Kürdəmirdə vətəndaşların sosial imkanları müzakirəyə çıxarıldı: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə
“Sosial Dövlət Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 sentyabr – 1 noyabr tarixlərində həyata keçirilən ikiaylıq “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihə çərçivəsində geniş ictimai təqdimat və müzakirələri davam edir.

Sentyabrın 30-da “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, layihə rəhbəri Faiq Əhmədovun başçılığı ilə könüllülərdən ibarət layihə qrupu, Kürdəmir rayonuna səfər etmişlər. Layihə çərçivəsində Kürdəmir rayonu 1 saylı tam orta məktəbin Akt zalında, fəaliyyət planına uyğun olaraq, ictimai müzakirə təşkil edilib. Tədbirdə Bakıdan gələn qonaqlarla yanaşı, rayonun geniş ictimaiyyətinin nümayəndələri, eləcə də şəhid Adəm Əliyevin anası, SDNİB Kürdəmir rayon Təşkilatın Qadınlar Şurasının sədri Akifə xanım Əliyeva, müavini Könül Şirvanlı, həmçinin QHT üzvləri, ictimai fəallar, qazilər, şəhid anaları və onların ailə üzvləri, digər kateqoriyadan olan vətəndaşlar iştirak edib.

“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, layihə rəhbəri Faiq Əhmədov müzakirəni açaraq ikiaylıq fəaliyyətləri haqqında, eyni zamanda iştirakçılara təqdim edilən məlumatlandırıcı nəşrlər – kitabça və buklet barədə geniş məlumat verdi.
Sonra SDNİB Kürdəmir rayon Təşkilatın Qadınlar Şurasının sədri Akifə xanım Əliyeva, SDNİB-nin sədr müavini, yazışı-publisist Rauf İlyasoğlu, təşkilatın İdarə Heyətinin üzvü Saleh Hacıyev və rayonun vəzifəli çəxsləri söz alaraq belə bir aktual layihənin dəstəklədiyini bildirdilər. Çıxışçılar vətəndaş və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərə, sosial sahədə ölkədə görülən böyük işlər, qəbul edilən proqramlar, yeni imkanlar, həmçinin yaradılan şəraitdən faydalanma yolları haqqında geniş informasiyaları iştirakçılarla bölüşdülər. Müzakirə daha sonra vətəndaşların sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.

Sonda şəkillər çəkildi, paylanma materialları iştirakçılara hədiyyə olundu.
“Sosial Dövlət Naminə” İctimai Birliyinin Mətbuat xidməti

