Təhsil sistemində ictimai nəzarətsizlik… VCA və YYSİB sədri, yazışı-kulturoloq Aydın Xan Əbilovdan həyacan siqnalı…
Cəlilabada məktəblilər şagirdi dəfələrlə zorlayıb, ana bütün ölkəyə və məmurlara bunu sübut etmək üçün amansiz zəmanəylə savaşa çıxıb…Kürdəmirdə müəllim həyat yoldaşına 20 bıçaq zərbəsi vurub…
Tərtərdə, ya da hansısa rayondaydi, direktor 16 yaşlı qohumu ilə evlənir, ictimaiyyət lal-dinməz qalır…
Tolikin – günün günorta çağı, uşaqların da baxdığı – tele-şousunda bir manyak, qocaman, səs oğrusuna oxsayan müəllimə indi sabiq, onda isə nazir işləyən Ziya Məmmədovun oğlu Anarı döydüyünü qəhrəmancasına bəyan edir: görün, bu psixo-xəstə illərboyu kasıbın övladlarını – sadə məktəbliləri necə it kimi cırpıb…
Bakıda bir məktəbli şagird yoldaşını döyüb, müəllimənin isə bəhanəsilə baxın, videonu çəkən sinifə iki smartfon gətirib, birini təhvil verib, o birini gizlədib və bu döyülmə faktını ictimailəşdirib. Deməli, video çəkilib yayılmasaydı, minlərlə belə fakt kimi, bu zorakılıq olayı da gizlədilərdi…
Son vaxtlar ictimailəşdirilən rəsmi faktlar: il ərzində 500 yaxın azsaylı, məktəbli qızın doğduğu uşaqlar, biclər, yazıqlar…Görün, aztaşli analar öz qeyri-qanuni övladlarını, bətnində, nə qədərini abort ediblər, gizlədiblər…
Şagirdlərə uyusdurucu paylayan, siqaret satan, energetik içkilər verən narkobaronlara toxunan yoxdur…
Məktəbli qızlara porno-video göstərən, onları əlləyən alverçiyə iki il şərti cəza veriblər…
Daha nələr, hansı dəhşətli faktlar ictimailəsdirilməlidir ki, #TəhsilNazirliyi kimi gələcəyimizə cavabdeh qurumun bərbad işi, oradakı İctimai Şuranın mənasızlığı sübut olunsun?!
Nazirlik və onun tanış qrantyeyən QHT-lərin cinayətləri ilə bağlı aidiyyəti dövlət qurumları hərəkətə keçsin?
Vaxtilə KİV, Şagird və Valideyn Assosasiyaları, az da olsa, məktəblərə ictimai nəzarət edə bilirdi, onlar təhsil sistemindən uzaqlaşdırıldılar.
Amma indi valideyn qrupları ancaq pul yığmaq və bayramlarda yada düşür…
Təhsil Nazirliyinə ictimai nəzarət və qınağın olmamasının axırı belə dəhşətli olmaliydı: Qarabağı geri ala bildik, işğal edilən gələcəyimizi səriştəsiz məmurlardan xilas edə bilərikmi?
Durumun dəhsətliyinə baxın ki, bu qurumdan da bərbad günə düşmüş Gənclər və İdman naziri öz övladlarını Azərbaycanda deyil, xaricə ali təhsil dalınca yollayacağını mediada açıq bəyan edir…