VCA və YYSİB sədri Aydın Xan Əbilov “Poz, qazan”dan danışdı: “Uşağdan böyüyə kimi dindirirsən bahalı maşın, yüksək mərtəbəli binalarda qarajlı ev…”

Son vaxtlar Azərbaycanda get gedə şans oyunlarına marağın artması, əhalinin orta və aşağı təbəqəsinin lotereyada milyonlar udmaq arzusu ilə alışıb yanması sözsüz ki, “Poz Qazan” ”Misli” oyunların populyarlaşmasına gətirib çıxartmışdır. Bunun müsbət və mənfi tərəflərinin Azərbaycan cəmiyyətinə təsiri çox böyükdür.

Bu sözləri Azərlotereyanın mədəni qumar satışının, cəmiyyətimizə müsbət və mənfi nəticəsi mövzusunda “Yeni Gundem”-ə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq, Aydın Xan Əbilov danışıb .

Kulturoloq məsələyə belə aydınlıq gətirdi:

“Sözsüz ki, inkişaf etmiş ölkələrdədə bu tipli texnologiyalar var. Amma oradakı fərq dövlətin və dövlət qurumlarının lotereya fəaliyyətini təşkil edən, oyunlarda iştirak edənlərə böyük nazərətidir. Məsələn siz lotereyalarda milyonlar qazana bilərsiniz. Əgər o vəsaiti öz hesabınıza o dəyqə köçürmək istəyən halda dövlət qurumları sizdən müəyyən vergilər tutur.Bu fəaliyyət növünü təşkil edən şəxslər öz gəlirlərinin böyük bir hissəsini cəmiyyətin müxtəlif problemlərinin həllinə yönəldirlər. Bu ilk baxışdan görünən tərəfidir.Digər tərəfdən Azərbaycanda həddindən artıq lotereyalara maraq çox böyükdür.Uşağdan böyüyə kimi dindirirsən bahalı maşın, yüksək mərtəbəli binalarda qarajlı evləri lotereyalarda qazanmaq istəyir. Bu cəmiyyəti tənbəlləşdirən, hətta ən böyük uduş belə dilənmək kimi qəbul edilməlidir. Bundan işbazlar çox istifadə edirlər. İstər ölkə daxili, istərsədə xaricdən gəlmə lotereya oyunları, o cümlədən virtual lotereya oyunları,hətta məişətimizdə belə qumar, kart oynamaq Azərlotereya oyunlarına maraq insanların əlini işlərindən soyudub. Azərbaycanın özünündə vaxtilə lotereya deyilən sosial yardımlaşma texnologiyası var idi. Yəni iş yoldaşları bir il ərzində hər kəsə ümumi yığılmış məbləğin düşməsi şərti ilə lotereya oynanılırdı.Bu Azərlotereyasız bir texnologiya idi. Amma mentalitetimizdə, dini baxışımızda lotereyalar, birdən varlanmağın günah, mənfi olması haqqında çoxlu fikirlər olsada Azərbaycan insanı lotereyaya çox böyük həvəs göstərir.

Lotereya satılan yerlərdə nə qədər insanlar toplaşır?

Onlardan çoxu gəliri az olan insanlardır.Onları başa düşmək olar.Onlar istəyirlər ki, 1 manat verməklə hansısa böyük məbləği qazansınlar. Öz iqtisadi və digər problemlərini həll etsinlər. Ancaq biz bəzən görür ki, orta təbəqənin nümayəndələri, hətta varlıların övladları belə külli miqdarda lotereyalara, kazino oyunlarına məbləğ sərf edirlər. Ailələr tanıyıram ki, övladları lotereya aludəçisi olduğuna görə bədbəxt olub. Daha sonra narkotik maddələrə keçib.Çünki özünə təsəlli vermək üçün başqa variantı yoxdur.Öz həyatını məhv edir. Təfəkkürümüzdə belə bir şey var. Nəsə mənfi bir şey varsa Allah qarşısında többə edirik ki, ikinci dəfə bele bir şey etmərik.Ondan sonrada problemin həlli ilə bağlı mənəvi psixoloji mübarizə aparırıq.”

https://yenigundem.az/aydin-xan-ebilov-poz-qazan-dan-danisdi-usagdan-boyuye-kimi-dindirirsen-bahali-masin-yuksek-mertebeli-binalarda-qarajli-ev/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir