Azərbaycan Yazışılar Birliyidə “Şuşaya salam” layihəsinin təqdimatı keçirilib
Sentyabrın 23-də Azərbaycan Yazışılar Birliyinin Natəvan klubunda Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Şuşa İli”nə həsr olunan “Şuşaya salam” beynəlxalq kreativ layihə ilə bağlı tədbir və mətbuat konfransı keçirildi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AYB və“Space” telekanalının təşkilatçılığı, www. azyb.az, “Ədəbiyyat qəzeti”nin İnternet resursu – www.edebiyyatqazeti.az, həmçinin, www.litpark.az portalının informasiya dəstəyi ilə 27 sentaybr – 9 noyabr 2022-ci il tarixlərində keçiriləcək virtual poeziya bayramındadünyanın 30 ölkəsindən 44 tanınmış şair Şuşa üçün öz şeirini oxuyacaq. Layihənin sonunda cisə bütün şairlərin imzasıyla hazırlanmış Memorial löhvə Şuşa şəhərinə hədiyyə ediləcəkdir.
Mədəniyyət paytaxtımız
sayılan Şuşanı salamlayanlar sırasındaAzərbaycan, Macarıstan, İran, Vyetnam, Danimarka, Ukrayna, İtaliya,
Qirğizistan, Belarus, Moldova, Rumınıya,
Yaponiya, Türkiyə, Başqırdıstan, Birləşmiş Krallıq, Özbəkistan, Serbiya,
Pakistan, Gürcüstan, ABŞ, İsrail, Rusiya, Estoniya, Qazaxıstan, Tatarıstan,
Bosniya-Hersoqovina, Oman, Monteneqro, Misir, İraq
kimi ölkələrin tanınmış imza sahibləri
olacaq. Anar, Ramiz
Rövşən, Vahid Əziz, İlqar Fəhmi, Sayman Aruz, Əkbər Qoşalı, İmir Məmmədli, Səlim
Babullaoğlu, Mətin Çingiz, Məhməd Can Doğan, Ədnan Özər, Şərəf Yılmaz, Almaz
Xanım, Qali-Dana Singer, Yuri Lapin, Alеksandr Səlimov, İan Pirt, Xurşud
Davron, Atilla Balaş, Laura Qaravalya, Mustafa Məstur, May Van Fan, Nils Hav,
İqor Pavlyuk, Aysulu Kokoyeva, İon Hadırka, Nikolae Spetaru, İqor Volnitski,
Mariya Kobets, Tatyana Sivets, Maki Starfild, Sayat Kamşıger, Gülnaz Feyzulla,
Gülnaz Kutuyeva, Rüfət Saleh, Bojidar Proroçiç, Boyana Vujoviç, Həsən Mətruşi,
Milisa Liliç, Zaur Naçxebiya, Kersti Kivirüüt, Əhməd Sami, Şəmsəddin Küzəçi və
Sanja Lukiç kimi tanınmış şairlər, ədəbiyyat
adamları bu poeziya layihəsində iştirakını təsdiqləyib.
Layihənin müəllifi və baş əlaqələndiricisi Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış şair-mütərcim Səlim Babullaoğlu, məsləhətçiləri Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Maarifli, “Space” telekanalının rəhbəri Müşfiq Hətəmov, vizual kontentlərin rejissoru isə İman Məcidovdur.
Mətbuat konfransını açıq elan edən layihə rəhbəri, AYB-nin katibi Səlim Babullaoğlunun bildirdi ki,“Şuşa ili” çərçivəsində təşkil olunan “Şuşaya salam” layihəsi, müəyyən mənada,onlayn beynəlxalq poeziya festivalı sayıla bilər. Natiq vurğuladı ki, həm əcnəbi şairlər, həm də azərbaycanlı dəyərli imza sahibləri Qarabağ və Şuşa, Azərbaycan mədəniyyəti haqqında fikirlərini çatdıracaq, poetik nümunələrini səsləndirəcəklər. S.Babullaoğlu onu da söylədi ki, iştirakçıların səsləndirdikləri şeirlərin hamısı Şuşaya həsr olunmasa da, onların əksəriyyəti o gözəl diyara ithaf ediləcək.
AYB sədri, Xalq yazıçısı Anar layihəyə xeyir-dua verərək bildirdi ki, şair və yazıçılarımız hər zaman Qarabağ həqiqətlərini dünyaya çatdırmaq istiqamətində səmərəli fəaliyyət göstəriblər. II Qarabağ savaşında ölkə Prezidenti İlham Əliyev cənablarının və müzəffər ordumuzun Zəfərlə yekunlaşan tarixi missiyasını xüsusi vurğulayan Xalq yazıçısı Anar qeyd etdi ki, xarici həmkarlarının bu layihədə iştirakını dəstəkləyir, nə vaxtsa onların Bakıda, Şuşada görmək istərdik.
Daha sonra çıxış edən “Space” telekanalının rəhbəri Müşfiq Hətəmov, Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Akif Marifli, AYB-nin Birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, AYB sədrinin müavini Rəşad Məcid, AYB katibi İlqar Fəhmi, Sayman Aruz söz alaraq layihəyənin işinə uğurlar arzuladılar.
Sonda çıxış edən S.Babullaoğlu layihəyə dəstək verdikləri üçün təşkilatçılara xüsusi minnətdarlığını çatdırdı. Çıxışçı məlumat verdi ki, 44 şairin iştirak edəcəyi layihə 44 gün davam edəcək: hər gün bir şair öz şeirini oxuyacaq və gün ərzində “Space” telekanalının efirində nümayiş ediləcək.
Aydın Əhmədoğlu

