Qarabağ Zəfəri ilə başlayan intibah mərhələsi: qələbəmizin kreativ tarixi layihəsi. QHT Agentliyinin dəstəyi ilə…
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən 1 sentyabr – 1 noyabr 2022-ci il tarixlərindən, 2 ay müddətində həyata keçiriləcək “Qarabağ Zəfəri ilə başlayan intibah mərhələsi: qələbəmizin kreativ tarixi” mövzusunda layihəsinə start verilib.

Layihə ilə bağlı “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, layihə rəhbəri, araşdırmaçı-jurnalist, Prezident təqaüdçüsü Cəmilə Çiçək İsbəndiyarova media nümayəndələri üçün geniş açıqlamalar verib. Təşkilat rəhbəri bildirib ki, layihə fəaliyyətləri zamanı çalışacaqlar ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğal edilərək uzun müddət əsarətdə saxlanmasından sonra 44 günlük möhtəşəm Vətən müharibəsi zamanı Müzəffər Ordumuz tərəfindən azad olunaraq bərpa işləri başlanmasına ideoloji-estetik dəstək verək. Qarabağdakı son savaşın qızıl salnaməsini mədəni irsə çevirmək, qalibiyyət tarixinin tədqiqi, onun estetik söz sənəti formalarında – klassik və modern ədəbiyyat, poeziya və folklor məkanı olaraq dünyada tanıdılmasına böyük ehtiyac duyulur. Sadalanan istiqamətlərdə peşəkar alimlərin tədqiqatlarına, elm və sənət adamlarının yaradıcılıq potensiallarının birləşdirilməsinə, ədəbiyyat və poeziya həvəskarlarının marağının cəmləməsinə, ölkəmizin və onun hüdudlarından kənarda yaşayan intellektual yaradıcı şəxslərin şəbəkələşməsinə real, həmçinin virtual kömək olacaq fəaliyyətlərin həyata keçirilməsi aktual məsələ olaraq ortaya çıxır. Bu amillər həm də Qarabağın kreativ turizm məkanı kimi dünyada tanıdılmasına xidmət edə bilər. Qarabağdakı Zəfərimiz çağdaş tariximizin yeni intibah dövrünə, fərqli mərhələsinə çevrilməsini kreativ-intellektual formalarda yeni nəslin nümayəndələrinə və dünya ictimaiyyətinə tanıdılmasına ehtiyac duyulur.
Böyük turistik imkanlara, kreativ sənaye potensialına malik yeni Qarabağın Qalibiyyət tarixinin elmi-humanitar tədqiqatlara cəlb olunması,daha sonra müqayisəli öyrənilməsi istiqamətində araşdırmaların məntiqi nəticəsi kimibu qədim bölgənintürk dünyasının çağdaş intellektual və humanitar düşüncə texnologiyasına – modern estetik və incəsənət, klassik və müasir üslubda yaradılması vacib ədəbiyyat, publisitika, poeziya nümunələrinə çevrilərək Azərbaycançılıq ideologiyasına xidmət etməli, eyni zamanda milli-vətənpərlik dəyərlərinin tərkib hissəsinə çevrilməlidir. Post-müharibə Qarabağın beynəlxalq incəsənət, kreativ məkan olaraq dünyada tanıdılmasına böyük ehtiyac duyulur. Layihə bu istiqamətlərdə tədqiqatları və təcrübələri birləşdirməklə real və virtual təbliğat, tanıtım, şəbəkələşmə alətlərindən, texnologiyalarından, modellərindən yararlanmaqla, Qarabağın Zəfər mərkəz kimi təbliği həm də Azərbaycanımızın türk dünyasında, türksoylu ölkələrdə, eləcə də Avropa və dünyada nüfuzunu qaldırmağa xidmət edir. Bu istiqamətdə yaradıcı insanları, tədqiqatçıları, alim, jurnalist və bloqqerlərin, Azərbaycan və Türk diaspor fəallarını, kreativ gənclərin, İnternet istifadəçilərinin, əslən Qarabağdan olan tanınmış şəxslərinestetik imkanlarını, potensiallarını birləşdirmək nəzərdə tutulur.

“Qarabağ Zəfəri” ədəbi mühitin formalaşdırılmasına təkan verəcək, qələbəyə aid yeni ədəbiyyat nümunələrinin yazılmasına həvəsləndirəcək, bölgənin mədəniyyətinə həsr olunmuş elmi-kütləvi yazılardan ibarət kağız kitabın çapı, yayımı, onların elektron variantının yayımı, İnternet vasitəsi ilə bu virtual-vizual məhsulların ardıcıl nümayişi, sosial şəbəkələrdə layihəyə həsr olunmuş səhifənin yaradılması və fəaliyyətinin təşkili və başqa fəaliyyət növləri ilə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə yönəlib.
İctimai Birliyimizin dövlət qrantları hesabına bu istiqamətdə həyata keçirtdiyi ardıcıl fəaliyyəti, layihələri bir daha sübut edir ki, müasir dünyada olduğu kimi, ölkəmizdə də fərqli mədəni-kreativ potensiallardan yararlanmaq üçün yerli və beynəlxalq turizm imkanlarından yararlanmaq mümkündür. Bu məsələdə isə əsas məsələ peşəkarlar, təbliğatçılar, gənclər, diaspor fəalları, bir sözlə, layihəyə cəlb olunacaq şəxslər üçün innovativ alətlər, kreativ formatlar yaratmaqdır. Təqdim olunan layihə sadalanan məsələnin həlli istiqamətində bəzi problemlərin ictimailəşdirilməsini qarşısına məqsəd qoyduğundan, bu sahənin mütəxəssislərin təcrübələrini birləşdirməyi, ictimai müzakirələrin genişlənməsini, Azərbaycan – Qarabağ, mədəniyyəti üzrə sahəvi ədəbiyyatın nəşrini, müxtəlif təcrübələrin paylaşılmasını dəstəkləyir.
Fəaliyyət planına uyğun olaraq bu istiqamətdə işlərin görülməsi planlaşdırılır:
- Fəaliyyətlərə cəlb olunacaq əməkdaşların və könüllülərin seçilməsi, texniki-yaradıcılıq problemlərinin həlli, peşəkar mütəxəssis, müəlliflərlə əlaqələrin yaradılması.
- Qarabağın Zəfərinə həsr olunmuş innovativ-kreativ baxışları əks etdirən vəsaitin çapa hazırlanması, rəqəmsal kitabın kağız və elektron nəşri, vizual/virtual məhsulların hazırlanmasına start verilməsi.
- Sosial şəbəkələrdə layihəyə həsr olunmuş materialların yerləşdirilməsi, onun fəaliyyətinin genişləndirilməsi.
- Qarabağın elmi-mədəni sərvətləri, turistik potensialı və iqtisadi – kreativ sənayesinə aid təbliğat istiqamətində sosial şəbəkələrdə, saytlarda virtual fəaliyyyətlərin təşkil edilməsi.
- Qarabağ Qələbəsinə həsr olunan, elmi-kreativ araşdırmalar, başqa materiallardan ibarət tirajı 305 ədəd, 50 səhifədən yuxarı, rəngli üzlü toplunun hazırlanması. İnternet resurslarında, elektron kitabxanalarda və sosial şəbəkələrdə onun elektron variantının yayımlanması.
- İnternet resurslarında, elektron məkanlarda və sosial şəbəkələrdə Azərbaycanda – Qarabağda yeni mədəniyyət mühitinin formalaşdırılmasına, yerli kreativ modellərin genişləndirilməsinə yardım edə biləcək onlayn ictimai müzakirələrin təşkili.
- Qarabağın mədəni-kreativ inkişafına dair ictimai müzakirə, dəyirmi masa və aksiyalar, İnternetdə kampaniyaların təşkili, onların materiallarının vizual-virtual formada hazırlanması, yayımı.
- Müxtəlif sosial şəbəkələrdə, o cümlədən Feysbukda görülən işlərin tanıtımı və təbliği. Yeni resursun, silsilə materialların hazırlanması, İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə innovativ formalarda yayımının və genişləndirilməsinin aparılması.
- İnternetdə, saytlarda və müxtəlif sosial şəbəkələrdə, TV və radiolarda, KİV-də, mətbuatda, İnternetdə, yeni mediada mədəni turizmlə innovativ-kreativ təbliğat işlərinin aparılması, Bakı və bölgələrdə real/virtual tanıtım tədbirlərinin keçirilməsi, PR aksiyalarının, KİV-də media-aksiyaların təşkili.
- Layihənin yekununa həsr olunmuş tədbirin keçirilməsi.
- Layihənin sonrakı mərhələsinin hazırlanması, monitorinqini keçirilməsi və nəticələrini qiymətləndirilməsi, hesabatların hazırlanması.
Qarabağsevər Azərbaycan vətəndaşları, məcburi köçkün icmalarının üzvləri, mədəniyyətşünaslar, mədəni turzim, cəmiyyətşünaslar, sosioloqlar, gənclər, tələbələr, jurnalistlər, yazılı və elektron KİV nümayəndələri, bloqer və İnternet – sosial media, qlobal şəbəkə istifadəçiləri, milli və türk diaspor fəalları layihəmizin əsas hədəf qrupları sayılır. Real olaraq layihə müddətində cəlb olunacaq şəxslərlə yanaşı, virtual olaraq İnternet vasitəsilə minlərlə şəxsə təsir edəcək. Layihə Azərbaycan cəmiyyətinin Qarabağbölgəsinin əhalisini, eləcə də virtual alətlər vasitəsilə respublikamızdavə dünyada yaşayan soydaşlarımızı əhatə edəcəkdir. Əsasən Bakı və Qarabağ icmalarının yaşadığı yerlər, orta məktəb, elmi-yaradıcı qurumlar yerləşən məkanlarda fəaliyyətimizi fokuslamağı niyyətindəyik. Bakı ölkənin əsas iqtisadi paytaxtı olduğuna görə, Qarabağ və ətraf rayonların mədəni-estetik imkanları böyük olduğundan fokuslanma məhz bura yönəldilib. Bütövlükdə layihə yaşlı insanların malik olduğu estetik-mənəvi dəyərlərin gənc nəslə tam və mükəmməl şəkildə ötürülməsini nəzərdə tutduğu üçün geniş əhatə dairəsinə malikdir və ictimai-kreativ xarakterlidir. Uyğun ixtisaslı QHT-lər,Azərbaycan Yazıçılar Birliyi, Jurnalistlər Birliyi, yazılı və elektron KİV, yeni media orqanları, elektron kitabxanavə başqa təsisatlarla lazımi münasibətlər yaradılacaq.
Fəaliyyət çərçivəsində aşağıdakı müsbət nəticələr əldə ediləcək:
– Layihənin fəaliyyətinə cəlb olunacaq könüllülər, texniki-yaradıcı heyət, peşəkar mütəxəssis, Qarabağ və qələbə mövzusunda yazan müəlliflərdən ibarət komanda formalaşacaq. Layihənin fəaliyyətinə cəlb olunacaq əməkdaşların və könüllülər, peşəkar mütəxəssis, müəlliflərlə əlaqələr yaradılacaq.
– Qarabağın mədəni mühit kimi bərpasına nəzəri köməkliklər göstərə biləcək innovativ-kreativ baxışları ehtiva edən kitab çapa hazırlanacaq, rəqəmsal elektron nəşr hazırlanacaq, vizual/virtual məhsullar ortaya qoyulacaq.
– Qarabağ Zəfərinə aid yeni əsərlər yaradılacaq, bu istiqamətdə təşəbbüslər dəstəklənəcək,bu estetik mühitinfəaliyyəti genişləndiriləcək.
– Qarabağın elmi-mədəni sərvətləri, mədəniyyət potensialı və kreativ imkanlarına həsrolunmuş elmi-populyar ədəbiyyatın təbliğatı istiqamətində fəaliyyyətlər təşkil ediləcək.
– Qarabağdakı Zəfər tarixinə həsr olunan, 420 ədəd, 50 səhifədən yuxarı topluhazırlanacaq.
– İnternet resurslarında, elektron məkanlarda və sosial şəbəkələrdə Azərbaycanda – Qarabağda Zəfər tarixindən sonrakı yeni mədəniyyət mühitinin formalaşdırılmasına, yerli kreativ modellərin genişləndirilməsinə yardım edə biləcək real və virtualictimai müzakirələr təşkil ediləcək, rəy və təkliflər ümumiləşdirilərək aidiyyəti qurumlara çatdırılacaq.
– Qarabağ və Zəfər tarixinə dair yeni ədəbi-elmi əsərlərin geniş ictimaiyyətə və oxuculara tanıtmaq üçün sosial şəbəkələrdə səhifə yaradılacaq və fəaliyyətləri genişləndiriləcək.
– Qarabağ dair yeni təşəbbüslər irəli sürüləcək, ədəbiyyat və sənətdə Qarabağnamə və Zəfərnamə mövzusunda layihələrin həyata keçirilməsi üçündövlət qurumları qarşısında təkliflərlə çıxış ediləcək, problemlər qaldırılacaq.
– Sosial şəbəkələrdə layihə və mövzuya həsr olunmuş fəaliyyəti aparılacaq.
– Bakıda, İnternetüstü və Qarabağ bölgəsinin insanlarının yaşadığı məkanlarda, qadınlar, gənclər və tələbələr arasında, müxtəlif qurumlarda real və virtual tanıtım tədbirləri təşkil ediləcək.
– Qarabağ mədəniyyətinin inkişafına dair ictimai müzakirə, dəyirmi masa və aksiyalar, kampaniyaların təşkil olunacaq, onların materiallarının vizual-virtual formada hazırlanaraq İnternetdə yayımlanacaq.
– İnternetdə, saytlarda və müxtəlif sosial şəbəkələrdə, TV və radiolarda, KİV-də, mətbuatda, İnternetdə, yeni mediada mədəni turizmlə innovativ-kreativ təbliğat işlərinin davamı, Bakı və bölgələrdə real/virtual tanıtım tədbirlərinin keçirilməsi, PR aksiyalarının, KİV-də media-aksiyaların təşkili. Layihənin monitorinqini keçirilməsi və nəticələrini qiymətləndirilməsi.
– Müxtəlif sosial şəbəkələrdə, o cümlədən Feysbukda görülən işlərin tanıtımı və təbliği aparılacaq. Yeni virtual resurslar, silsilə materiallar hazırlanacaq, İnternetdə yerləşdiriləcək, sosial şəbəkələrdə innovativ formalarda yayımlanacaq və genişləndiriləcək.
– İnternetdə, saytlarda və müxtəlif sosial şəbəkələrdə Azərbaycanda və Qarabağdakı Zəfər tarixinə həsr olunmuş yeni ədəbi-elmi əsərlər tanıdılacaq və təbliğ ediləcək.
– TV və radiolarda, KİV-də, mətbuatda, İnternetdə, yeni mediada innovativ-kreativ təbliğat işlərinin, Bakı və bölgələrdə real/virtual tanıtım tədbirləri keçiriləcək, KİV-də media-aksiyaları təşkil ediləcək.
– Layihənin sonrakı mərhələsinin hazırlanacaq, monitorinqini keçirilməsi və nəticələrin qiymətləndirililəcək.
– Layihənin həyata keçirilməsi nəzərdə tutulan məkanlarda fəaliyyət göstərən rəsmi və ictimai təşkilatlarda, KİV mərkəzlərində, ali məktəblərdə, elmi mərkəzlərdə və s. fikir mübadilələri, diskussiyalar aparılacaq, görüş və tanıtım məclisləri keçiriləcək ki, bu da öz növbəsində qazanılan təcrübələrin yayımına xidmət edəcək və s.i.a.
Layihənin icrası nəticəsində müraciət etdiyimiz problemlə əlaqədar baş verə biləcək dəyişikliklər kifayət qədər hiss olunacaq. Yeni dövrün tələblərinə uyğun mədəni imkanlarımızın zənginləşməsi istiqamətində müxtəlif formatlı materialların – ədəbi-elmi məhsullar olaraq hazırlanmasında peşəkarlar, mütəxəssislər, kreativlər və intellektuallar həvəsləndiriləcək. Əldə olunan bilgilər, Qarabağın dirçəldilməsi problemləri İnternet resurslarında, sosial şəbəkələrdə yayımını təşkil ediləcək. Müxtəlif – real və virtual formada fərdi-innovativ təşəbbüsləri dəstəkləməklə, günümüzün tələblərinə uyğun bilgilərin zənginləşdirilməsi situmullaşdırılacaq. Yeni innovativ üsullarla çalışmaq vərdişlərinin, bacarıqlarının formalaşdırılacaq, kreativ sərvətlərimizə həsr olunmuş təbliğati istiqamət daha da zənginləşdiriləcək. Gənclərimiz Qarabağ Zəfəri barədə dövrümüzdə qəbul edilən yeni formatlar vasitəsilə müxtəlif təsəvvürlərə malik olacaqlar. Gənclərimiz mədəni dəyərlərimizin ən yaxşı tərəflərini tanıyacaq, onların faydalı cəhətlərindən xəbərdar olacaqlar. Xüsusilə istedadlı gənc nəsil II Qarabağ müharibəsi, onun Zəfəri haqqında geniş məlumat ala biləcək, onun tanıtmaq imkanını qazanacaqlar. Bu mövzuda əldə edilmiş bütün qənaətlərin KİV-də təbliğinin həyata keçirilməsi istiqamətində atılmış önəmli addımlardan biri olacaqdır.
Tərəfdaş qurumlarla yaxın gələcəkdə bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə, mədəniyyət məsələlərinə, problemlərinə aid xüsusi sosial şəbəkə resursunun, e-kitabxananın, eləcə də şəbəkə nəşrlərinin yayımını özündə birləşdirəcək yeni resursların yaradılması təşviq ediləcək. Virtual məkanda Qarabağ Zəfərinin müxtəlif tərəfləri haqqında elmi-kütləvi, peşəkarlaşmağa yardımçı olan sahəvi elektron və kağız nəşrlərin hazırlanması/yayımı, istifadəsi daha da genişlənəcək. Eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji şəbəkələrə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Sonuncu mərhələ kimi – layihə bitdikdən sonra da sosial şəbəkələrdəki innovativ aksiyalar ardıcıl olaraq davam etdiriləcək, Qarabağ Zəfər tarixinin əbədiləşdirilməsi istiqamətində fəaliyyətlər göstəriləcək.
İnnovativ-kreativ sektoru – müxtəlif ədəbi nəsil nümayəndələrini, peşəkarları, tədqiqatçıları, QHT-ləri əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və mədəniyyət mərkəzləri ilə geniş bilgi, intellektual əlaqələr yaradılacaq. Qarabağdakı möhtəşəm Qələbənin kreativ-innovativ, estetik sərvətlərimizin tanıdılması, dünyada yayılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək.
Bu günə qədər ictmai təşkilat olaraq mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliği, mental-vətənpərvərlik mövzusunda müxtəlif kitabların, toplu və dərgilərin nəşri istiqamətində silsilə layihələr həyata keçirmişik. Təşkilat fəal üzvlərin əksəriyyəti alimlər, psixoloqlar, pedaqoqlar, qələm adamları, tanınmış imza sahibləri və milli dəyərlər sahəsində işləyən elmi-yaradıcı şəxslərdir. Reallaşdırdığımız layihələr, indiyəcən apardığımız işlər, ictimai-sosial fəaliyyətlərimiz Azərbaycan cəmiyyətində ciddi əks-səda yaratmış, orta və ali təhsil ocaqları, dövlət və ictimai qurumlar, mədəniyyətyönümlü QHT-lər tərəfindən indiyə qədər də faydalanılır. Yazılı və elektron KİV-dəki çoxsaylı məlumat və materiallar, eləcə də ekspertlərimizin çıxışları bir daha sübut edir ki, cəmiyyətimiz üçün faydalı işlər ortaya qoymağı bacarmışıq.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi, eyni zamanda Azərbaycan Respublikasının istənilən dövlət qurumu, mədəni inkişafla bağlı təşkilatlar müxtəlif formada layihənin ictimai monitorinq aparılmasına şərait yaradılacaq. Layihənin icrası və nəticələri haqqında mütəmadi olaraq mətbuat və elektron KİV vasitəsilə məlumat veriləcəkdir. İB-in şəbəkə resurslarında layihə haqqında lazım bilinən informasiyaları yerləşdiriləcək. İstedadlı qadınlar, gənclər, biznes mütəxəssisləri, QHT nümayəndələri, dövlət orqanları nümayəndələrinin iştirakı ilə bütövlükdə layihənin nəticələri ilə bağlı tədbir keçiriləcək. Təklif olunan fəaliyyət növlərinin davamlılığının təmin olunması üçün silsilə tədbirlər həyata keçirməyi planlaşdırılır. Layihənin icrası, alınan nəticələrin ictimailəşməsi sözügedən sahəyə ictimai diqqətin daha da artmasına təkan verəcək və cəmiyyətdə yeni-yeni ideyaların ortaya çıxmasını stimullaşdıracaq.
Fəaliyyət zamanı bəzi kiçik və mühum risklər ola bilər (Covid-19 pandemiya, Qarabağdakı kiçik münaqişələr, köçürülmə və bərpa işlərinin plana uyğun getməməsi və s.). Risklərin qarşısının alınması üçün görüləcək tədbirlər layihə fəaliyyəti çərçivəsində xüsusi metodlar vasitəsi ilə hazırlanacaq. Belə ki, mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu risklərlə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi resursların yaradılması, mütəxəssislərin ekspert rəyləri ilə ictimai düşüncəyə təsir mexanizmlərini tapılması, ortadakı problemlərin, mənfi təsirlərin nsbətən lokallaşdırılmasına, aradan qaldırılmasına çalışılacaq. Milli mədəniyyətin inkişafı ilə əlaqədar mütəxəssis çatışmamazlığı, yeni innovasiyalara hazırlıqsız, e-yayım şəbəkəsinin olmaması və b. Pandemiya qadağaları davam edəcəksə, real deyil, şəbəkəüstü fəaliyyətlərə xüsusi önəm verilməsi lazım gələcək.Mətbuatda və elektron KİV-də, eləcə də İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu risklərlə bağlı güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi resursların yaradılması və mütəxəssislərin ekspert rəyləri ilə ictimai düşüncəyə təsir mexanizmlərini tapmaqla risklərin nsbətən azaldılmasına, aradan qaldırılmasına çalışılacaq. İnternet resurslarında, yeni mediada, sosial şəbəkələrdə bu istiqamətdə güclü təbliğat və tanıtım işlərinin aparılması, xüsusi elektron resursların yaradılması, təsir mexanizmlərini tapmaqla problemlərin nisbətən aradan qaldırılmasına çalışılacaq.
Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın möhtəşəm hərb sənəti, Qarabağdakı Zəfərlə bağlı həqiqətlərin, milli-mənəvi dəyərlərin geniş yayılmasına səbəb olacaq. İnternet resursları, sosial mediada, ayrıca saytlarda televiziyada və mətbuatda layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır. Layihə başa çatdıqdan sonra Agentliyə və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Agentliyin mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), KİV, İnternet portalarına və geniş ictimaiyyətin nümayəndələrinə geniş məlumatlar, hesabatlar təqdim ediləcək.
Layihə ilə bağlı aparılan işlərin hesabatları həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun rəsmi saytında yerləşdiriləcək. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın və Qarabağ Zəfəri haqqında yaradılan yeni ədəbi nümunələringeniş yayılmasına səbəb olacaq.Televiziya, radio, İnternet və ölkəmizin nüfuzlu mətbu orqanlarında, yeni mediada, İnternet saytlarında, İnternet TV, Fesybuk, Tvitter, İnstagram kimi sosial şəbəkələrdə həyata keçiriləcək layihə, e-nəşrlər, elektron şəbəkə resursu – mini-kitabxana haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq, geniş ictimaiyyətin müzakirəsinə buraxılacaq. Layihənin təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir: onun təqdimatı, tanıtımı və sosial şəbəkələrdəki virtual təbliğinə xüsusi önəm veriləcəkdir.
Sonda Prezident İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, layihəmizə, eyni zamanda fəaliyyətimizə verdikləri böyük dəstəyə görə QHT üzvləri adından minnətdarlığımızı bildiririk.”
Əlirza İsbəndiyarov,
ZİMDTY İB-nin sədir müavini, KİV əlaqələndiricisi

