“Prezident İlham Əliyev Ermənistana sonda “Qarabağ Azərbaycandır” aksiomasını qəbul etdirdi” – Asif Əsgərli
“Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq Ermənistanın öz ödəliklərini pozmasının son dərəcə biabırçı fakt olduğunu deyib: “Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim”. Azərbaycan hələ ki, səbr edir. Böyük bir əminlik var ki, Azərbaycan öz istəyinə nail olacaq. Noyabrda ölkə rəhbərləri səviyyəsində planlaşdırılan Brüssel görüşü sülhə daha da yaxınlaşmaq baxımından önəmli olacaq”.

