“Qəzetləri almaq və çap etmək üçün müəyyən vəsait xərclənməlidir” – VCA və YYSİB sədri, ekspert Aydın Xan Əbilovun açıqlamaları
“Həyatın və dünyanın qanunudur ki, hər yeni nəsil gəldikdə özü ilə yeni texnologiyalar, innovasiyalar və yeniliklərlə özünü sübut etmək istəyir”. Bu sözləri SİA-ya açıqlamasında analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, 21-ci əsr internet, sosial şəbəkələr, yeni sosial media zəmanəsi sayılır. Biz istəsək də, istəməsək də bütün dünyada gedən prosses Azərbaycanda da öz sözünü deyir. Bu baxımdan da 21-ci əsri biz yeni texnologiya əsri ilə yanaşı, informasiya inqilabı, informasiya çevrilişi və məlumatların, xəbərlərin elektronlaşması, virtuallaşması zəmanəsi də hesab edə bilərik. İnternet özü ilə birlikdə yeni düşüncə tərzi, yeni mütaliə və virtual yazı mədəniyyəti gətirdi.
İnsanlar artıq kağız daşıyıcısı olan qəzetlər, jurnallar və nəşrlər yox məhz elektron variantda olan məlumatları izləməyə başladılar. Bunu da normal qarşılamaq lazımdır. Qəzetləri almaq və çap etmək üçün müəyyən vəsait xərclənməlidir. Lakin sosial mediada isə bu sadaladıqlarımıza o qədər də ehtiyac duyulmur. Ona görə də, insanlar daha ucuz və daha tez başa gələn informasiya texnologiyalarından faydalanmağa üstünlük verirlər”.
Müəllif: Ziya Hikmət oğlu, https://sia.az/az/news/social/999005.html

