“Zəfər” salnaməsi: qəhrəmanlığın ədəbi-kreativ tarixi” layihəsinə başlanılıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımıyla
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu sentyabr ayının əvvəlindən “Zəfər” salnaməsi: qəhrəmanlığın ədəbi-kreativ tarixi” layihəsinin icrasına başlayıb. 1 sentyabr – 1 noyabr tarixlərində, 2 ay müddətində həyata keçirilməsi planlaşdırılan layihə haqqında Fondun rəhbəri Gülayə Rzayeva media üçün açıqlamalar verib.
“QHT Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırmağa başladığımız bu kreativ layihəmizdə ənənəvi – ədəbiyyat və yeni vizual formaları özündə birləşdirməklə məktəbli, tələbə, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik , Vətən uğrunda canını keçmək kimi müqəddəs hissləri aşılayan II Qarabağ Zəfərini xalqımıza yaşadanların, xüsusən də Ali Baş Komandan İlham Əliyev başda olmaqla, qəhrəmanlarımızın, şəhid və qazilərimizin igidliklərinin sənət dili ilə ədəbi-poetik salnaməsini yaratmağı nəzərdə tuturuq. Vətən müharibəsində igidlik göstərənlərin qəhrəmanlıqlarını indiki və gələcək nəsillərə tanıtmaqla, ən yeni estetik alətlərdən yararlanmaqla, şanlı Qələbənin ədəbi formalarda, müxtəlif janrlarda əbədiləşdirmək planlaşdırılır.
Bu istiqamətdə – Zəfər mövzusunda ənənənəvi və yeni formatlardan – kitab, ədəbiyyat nümunələri, elektron nəşr, İnternet TV verilişləri, sosial şəbəkələrdə virtual aksiyalar və b. metodlardan yararlanmaqla, şəhidlik və qazilik zirvəsinə qalxmış övladlarımızın, eləcə də Qalib Müzəffər Ordu və Ali Baş Komandanın, igid hərbiçilərimizin əbədi-vizual obrazlarını yaratmaq zəmanəmizin aktual məsələlərindən hesab olunur. Qəhrəmanlığı örnək kimi göstərən, müxtəlif nəsil yaradıcı insanların yaratdıqları obrazların özündə birləşdirən əsərlərin kağız/elektron formada nəşri, tanıtımı, yayımı nəzərdə tutulur. Paralel olaraq İnternet resurslarında yayımlanacaq, daimi qalacaq vizual / virtual məhsullar, 2 onlayn TV veriliş, yeni mediada gedəcək virtual məhsullar yaratmaq, eləcə də sosial şəbəkələr, yeni media, saytlar, İKT imkanlarından bəhrələnməklə, gənc nəslin qəbul etdiyi formatlara uyğun fəaliyyətlərlə təbliğati-ideoloji aksiyalarını təşkil ediləcək.
Ədəbi prosesi gücləndirmək, yeni estetik – mediativ, eləcə də virtual məhsullar yaratmaqla müxtəlif yaradıcı insanlar, yeni nəsil nümayəndələri arasında Vətən qarşısında qəhrəmanlıq, müharibə iştirakçılarına ehtiram, sevgi, sayğı duyğularını gücləndirmək, Qarabağın dirçəlişi məsələləri mövzusunda dövlət proqramlarına dəstək nəzərdə tutulur. Yaradıcı kreativlərdə müxtəlif sahələrə aid milli ruhlu peşəkarların yetişdirilməsinə həvəsləndirəcək əsərləri yazmağa motivə edilməsi nəzərdə tutulur. Qəhrəmanların aiulələri ilə görüşlər, kağız kitab və onun elektron variantı nəşrə hazırlanacaq, gənclər arasında yayımlanacaq, İnternet TV verilişlər, yeni media məhsulları vasitəsi ilə vətənpərvərlik təbliğ olunması planlaşdırılır.
Zəfər tarixinin yaradılması istiqamətində növbəti mərhələ kimi düşünülmüş fəaliyyətlər zamanı yaradıcı insanları səfərvər etmək, müxtəlif nəsil nümayəndələrini birləşdirmək nəzərdə tutulub. Qələbə mövzulu əsərlər zəmanəmizin dəbdə olan formatlarda, estetik-poetik texnologiyalardan yararlanmaqla hazırlanmalıdır. Postmüharibə dövrlərində müəyyən ictimai-psixoloji boşluq, mənəvi-ruhu zəifləmələr baş alıb gedir. Azərbaycan cəmiyyətini və ölkəmizi bunun zərərli təsirlərindən qorumaq, mərhələləi şəkiləd sosial-məişət problemləri həll olunan hərbiçilərin radikal daxili və xarici qüvvələrin təsirinə düşməmələri üçün onların Vətən qarşısındakı rəşadətli qəhrəmanlıqları siyasi-mənəvi ideologiya səviyyəsində təbliğ olunmalıdır. Şəhidlər və qazilər, qəhrəmanlarımızın hər zaman xalq, Vətən üçün gərəkli olmaları təbliğ edilməli, onların möhtəşəm qələbələri ideoloji texnologiya vasitəsinə çevrilməsi üçün kreati-innovativ formalarda uşaqlara, yeniyetmələrə, gənclərə, gələcək nəsillərə tanıdılmalıdırlar. Gənc nəsil Vətən üçün fədəkarlıq göstərilməsinin başqa formaları – Qarabağın bərpası, işğaldan azad edilmiş torpaqlara ellikcə qayıdış, o torpaqlarımızın dirçəldilməsi, ümumiyyətlə, ölkəmizin sivil inkişafı üçün həvəsləndirilməli, qəhrəmanlığın meydanının artıq dünya arenasında Azərbaycanın tanıdılması üçün intellektini, yaradıcı təxəyyülünü, kreativ imkanlarını ortaya qoyulması həvəsləndirilməlidir. Bu sadalanan məsələlərdə yaradıcı şəxslərin əsərlərini özündə toplayan müsabiqə və nəticəsi olaraq kitabın çapı, yayılması, vizual məhsullarda fikirlərinin çatdırılması, virtual formada debat və kampaniyaların təşkili xüsusi önəm kəsb edir.
44 günlük möhtəşəm Vətən müharibəsinin qələbələri, ikiillik Zəfər tarixi, hərbi-vətənpərvərlik, qəhrəmanlıq istiqamətində bir çox məsələlərdə fərqli düşünən sağlamfikirli yaradıcı şəxslərin müxtəlif janrda əsərlərini yaranmasını həvəsləndirən ədəbi-mədəni fəaliyyətlərin təşkili və onun nəticəsi olaraq ayrıca kağız/elektron kitabın çapı, təqdimatı ilə yanaçı onlayn TV-də canlı tele-debatların – vizual məhsulların çəkilməsi, yerləşdirilməsi, müxtəlif tanınmış şəxslərin mövzu ilə bağlı fərqli fikirlərinin cəmiyyətə, xüsusən yeni nəslin nümayəndələrinə çatdırılması, ən yeni nəslin nümayəndələrinin qəbul etdiyi virtual formada debat və kampaniyaların təşkili xüsusi önəm kəsb edir. Vətənpərvərliyin zirvəsi sayılan müharibə qəhrəmanlarının işıqlı obrazlarını həm çağdaş humanitar düşüncəmizdə, həm ədəbiyyatımızda, həm milli-mənəvi ideologiyamızda, həm də İnternet resurslarımızda yaratmaqla, gənc nəsilə tanıtmaq, davamlı təbliğat aparmaqla dövlətimizin bu sahədə apardığı siyasətə dəstək durmaq üçün fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulur.
Fəaliyyətlər zamanı hazırlanan vizual-virtual, ədəbi məhsulların İnternetdə yerləşdirməklə daha çox şəxsi əhatələməyi, açıq istifadəyə verməyi, onların virtual sərgisini təşkil etməyi, müxtəlif formatlı vizual-virtual məhsullar hazırlayaraq videopaylaşım platformaları və İnternet TV-lərdə yaymağı, mütaliəyə meyilli intellektual, yüksək estetik dəyərlərə meyilli hərbiçi nəslinin formalaşmasına yardımçı olmağı qarşısıya məqsəd qoyulub. Real tanıtım tədbiri, eləcə də sosial şəbəkələrdə yaradılacaq resurslarda – səhifələrdə virtual fəaliyyətləri dəstəkləməklə, İnternet, sosial şəbəkələr, kitablar, onlayn TV məhsullar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ təbliği üçün “Zəfər salnaməsi” adlı İnternet resursu – sosial şəbəkələrdə virtual fəaliyyətlər, neo-vətənpərvərlik mədəniyyətinin formalaşdırılması əsas prioritet istiqamətlərdir.
Fəaliyyətimizin əsas istiqamətləri bunlardır:
1. Qarabağ Zəfəri, hərbi-vətənpərvərlik, Vətən müharibəsindəki qələbə kimi mövzularda ədəbi-sənət proqramının hazırlayaraq yayımlanması.
2. Yaradıcı kreativlərin – şair, yazıçı, publisit və bloqerlərin Zəfər mövzusunda yeni əsərlər yaratmağa təşviq edilməsi.
3. İnternetdə və sosial şəbəkələrdə Zəfər mövzulu, hərbi-vətənpərvərlik əsərlərdən ibarət resursların ənginləşdirilməsi.
3. Azərbaycanı dünyada tanıdan 44 günlük müharibənin zirvəsi sayılan Zəfərin müəlliflərinin – igidliklərimizin işıqlı qəhrəman obrazlarını əbədiləşdirən “Zəfər salnaməsi” Almanaxın kağız və elektron formalarda çapa hazırlanması, nəşri və yayımı.
4. Qələbə mövzuzunda şəhid və qazilərin igidliklərini əbədiləşdirən toplunun elektron formatda nəşrə hazırlanması, İnternet resurslarında yayımı, istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin istifadəsinə verilməsi.
5. Yeni İKT formatlarında – vizual, yəni teledebat janrında 2 buraxılış onlayn TV verilişin çəkilişləri, montajı, və yayımının təşkili.
6. Sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlərin keçirilməsi, yayımı.
7. Virtual formatlarda foto-video, sosial media janrlarında vizual-elektron məhsullarda orta məktəbin şagirdlərini, peşə məktəblərinin tələbələrini, həmçinin, gənclər və hərb sənəti ilə maraqlananların istifadəsinə vererilməsi.
8. Sosial şəbəkələr, o cümlədən Feysbukda “Zəfər salnaməsi” adlı sosial vətənpərvərlik səhifəsini yaradılması, orada nəşr, vizual-virtual məhsulların virtual yayımını aparmaq, e-kitab və rəqəmsal nəşrlərin e-sərgisini keçirmək.
9. Yeni nəsil nümayəndələri arasında hərb sənətinə marağı artırılması, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlər üstünlük verən, torpaqlarımız uğrunda hər zaman mübarizəyə hazır olan intellektal hərbiçilərin və peşəkarların formalaşmasına təkan verəcək tanıtım və ideoloji təbliğat işlərinin aparılması.
10. Əsgərlərimizə, hərbiçilərimizə İKT bilgilərinin, yeni virtual oxu və e-yazı mədəniyyəti, bilik və bacarıqlarını aşılamaq üçün aidiyyəti dövlət qurumlarına təqdim etmək üçün təkliflərin hazırlanması.
11. Almanaxın, virtual-vizual məhsulların təqdimat/tanıtım mərasimlərinin təşkil edilməsi.
12. İnternet informasiya resurslarında – Feysbuk, Tvviter, İnstaqram, TikTok və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığını təşkili.
13. Ənənəvi – yazılı, elektron, virtual KİV-də ardıcıl bu mövzuda və layihə fəaliyyətləri haqqında materialların hazırlanıb yayılmasını təşkil etmək.
Layihə əsasən Möhtəşəm Zəfərin müəllifləri sayılan qəhrəmanlar, qazilər, hərbiçilər, gələcəkdə vətən qarşısında müqəddəs borcunu yerinə yetirəcək yeniyetmələr, gənclər, tələbələr, əsgərlər, hərbi-vətənpərvərlik mövzusunda yazan yazıçılar, şairlər, publistlər, bloqerlər, KİV nümayəndələri, TV və İnternet mütəxəssislərinə istiqamətlənib, əsasən də gənc nəsli əhatələnməsi nəzərdə tutulub.
İnternet və sosial şəbəkələr vasitəsilə bütün respublikanı, eləcə də dünyada yaşayan yeni nəsil soydaşlarımızı əhatə etmək mümkündür. Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, gələcəyin əsgəri və hərbiçisi olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına alternativ – elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, yazıçılar, e-kitab yayımçıları müəllimlər və b. əhatə ediləcək.”
Fondun rəhbəri gözlənilən nəticələr və layihənin davamlılığı haqqında da geniş məlumatlar verib:
“Layihəinin nəticəsi olaraq Zəfər salnaməsi, vətən üçün şəhidlik, hərbi-vətənpərvərlik, müharibədəsi möhtəşəm qələbə kimi mövzularda yeni-yeni ədəbiyyat və sənət əsərləri yaradılacaq. Yaradıcı insanların şəbəkələşməsinə səbəb olacaq. Müxtəlif nəsil şair, yazıçı, publisit və bloqerlərin bu janrda yeni ədəbi əsərlər yaratmağa motivasiya olunacaq, fərqli janrlarda yeni vətənpərvərlik əsərləri yazılacaq, yayılacaq. İnternet ve müxtəlif elektron resurslarda Qarabağdakı qələbələr, Böyük Zəfər, hərbi-vətənpərvərlik mövzusu gündəmə gətiriləcək, şəhidlik, qazilik, qələbə mövzulu əsərlərdən ibarət bölümlər yaradılacaq. Müharibə, şəhid və qazilərin igidliklərini əbədiləşdirən əsərlərdən ibarət “Zəfər Salnaməsi” adlı Almanax kağız formada nəşr olunacaq, real və şəbəkə təqdimatları keçiriləcək, qəhrəmanlarımızın ailə üzvləri mənəvi-mədəni cəhətdən dəstəklənəcək. Zəfər mövzulu, milli-mənəvi dəyərlər, vətənpərvərlik, qəhrəmanlarını – şəhid və qazilərin igidliklərini əbədiləşdirən toplunun elektron formatda nəşrə hazırlanacaq, İnternetdə azad yayılacaq, istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin istifadəsinə veriləcək. Yeni İKT formatlarında – vizual, yəni teledebat janrında 2 buraxılış onlayn TV veriliş çəkiləcək, montaj ediləcək, ictimai yayımı ardıcıl aparılacaq. Yeni nəslin yararlandığı fərqli sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlər keçiriləcək, hazır materiallar şəbəkədə yayılacaq. Virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsulları məktəblilər, tələbələr, həmçinin, gənclər və hərb sənəti ilə maraqlananların istifadəsinə veriləcək. Feysbukda “Zəfər salnaməsi” adlı ayrıca sosial vətənpərvərlik şəbəkə resursu yaradılacaq və orada nəşr, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparılacaq, e-kitab və rəqəmsal nəşrlərin e-sərgisini keçiriləcək. Gənclər arasında hərb sənətinə marağı artırmaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlər üstünlük verən, Qarabağın inkişafı üçün intellektual hərbiçilərin və peşəkarların formalaşmasına təkan verən tanıtım və təbliğat aparılacaq. Gənc əsgərlərə, hərbiçilərə İKT bilgilərinin, yeni virtual oxu və e-yazı mədəniyyəti, bilik və bacarıqlarını aşılanacaq. Nəşr olunacaq Almanaxın, virtual-virtual məhsulların təqdimat mərasimi keçiriləcək. Feysbuk, Tvviter, İnstaqram, TikTok, Youtube və b. şəbəkələrdə Zəfər mövzulu fəaliyyətlər dəstəklənəcək, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığı təşkil olunacaq. Yazılı, elektron, virtual KİV-də ardıcıl o mövzularda, eləcə də layihə fəaliyyətləri haqqında materiallar hazırlanıb yayımlanacaq.
Kreativ layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında – səhifə və qruplarında yerləşdiriləcək. Agentlik, AYB, dövlət və ictimai qurumların ekspertləri tərəfindən görüləcək işlərin qiymətləndirilməsinə şərait yaradılacaq. Sonda donor və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı təsviri hesabat təqdim ediləcəkdir. Fond olaraq mədəniyyət, ədəbiyyat, vətənpərvərlik sahəsində silsilə layihə həyata keçirən, kitablar nəşr etdirən qurum olaraq müxtəlif dövlət qurumlarının maliyyə dəstəyi ilə milli-mənəvi dəyərlərin təbliği, hərbi-vətənpərvərlik mövzuda müsabiqələrin təşkili və kitabların nəşri istiqamətində peşəkar – sahəvi bilgilər, təcrübələr əldə etmişik. Təşkilat üzvlərinin əksəriyyəti yaradıcı qələm adamları, tanınmış imza sahibləri və sözlə-sənətlə işləyən elm adamları, İnternet – sosial şəbəkələrdən faydalanan, tanınan kreativ şəxslərdir. İndiyə qədər reallaşdırdığımız layihələr, həyata keçirtdiyimiz kreativ işlər, çoxillik səmərəli fəaliyyətimiz cəmiyyətdə böyük əks-səda yaratmış, orta və ali təhsil ocaqları, dövlət və ictimai qurumlar, mədəniyyətyönümlü QHT-lər tərəfindən indiyə qədər də faydalanılır. Yazılı və elektron KİV-dəki çoxsaylı məlumat və materiallar, eləcə də ekspertlərimizin çıxışları bir daha sübut edir ki, cəmiyyətimiz üçün faydalı işlər ortaya qoymağı bacarmışıq. Layihə çərçivəsində əməkdaşlıq edəcəyiniz dövlət qurumunu və təşkilatlar – Azərbaycan Yazıçılar Birliyi, İnternet Forumu, ali məktəbin filologiya fakültələri, KİV, İnternet resursları, şəhid və qazi ailələri, onların ictimai təsisatları, mətbu orqanlıar, onlayn TV, elektron kitabxana olacaq. Layihə və fəaliyyətlər hər zaman ictimai nəzarət və monitorinq üçün açıq olacaq. Agentlik və aidiyyəti rəsmi qurumlar layihə gedişatının istənilən mərhələsinin monitorinqini, yoxlamalarını keçirə bilər. Fəaliyyətlərlə bağlı aparılan işlərin hesabatları həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun rəsmi saytında yerləşdiriləcək.
Qəhrəmanlıq mövzusundakı bu layihənin geniş kütlələri əhatə etməsi, təbiği və ictimaiyyətə çatdırılması işi dəqiq işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir. Ölkə daxilində və dünyada Azərbaycanın möhtəşəm Qarabağ Zəfəri ilə bağlı həqiqətlərin, yeni ədəbi əsərlərin geniş yayılmasına səbəb olması üçün səylər göstəriləcək. Qlobal və lokal İnternet resurslarında, sosial mediada, saytlarda, TV və mətbuatda mövzu, eləcə də layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, debatxarakterli reportaj və süjetlər hazırlanacaqdır. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın Qarabağ Zəfəri haqqında yaradılan yeni ədəbi nümunələrin geniş yayılmasına səbəb olacaq. Televiziya, radio, İnternet və ölkəmizin nüfuzlu mətbu orqanlarında, yeni mediada, İnternet saytlarında, İnternet TV, Fesybuk, Tvitter, İnstagram kimi sosial şəbəkələrdə həyata keçiriləcək layihə, e-nəşrlər, elektron şəbəkə resursu haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq, geniş ictimaiyyətin müzakirəsinə buraxılacaq.”
“Qayğı və Himayə” Fondunun Mətbaut Xidməti

