Biz Azərbaycan cəmiyyətinə modern dəyərlər diqtə edirik… YYSİB sədri Aydın Xan Əbilov

Publika.az portalı minimalizmlə bağlı fikirlərimizi yaydı…

Demək mümkündür, amma buna çalışırıqmı?

Kitabxana.net portalının rəhbəri,yazıçı-kulturoloq Aydın Xan (Əbilov) minimalizm – azla qaneə olmaq fəlsəfəsi bizə yad olduğunu deyir…

“Azərbaycanlılar təmtəraqlı, xüsusi seçilən əşyalara önəm verirlər. Dünya mənəvi, fiziki rahatlığı üçün minimal təlabbatlara uyğun olanlara can atır. İki-üç otaqlı ev alırıq, illərlə onun təmiri ilə məşğul oluruq, sonra mebellə doldururuq.

Nəticədə rahatlıq üçün alınmış mənzil narahat, sıxıcı bir məkana çevrilir. Bu cür həyat tərzi keçirən insanlardan yüksək intellekt, yaradıcılıq, cəmiyyət üçün lazımlılıq gözləyə bilmərik. Baba nənələrimizin iki-üç otaqlı evdə 10-12 nəfər yaşayıblar, amma xoşbəxt ola biliblər”.

Minimalistlərin dşüüncəsinə görə, evdəki hər bir mebel, neçə-neçə ağacın kəsilməsi, böyük ekran televiziyalar ekologiyaya nə qədər zərər vurulması deməkdir. Yazıçı-kulturoloqun sözlərinə görə, maksimalist yanaşma təbii resursların tükənməsinə də şərait yaradır.

“Minimalizm həm də təbiətə daha da yaxınlaşmaq deməkdir. Dünyanın bir sıra ölkələrində kəndlərə axın başlayıb. Bu baxımdan maariflənməyə, minimalizmlə tanışlığa ehtiyac var”.

A.Əbilovun sözlərinə görə, hər kəs öz həyatından başlayaraq bu fəlsəfəni tətbiq edə bilər:

“Məsələn mən, maşınım olsa da, ondan yalnız uşaqları məktəbə aparmaq və işə getmək üçün istifadə edirəm, digər yerlərə ictimai nəqliyyatla gedirəm, evimizin qonaq otağında sadəcə divandan başqa mebel yoxdur. Lazım olmayan nəyisə almaram, bütün il böyu qazandığım pulu xaricdəki 5 ulduzlu otelə verməkdənsə, öz kəndimizə gedə bilərəm”.

Minimalizm cinayətləri azalda bilərmi?

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə isə ölkə ərazisində kriminallığın artması, ailə zəminində cinayətlər, aldatmaların səbəbi maddiyata daha çox önəm verilməsi ilə əlaqədardır.

“Mənəviyyatın önəm verildiyi cəmiyyətlərdə ahəng effekti yaradır. Madiyyatın önəm verildiyi cəmiyyətlər mənəvi iflasa məhkumdur. Çalışmaq lazımdır, insanlar maddiyyat yox, mənəvi keyfiyyətləri ilə yarışsın. Bunun üçün konkret yanaşmalar, tezislər var”.

Sosioloq minimalizmin tətbiqi üçün bir il vaxt lazım olduğunu dedi:

“Dövlətin humanitar siyasətində dəyişiklik etmək lazımdır, həm qanunlar qəbul edib, həm də maarifləndirmə işləri aparılmalıdır. Eyni zamanda ictimai qınaq, inzibati tədbirlər görülməlidir.

Düzdür indi ABŞ, Avropa ölkələrində dəbdəbəli həyatdan sadəyə doğru meyl artır. Biz isə onlardan öyrənməkdənsə, öz keçmişimizə baxaraq, bu adətlərin bizə yad olmadığını görərik”.

Minimalizm yanaşmasının digər müsbət tərəflərinə gəldikdə sosioloq bildirdi ki, elmin inkişafı, yaradıcılığa təsir edə bilər.

İnsanların geyimləri, maşınları ilə yox, elmləri ilə yarışmaları cəmiyyətin inkişafına təsir edəcək. Cəmiyyəti sadəcə doğru yola istiqamətləndirmək lazımdır.

Qeyd edək ki, son vaxtlar interyerdə minimalizm elemntləri geniş yayılıb. İlk baxışda çox sadə, bəsit görünsədə, minimalistik interyer olduqca baha başa gələ bilər.

Predmetlər az olduqda, interyerin gözəlliyini ortaya çıxartmaq üçün elementlərin hər biri özəlliklə seçilməlidir və təbii ki, bu xüsusi məbləğ ortaya çıxarır. Öz görülən sadəliyinə və funksionallığa baxmayaraq, interyerdə minimalizm ucuz üslub deyil.

Ona görə də, bu üslubu tam minimalizm hesab etmək olmaz.

Gülxar Şərif

2013


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir