“Ədalət işığında” ədəbi məclisin növbəti toplantısı: şəhidlər yad edildi
17 sentyabr 2022-ci il tarixdə “ƏDALƏT İŞIĞINDA” Ədəbi Məclisində Azərbaycanımızın dəyərli söz ustaları və poeziyasevərlər ilə görüşümüz oldu.
“Ədalət işığında” Ədəbi Məclisin sədri, AYB və AJB-nin üzvü Ədalət Əroğlu məclis üzvlərini salamlayaraq ədəbi məclisi açıq elan etdi. Məclisin sədri, hüquqşünas, şair-publisist Ədalət Qafarov (ƏROĞLU) vətənimiz uğrunda canlarından keçən Şəhidlərimizin xatirələrin andı, Bir dəqiqəlik süküut elan olundu. Döyüşlər zamanı xəsarət alan müharibə veteranları, qazilərimizə isə Allahdan sağlamlıq dilədi.
Məclisin sədri Ədalət Əroğlu çıxış edərək ziyalımız şəhidlərimizə həsr etdiyi yeni şeirini səsləndirdi:
ŞƏHİDLƏRİMİZƏ
Adınız ucaldı vətən boyunca,
İndi hamı sevinir, gülür doyunca.
Ömür kitabında dastan yazdınız,
Əbədi yaşardı, Şəhid adınız.
Vətənim dardadır deyən Oğullar!
Düşmənin qəddini əyən Oğullar!
Edirəm xalqıma bəyan, Oğullar!
Xalqın yaddaşında qaldı adınız,
Tarixdə qalacaq ehtişamınız.
Əbədi yaşardı, Şəhid adınız.
Allah Bütün şəhidlərimizə rəhmət eləsin!
Məclisdə dəyərli şairlərimizdən AJB-nin üzvü satirik publisist-şair Miraslan Rasim, Şair-publisist Hidayət Qarabulaq, AYB və AJB-nin üzvü, şair-publisist Mürvət Qədimoğlu (Həkəri), Sabaha-inamla.az xəbər saytının təsisçisi və baş redaktoru, bir çox mükafatlar sahibi Namiq Məmmədli, AJB-nin üzvü, şair-publisist Aynurə Ulduz, şair-publisisit Tacəddin Abidinov, şair-publisist, tərcüməçi Vaqif Rəsul, Şair-publisist Akif İdirisoğlu, “İZZƏT” MMC Təhsil Mərkəzi üzrə Rus Dili müəllimi Günay Salmanova, menecer Aminə xanım, gənc qiraətçilər, Təranə xanım Kazımova və s. dinləyicilər iştirak etdilər. Məclisdə iştirak edən Şairlərimizin hər biri “Ədalət işığnda” ədəbi məclis barədə xoş arzu və diləklərini bildirib özlərinin bir neçə Vətənpərvər yeni şeirlərini səsləndirdilər.
Sonda yadda qalan şəkilləri çəkən operatorumuz Aminə xanıma Ədəbi Məclisimiz adından dərin minnətdarlığımızı bildirdik.
Məclisimizin sonunda məclis iştirakçıları ilə yadda qalan şəkilləri çəkdirdikdən sonra Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidlərimizi ziyarət etməklə məclisimiz davam etdirdik. Onların büstləri önünüdə xatirə şəkillər çəkdirirərək yad etdik. Şəhid anaları, ataları, övladları ilə xatirə şəkillər çəkdirdik.
Məclisdə iştirk edən və ürəyi bizimlə olan, müəyyən səbəblərdən məclisimizə qoşula bilməyən dəyərli şairlərimizə də təşəkkür edirəm.
Ədalət İzzət oğlu Qafarov (Əroğlu)
AYB və AJB-nin üzvü,
“ƏDALƏT İŞIĞINDA” Ədəbi Məclisin sədri, hüquqşünas-şair

