıb və mənə dedi Qəhrəman demək olar ki, problemləri həll etmişik, tezliklə siz də gəlib geoloji kəşfiyyat işlərinizi davam edərsiniz. Bizim laboratoriya 1988-ci ilə qədər hər il Qarabağın Dağlıq hissəsində yay aylarında ekspedisiyada olurduq.
Çox təəsuf ki, azərbaycanlıların Qarabağın ərazisinə yerləşdirilməsi qorxaq rəhbərlər tərəfindən dayandırıldı. Körtəbii mitinqlər hakimiyyət davası və s. Dağlıq Qarabağın həllini bizim xeyrimizə get-gedə çətinləşdirdi. bu çəkişmələr Ermənistanın xeyrinə işləyirdi və onlar bu çəkişmələri öz xeyirlərinə məharətlə istifadə edirdilər.
V.Məmmədov 1988-ci ilin mitinqləri zamanı və meydanda keçirdiyimiz on səkkiz gun ərzində əvəzsiz xidmətləri var idi. Bakida komendant saatı tətbiq olunmuşdur. Bakı şəhərini Sovet qoşunları idarə edirdi. O on səkkiz gun ərzində əhali arasında təbliğat aparırdı ki, yersiz hərəkətlər etməyin, bu təbliğatlar meydanı 18 gun heç bir hadisə olmadan saxlaya bildi. Bakı şəhərini idarə edən komendanta Azərbaycan xalqı haqqinda məlumat verirdi, bu meydanda yığışanların tələbi D.Q.M.V.-nin həlli və Ermənistandan vəhşicəsinə qovulan insanların hüquqlarının bərpa etmək idi. Meydanı Bakı şəhərinin komendantın əmri ilə gecə dağıtdılar. Həmin axşam V.Məmmədovun səyi nəticəsində ciddi hadisə baş vermədi. Bizim bəxtimiz onda gətirmişdi ki, etiraz mitinqlər Vəli muəllimin rəhbərlik etdiyi indiki Sabayıl rayonunda gedirdi. Ona görə də biz arxayın idik.
1990-cı il 20 yanvar hadisələri zamanı Azərbaycana rəhbərlik edən Vəzirov ölkədən qaçmışdır və butun rəhbərlər işə çıxmırdılar. Demək olar ölkə başsız idi. Belə bir çox ağır vəziyyətdə Vəli muəllim tək qalmışdı.
1990-cı il qanlı yanvar hadisələri zamanı Vəli Məmmədovun Şəhidlərin Dağüstü parkda dəfninin rəsmiləşdirilməsində çox böyuk rolu olmuşdur.Vəli muəllim rayon rəhbəri idi və vəzifəsindən məharətlə istifadə edib Şəhidlərin dəfninin Dağüstu parkda qısa müddətdə rəsmiləşdirdi. V.Məmmədovun əvəzsiz xidmətlərindən biri də o idi ki, Şəhidlərin dəfnində heç bir insident baş vermədi, çunki Vəli muəllim kamendantın yanında idi və ona başa salırdı əsgərlər gözə görunməsə heç bir insident olmayacaq.
1991-ci ilin aprelindən avqustədək Vəli muəllim Xan kəndində olub və qələbə çalan Qarabağı erməni işğalçılarından təmizləyən döyuşlərin təşkilində fəal iştirakı olub. 1991-ci ildə Xankəndində Vəli Məmmədov Azərbaycanın üçrəngli bayrağını qaldırıb yerinə asmışdır. Ondan soruşdular niyə bayrağı gecə yox, gunduz bu işi gördun? Vəli muəllim cavab verdi: Ancaq hammınin gözu qarşısında qoy görsunlər ki, şəhər bizimdir. D.Q.M.V.-də Azərbaycan Respublikasının süveren huquqlarını bərpa edən qrumu 1991-ci ilin avqust ayının 31-də dağıtdılar üzüvləri geri çağırdılar və o gundən 20 noyabr vertalyot faciəsinə kimi Qarabağda heç kim fəaliyyət göstərmirdi. 1991- ci ilin 20 noyabrında faciə baş verdi. Vəli Məmmədov da həmin gun o vertalyotda idi. Sonrakı illərdə Azərbaycan Respublikasının faciələri başladı, torpaqlarımızın 20%-ni itirdik.
Vəli Məmmədobun əsas xususiyyətləri – vətənpərvər, cəsarətli, zəhmətkeş, insanlara qarşı mehriban, qayğıkeş, yuksək dərəcədə inkişaf etmişdir. Mən onun qayğıkeşliyindən bir misal çəkirəm: – 1957-ci ildə Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım çox pis vəziyyətdə idi, həm Dövlət adamları, məmurlar, həm də əhali ona biganə idilər, hamı çəkinirdi, ona heç kim qayğı göstərmirdi. Vəli muəllim covet dörundə evdən çıxanda 1-ci Sara xanımın yanına gedib ona yemək aparıb sonra işə gedirdi MK-yə. 23 noyabr 1991 ci ildə Sara xanım vertalyot faciəsini eşidən kimi V.Məmmədovun həyat yoldaşı Xalidə xanıma zəng edib demişdi ki: “Mən ikinci atamı da itirdim, mən çətin ki, yaşayam” Bir həftədən sonra o da dunyasını dəyişdi.
Vəli Məmmədovun bir uzu var idi: – Onu tanıyanlar arasinda istər o vaxtkı Dövlət məmurları, muxalifət numayəndələri, jurnalistlər,qəzet redaktorları, elm xadimləri bilirdilər və bilməyənlərin nəzərlərinə çatdırıram ki, onun əsas xüsüsiyyətləri – vətənpərvər, cəsarətli, zəhmətkeş, insanlara qarşı mehriban, qayğıkeşliyi elə bir yuksək səviyyədə idi ki, o səviyyədə qalmaq üçun Vəli kimi Allah, Insan və Azərbaycan sevgisi olmalidır.
Mən əminəm ki, Vəli Məmmədovun elədiyi xeyirxahlığa, insan sevgisinə, Vətən sevgisinə və Azərbaycanın ərazi bütölüyü uğrunda Şəhid olduğuna görə gələcəkdə onun haqqında dastan yazacaqlar ki, O, ALLAHı Azərbaycanı və insanları sevirdi.
Vəli Məmmədom gələcəyin Azərbaycanlısı idi!
ALLAH VƏLİ MƏMMƏDOVLA 20 NOYABR VERTALYOT FACİƏSİNDƏ VƏTƏN YOLUNDA ŞƏHİD OLANLARI RƏHMƏT ELƏSİN, RUHLARI ŞAD OLSUN AMİN!

Qəhrəman Cəfərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir