Yazıçı-şair Natiq Əlisoydan açıqlama: Hesab edirəm hələ ki, bu barədə danışmaq tezdir…

Dialoq.az xəbər verir ki, yazıçı-şair Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ictimai xadim, ehtiyatda olan zabit Natiq Əlisoy ötən gün Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənova xahişlə məktub ünvanlayıb.

Natiq Əlisoyun Müdafiə Nazirinə ünvanladığı məktubun mətni ilə tanış ola bilməsək də, yazıçının özündən məktubun nə ilə bağlı olması haqqında məlumat öyrənməyə çalışdıq.

Suallarımızı qısa cavablandıran N.Əlisoy bildirdi ki, məktub qapalı şəkildə yazılıb, düşünürəm ki, yaxın günlərdə müraciətim müsbət həllini tapmasa o zaman müraciətimin nədən ibarət olduğunu hər kəs biləcək. Hesab edirəm hələ ki, bu barədə danışmaq tezdir.

Ordu ilə bağlı olan məsələləri hər kəs bilməməlidir. İnanıram ki, müraciətim müsbət nəticələnər,- deyə Natiq Əlisoy bildirdi. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir