Əli – Makron tandemi, yoxsa geosiyasi “siam əkizləri”. – Politoloq Adəm İsmayıl yazır

İlk baxışdan bu başlıq oxuculara qəribə gələcək. Fransanın bizə düşmən olan prezidenti Makronla Əli Kərimlinin hansı ortaqlığı var ki, bunlar tandem təşkil edir? Amma bunlar ortaq xüsuyyətləri olduğu üçün belə bir başlıq seçdik.
Birincisi, hər ikisi eyni yerdən – Vaşinqtondan sifariş alır. Belə ki, səbəbdən asılı olmayaraq, Makron Rusiyanı, Əli Azərbaycanı tənqid atəşinə tutmalıdır.
İkincisi, hər ikisi Ermənistanın “hüquqlarini” qoruyur. Makron da, Əli də deyir ki, Azərbaycan Ermənistan sərhədinə təcavüz edib. Düzdür, Makron maraqlanır ki, “Ermənistan və Rusiya sərhədində son iki ildə nə baş verir? 5 min rus əsgər, guya Ermənistan sərhədini qoruyur. Ancaq ruslar bu konfliktdən istifadə edərək, bir neçə əsrdir ki, Azərbaycan oyununu oynayır və vaxtı ilə yaxın olduqları Ermənistanı indilərdə zəiflətməyə çalışır. Görürsünüzmü, nə baş verir? Bu, Rusiyanın vəziyyəti destabilizasiya etmək cəhdindən başqa bir şey deyildir. Rusiya Qafqazda qarışıqlıq yaratmaq istəyir ki, bizim hamımıza qeyri-sabitlik gətirsin”.

Eyni fikirləri bir qədər başqa formatda Əli Kərimli də deyir: “Azərbaycanın Ermənistan sərhədində etdiyi hərəkətlər təcavüz kimi dəyərləndirlməlidir”. Onun bu fikrini xaricdəki bloqqer adı altında fəaliyyət göstərən milli satqınlar da eyni cür səsləndirir.
Üçüncüsü, E.Makron və Ə.Kərimli eyni mövqedən çıxış edir və deyirlər ki, Qərb dövlətləri hansı formada olursa-olsun, Azərbaycan Ermənistan münaqişəsinə müdaxilə etməlidir. Hər ikisi bildirirlər ki, Ermənistanın hüquqlqrı pozulur.

Haradasa Makron başa düşmək olar, çünki arada həm qan bağlılığı və həm də para bağlılığı var. Son yüz ildə Fransa daima Ermənistanın yanında olub. Amma Əli Kərimlini başa düşmək çox çətindir. Bilirik ki, özünün ermənilərlə qan bağlılığı yoxdur, amma yaxınları haqqında bu sözü deyə bilmərik. Bəlkə də var biz bilmirik. Qalır para bağlılığı. Axı Əli Kərimlini maliyyələşdirən xarici qüvvələr var, niyə erməni parasına göz diksin? Hər halda bu sualın cavabını Əli Kərimli daha yaxşı bilər.
Dördüncüsü, hər ikisi özündən razı, müştəbeh, özlərini TV-dəki şou əhli kimi, şou-biznes lideri kimi aparırlar. Ə.Kərimlinin öz ətrafina qarsi satqınlığı və böyük müəlliminə qarşı xain əməlləri nəticəsində 1992-93-cü illərdə Azərbaycan üçün hansı bəlaları gətridisə, indi də Makron həmin iqtisadi-siyasi bəlalara Fransanı düçar edir.

Makronun stabil olmayan siyasəti nəticəsində ortaya çıxan işsizlik, qeyri-peşəkar idarəetmə, düşünülməmiş qərarlar, “Roma Papasından çox katolok olmaq” iddiası, hamını hər şeydə günahkar çıxarmaq, haqsız və əsassız iddialar irəli sürmək, bütün məsələlərdə ancaq neqativ çalarlar axtarmaq və s. bu oxşar cəhətləri kifayət qədər saymaq olar. Gördünüzmü özlərini ciddi siyasətçi kimi göstərən bu kəslərin oxşar cəhətləri imkan verir ki, bu iki düşmənimizi siyasi “siam əkizləri” adlandıraq.
Əli Kərimli də, Emmanuel Makron da, hətta müdafiə etdikləri Nikol Paşinyan da anlamalıdır: Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev onları və tərəfdarlarını məğlub edərək yeni siyasi reallıq yaratmışdır.

Artıq Azərbaycan təkcə Cənubu Qafqazın deyil, həm də Avropanın siyasi arxitekturasının formalaşmasında önəmli rol oynamağa başlamışdır. Gərək kor olasan ki, bu reallığı görməyəsən.

Siyasi elmlər doktoru, Adəm İsmayıl

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir