Lənkəranda ekoloji təmiz kənd kampaniyası keçirilir: Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımıyla “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin “Ekoloji təmiz kənd kampaniyası təcrübələrin tətbiqi” adlı ekoloji layihəsi çərçivəsində ekoloji monitorinq, ictimai e-aksiya və tədbirlərinə başlayıb. Təşkilatın rəhbəri İradə Həsənovanın rəhbərliyi altında layihə eksperti və könüllülər Lənkəran rayonuna səfər ediblər.

Bu ilin sentyabr ayından başlayan, 2 aylıq müddətinə reallaşdırılan layihə Lənkəran rayonunun Aşağı Nüvədi və Kənarmeşə kəndlərini əhatə edir. Keçirilən ekoloji-sosial layihə təmiz və cəlbedici yaşayış mühitinin yaradılması, onların respublikanın başqa bölgələrdəki kənd yerlərində təcrübə kimi tətbiq edilməsi planlaşdırılır.

Fəaliyyət çərçivəsində oktyabrın 5-də rayonun Aşağı Nüvədi və Kənarmeşə kəndinin icra nümayəndəliyiklərində, bələdiyyələrdə görüşlər keçirilib. Daha sonra layihə rəhbəri, ekspertlər, ictimaiyyətin nümayəndələri və könüllülərin iştirakı ilə kəndlərdə, eləcə də  Xəzər dənizinin sahilində ekoloji monitoriqlər keçirilib, video-foto çəkilişlər aparılıb. Eko-araşdırmaların nəticəsi olaraq yerli ekoloji problemlərin müəyyən edilməsi, cəlbedici kənd mühitinin yaradılması üçün tövsiyyələrin hazırlanması, təkliflərlə yerli icmalara və dövlət orqanlarına  təqdim edilməsi nəzərdə tutulan fəaliyyətlərlə yanaşı icmaların və məktəblilərin iştirakı ilə ağacəkmə aksiyası, zibillərin yığılması üçün məkanlar seçilib.

Oktyabrın 6-da Aşağı Nüvədi kənd tam orta məktəbində keçirilən tədbirdə bu təhsil ocağının müəllimləri, şagirdlər, qonaqlar, kənd icmasının nümayəndələri fəal iştirak edirdi.

İctimai maarifçilik, ekoloji müzakirə formatında təşkil olunan tədbiri məktəbin direktoru Nisə Camalova açdı, Bakıdan gələn qonaqları, ayihə komandasının üzvlərini və iştirakçıları salamladı. Ekoloji bilgilərin yeni nəslin təlim və tərbiyəsində xüsusi yerini olduğunu bildirən N.Camalova bu tipli layihənin aktuallığını xüsusi vurğuladı.

Layihə və təşkilat rəhbəri İradə Həsənova çıxışında bildirdi ki, ekoloji böhranı qarşılaşmaq üçün dünya və yerli təcrübələrdən yararlanaraq, ətraf mühitin mühafizəsi, bio-müxtəlifliyin qorunması, təmiz yaşayış məntəqələrini dövrümüzün eko-etik normalara, dəyərlərə çevirməyin vaxtı yetişib. Kənd yerlərində əhalinin sürətlə yaşlaşması, ətraf mühitin korlanması, məişət tullantılarının yığılmasındakı çətinliklər, zibillərin hara gəldi atılması, ağacların kəsilməsi, çayların və kanalın sularının çirçləndirilməsi və belə kəskin ekoloji duruma insan faktorunun get-gedə daha çox təsir etməsi günümüzün problemli reallıqlarını təşkil edir. Paytaxt Bakıda nisbətən sahmana düşən bu proseslər, bölgələrimizdə, kənd və qəsəbələrimizdə aktuallığını hələ də saxlamaqdadır. Təəssüflər olsun ki, bir sıra hallarda problemlər sadəcə nəzəri baxımdan araşdırılır, hesabatlar yazılır, tədqiqatlar aparılır, amma əməli iş görülmür. Odur ki, hər sahədə kənd sakinlərinin maarifləndirilməsinə böyük ehtiyac duyulur.

Daha sonra layihə eksperti Vamiq Babayev, YYSİB sədri Aydın Əbilov və başqa çıxışçılar kəndlərdə məişət və təsərrüfat tullantıları üçün xüsusi yerlər ayrılmasının, tullantıların daşınması və təkrar emalı istiqamətində ciddi addmların atlmasının  vacibliyini vurğuladılar.

Çıxışçıar bildirdilər ki, kənd sakinləri evlərində və həyətlərində toplanmış məişət və təsərrüfat tullantılarını xaotik şəkildə münasib olmayan yerə atmaları, yandırır, havaya zəhərli qazlar yayılmasına səbəb olur. Bunların nəticəsində potensial epidemiya ocaqları yaranır, az qala hər addımda ziyanlı, zəhərli tullantıların ərzaq və içməli su mənbələrinə qarışması təhlükəsi yaranır, ekologiya çirklənir, flora və faunaya ciddi ziyan dəyir, kənd təsərrüfatı məhsullarının təmiz, sanitar şəraitdə istehsalı sual altına alınır, insanların sağlamlığı təhlükə ilə üzləşir. Kənd yerlərində məişət tullantılarının planlı, operativ və mütəşəkkil qaydada toplanmaması, ərazilərin çirkli olması həmin yerlərdəki tarix və mədəniyyət abidələrinin aşkara çıxarılıb tədqiq edilməsinə mane olur, bölgəyə turistlərin cəlbi ilə bağlı problemlər yaradır. Bu mənada layihənin ideyasə Bakıdakı hazırlanaraq uğurla həyata keçirilən qabaqcıl təcrübələri eko-kampaniyaya çevirərək bölgələrdə yaymaqla ətraf mühitin qorunmasına kömək etməkdir. Azərbaycanın iqtisadi potensialı yüksək olan cənub bölgəsində, xüsusilə kənd yerlərində tarixdən və kökdən gələn təmizkarlıq, ekoloji və bioloji identikliyin mühafizəsi üçün görülən işlər, yanaşmalar diqqətdən kənarda qalmamalıdır.

Layihə rəhbəri onu da söylədi ki, eçilmiş kəndlərdə cəlb olunmuş əməkdaşlarla bərabər monitorinqlər aparılıb və iki kəndin sakinləri ilə sorğular aparılır. Sorğunun aparılmasının əsas məqsədi əhalinin təmiz kəndlə bağlı nəyi bəyəndiyi, nəyi isə bəyənmədiyi aşkar etmək, kəndlərdəki ekoloji problemlərin əsasən nədən ibarət olduğu üzə çıxarmaqdır. Bu isə öz növbəsində layihənin sonunda hazırlayacağımız hesabatda öz əksini tapacaqdır.

Daha sonra ağacəkmə aksiyası keçiriləcəyini, məktəblilərin də bu faydalı işdə fəal olmağı çağırış edildi. Məlumat verildi ki, kəndlərdə yerli sakinlər, gənclər və məktəblilərlə birlikdə zibilliklərin təmizlənməsi və ağacların əkilməsi ilə bağlı aksiyalar mütəmadi keçiriləcək. Təmiz kənd haqqında sakinlərlə, gənclər və məktəblilərlə geniş söhbətlər aparılacaq. Hər bir kəndin icra,  bələdiyyə və KİV-in nümayəndələri ilə birlikdə  görüşlər keçiriləcək və problemlərin müzakirəsi aparılacaq. Yerli icra orqanlarına və bələdiyyələrə problemlərin həlli və ekoloji təmiz kəndlərin yaradılması  üçün müvafiq tövsiyyələr təqdim ediləcək. Paytaxt Bakıda hazırlanaraq uğurla həyata keçirilən qabaqcıl təcrübələri eko-kampaniyaya çevirərək bölgələrdə yaymaqla ətraf mühitin qorunmasına kömək etmək üçün Yaşıllar hərəkatını gündəmə gətirmək vacibdir. Layihə həyata keçirilən kəndlər daimi olaraq diqqətdə saxlanılacaq, öyrədilən bilik və bacarıqların başqa kəndlərdəki vətəndaşlarımıza ötürülmüsinə çalışılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir