“Qayğı və Himayə” Xeyriyyə Fondunun “Zəfər təntənəsi” kitabı və layihə təqdimatı keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu sentyabr ayının əvvəlindən reallaşdırmağa başladığı, “Zəfər” salnaməsi: qəhrəmanlığın ədəbi-kreativ tarixi” adlı ikiaylıq layihəsi çərçivəsində tədbir keçirilib.

Fondun “Azərbaycan” nəşriyyatında yerləşən qəragahında təşkil olunan tədbir “Zəfər” salnaməsi: qəhrəmanlığın ədəbi-kreativ tarixi” adlı ikiaylıq layihəsi çərçivəsində işıq üşü görmüş “Zəfər təntənəsi” toplusunun, eləcə də vətənpərvərliyə həsr olunmuş tədbiri Fondun sədri və layihə rəhbəri Gülayə Rzayeva açaraq qonaqları salamladı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, eləcə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə layihəyə verdikləri dəstəyə görə xüsusi minnətdarlığını çatdıran G.Rzayeva layihə haqqında geniş məlumatları iştirakçılara çatdırdı. O bildirdi ki, reallaşdırdıqları kreativ layihə ənənəvi – ədəbiyyat və yeni vizual formaları özündə birləşdirməklə məktəbli, tələbə, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik, Vətən uğrunda canını keçmək kimi müqəddəs hissləri aşılayan II Qarabağ Zəfərini xalqımıza yaşadanların, xüsusən də Ali Baş Komandan İlham Əliyev başda olmaqla, qəhrəmanlarımızın, şəhid və qazilərimizin igidliklərinin sənət dili ilə ədəbi-poetik salnaməsini yaratmağı nəzərdə tuturdu və məqsədləırinə də nail olublar. Vətən müharibəsində igidlik göstərənlərin qəhrəmanlıqlarını indiki və gələcək nəsillərə tanıtmaqla, ən yeni estetik alətlərdən yararlanmaqla, şanlı Qələbənin ədəbi formalarda, müxtəlif janrlarda əbədiləşdirilən poeziya və publisitika nümunələrindən ibarət kitab, həmçinin iki buraxılış İnternet TV veriliş artıq ədəbi-mədəni ictimaiyyətin diqqətinə təqdim edilib.

Daha sonra çıxış edənlər, tədbirin aparıcısı QHT sədri, jurnalist Zamin Zeynallı, YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, qazilərdən Zaur Kazımov, Saleh Hacıyev, eləcə də ədəbiyyat, mədəniyyət adamları və ictimai fəallardan Balayar Sadiq, Hüseyn Məmmədov, İlham Əsgərli, Cəmil Xəlilov, Özdəmir Məmmədli, QHT sədri Tahirə Məmmədova, Elçin Məmmədov, Gülər Əlvanqızı, Rüfət Piriyev və başqaları söz alaraq çıxış etdilər. Natiqlər bildirdilər ki, Zəfər mövzusunda ənənənəvi və yeni formatlardan – kitab, ədəbiyyat nümunələri, elektron nəşr, İnternet TV verilişləri, sosial şəbəkələrdə virtual aksiyalar və b. metodlardan yararlanmaqla, şəhidlik və qazilik zirvəsinə qalxmış övladlarımızın, eləcə də Qalib Müzəffər Ordu və Ali Baş Komandanın, igid hərbiçilərimizin əbədi-vizual obrazlarını yaratmaq zəmanəmizin aktual məsələlərindən hesab olunur. Qəhrəmanlığı örnək kimi göstərən, müxtəlif nəsil yaradıcı insanların yaratdıqları obrazların özündə birləşdirən əsərlərin kağız/elektron formada nəşri, tanıtımı, yayımı nəzərdə tutulur. Paralel olaraq İnternet resurslarında yayımlanacaq, daimi qalacaq vizual / virtual məhsullar, 2 onlayn TV veriliş, yeni mediada gedəcək virtual məhsullar yaratmaq, eləcə də sosial şəbəkələr, yeni media, saytlar, İKT imkanlarından bəhrələnməklə, gənc nəslin qəbul etdiyi formatlara uyğun fəaliyyətlərlə təbliğati-ideoloji aksiyalarını təşkil edilməsi həm də çağdaş tariximizi gələcək nəsillərə ötürmək baxımından vacib məsələdir.
Çıxışçılar elə bildirdilər ki, Zəfər tarixinin yaradılması istiqamətində növbəti mərhələ kimi düşünülmüş fəaliyyətlər zamanı yaradıcı insanları səfərbər etmək, müxtəlif nəsil nümayəndələrini birləşdirmək vacibdir. Daha sonra tədbirin ədəbi-mədəni hissəsi baş tutdu, sənətçilər və qiraətçilər, eləcə də şeirləri topluda getmiş müəlliflər müxtəlif əsərlər səsləndirdilər, fotolar çəkildi.
Layihə Rəhbəri Gülayə Rzayeva təqdimat mərasiminin yekununda bildirdi ki, vətənpərvərliyin zirvəsi sayılan müharibə qəhrəmanlarının işıqlı obrazlarını həm çağdaş humanitar düşüncəmizdə, həm ədəbiyyatımızda, həm milli-mənəvi ideologiyamızda, həm də İnternet resurslarımızda yaratmaqla, gənc nəsilə tanıtmaq, davamlı təbliğat aparmaqla dövlətimizin bu sahədə apardığı siyasətə dəstək durmaq üçün fəaliyyətlər həyata keçirilməsi bundan sonra da davam etdirilməsi nəzərdə tutulur. Ölkə daxilində və dünyada Azərbaycanın möhtəşəm Qarabağ Zəfəri ilə bağlı həqiqətlərin, yeni ədəbi əsərlərin geniş yayılmasına səbəb olması üçün səylər göstəriləcək. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın Qarabağ Zəfəri haqqında yaradılan yeni ədəbi nümunələrin geniş yayılmasına səbəb olacaqdır.
Sonda çay süfrəsi ətrafında müzakirələr davam etdirildi…
Ayxan – Hidayət Əbilli, YeniMedia.net

