Yazıçı-kulturoloq Aydın Xan Əbilovun yazıçı-alim Natəvan Dəmirçioğlu ilə media-debatı…
İnternet ədəbiyyatı, yoxsa “şəbəkə” söz sənəti?!”Ədəbiyyat qəzeti”, 29.08.2014“İnternet ədəbiyyatı, yoxsa “şəbəkə” söz sənəti?!” mövzusunda kreativ debatımızın qonağı yazıçı-publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru, BDU-nun müəllimi, sosial şəbəkələrdə fəallığıyla seçilən Natəvan Dəmirçioğludur.
– Natəvan xanım, sizcə, yeni İKT texnologiyaların, kompyuter, İnternet və sosial şəbəkələrin ədəbiyyatın inkişafında rolu əhəmiyyətlidir?
– Şübhəsiz: hətta bunun nə qədər «debat” mövzusu olması, adamda təəccüb doğurur. Bildiyiniz kimi debat elə bir janrdır ki, burada reallıq, həqiqət əks fikirlərin toqquşmasıyla, müxtəlif düşüncə tərzlərinin dartışmasıyla ortaya çıxması əsas götürülür. Əlbəttə, bir on il ötəndən sonra bu mövzu debat predmeti olmayacaq, problem olaraq ya adiləşəcək, ya da aradan qalxacaq. Doğrudan da informasiya-kommunikasiya texnologiyalarının, kompyuter, İnternet və sosial şəbəkələrin çağdaş ədəbiyyatımızın inkişafında rolu чох böyükdür. Baxmayaraq ki, bunların özlərinin arasında kifayət qədər fərqlər var. Ədəbiyyat dünənin və sabahın sənəti olmaqla yanaşı, həm də İnternet dövrünün – bu günün estetik sahəsidir. Günümüzdə texniki inqilab varsa, İKT həyatın bütün sahələrini əhatələmişdirsə bu açıqdan-açığa tərəqqiyə, inkişafa səbəbdirsə, ədəbiyyat necə və niyə ondan kənarda qalmalıdır?! Bir halda ki, Azərbaycan Respublikası, cəmi 24 illik müstəqillik tarixi olmasına baxmayaraq, artıq İKT sahəsində nüfuz sahibi olan ölkələr sırasında seçilir və milli peykə malik azsaylı dövlətlərdən biridir, niyə də söz sənətinin inkişafında ən yeni texnologiyalardan yararlanmayаq?! Yeni texnologiyaların, kompyuter, İnternet və sosial şəbəkələrin nəinki ədəbiyyatın inkişafında rolu əhəmiyyətlidir, həm də həyatımızın bütün sahələrinin zənginləşməsində, proseslərin sürətlənməsində rolu əvəzedilməzdir. Кimlərsə bunlardan səmərəli istifadə edə bilmir, əksinə, bolluca vaxt itkisinə yol verirsə, bu başqa problemdir və qoy elələri özlərindən küssünlər, İKT-dən yox…
– Dünya və çağdaş milli söz sənətimiz forma dəyişikliyinə, fərqli estetik texnologiyaya, texniki yeniliklərə hazırdırmı?
– Dünyanın texnoloji mədəniyyətə müxtəlif səviyyələrdə sahibliyini görürük. İKT-nin ayrı-ayrı ölkələrdə fərqli durumdaдыр. Xaricdə söz sənətinin yeni texnologiyalara hazırlıq səviyyəsinin də xüsusi təsirləriни görürürk. Çox az ölkədə müasir texnologiya pik nöqtədədir və ədəbi-mədəni əlaqələri fantastik səviyyədə asanlaşdırıb. Bunun bizə birbaşa aidiyyəti yoxdur, amma dolayısı ilə təsiri var. Bizə lazımdır ki, ictimai-mədəni düşüncəmiz, milli söz sənətimiz forma dəyişikliklərinə, fərqli estetik texnologiyalara, kreativ-texniki yeniliklərə hazır olsun, durmadan öz səviyyəsini artırsın. Hələliksə biz bunu müşahidə eləmirik: milli söz sənətimiz bu sahədə yüksək vərdişlərə yiyələnməyib. Nəticədə isə nə görürük? Milli ədəbi-mədəni düşüncəmiz sürətlə üzərinə gələn texnoloji inqilabın qarşısında sanki sarsılır, hətta bacardıqlarını belə şaşırır, yaxud da zəif bildiyi texnika ilə işləyərək, əvvəlki süрətini, işgüzarlığını itirir. Ədəbiyyatımız texniki yeniliklərə, fərqli estetik vərdişlərə uyğunlaşmalıdır. Buna münbit zəmin də var. İnternet istifadəçisinin say göstəricisinə görə Azərbaycan MDB və Orta Asiya ölkələri içərisində lider yerlərdən birini tutur. Dünya İqtisadi Formununun hesabatında ölkəmiz “şəbəkələşmə hazırlığı indeksi”nə görə dünyanın 144 ölkəsi arasında 56-cı yerdədir. Bu gün kosmik dövlətlər sırasındayıq, ölkəmizdə İnternet istifadəçilərinin sayı yetmiş faizdən çoxdur və onlar sürətlə artır.
– İnternet ədəbiyyatı dedikdə, nəyi nəzərdə tutursуz: virtual, elektron, yaxud şəbəkə söz sənətini?
– Sualınıza birbaşa cavab vermək bir qədər çətindir: bu anlayışlar humanitar elmlərə yaxın zamanlarda daxil olduğuna görə onların dəqiq izahını vermək məsuliyyət tələb edir. Virtual, elektron fəaliyyət və əlaqələr barədə чох danışmaq olar. Şəbəkə ədəbiyyatına isə ciddi ədəbiyyat kimi baxa bilmяrəm. Şəbəkə ədəbiyyatını “mini ədəbiyyat” adlandırmaq olar. Fikir vermisizsə, sosial şəbəkədə bir bənddən artıq şeir yerləşdirən müəllif санки adam “itələyir”. Çünki orada ciddi ədəbiyyat “alınmır”. Ədəbiyyatımızın “sosiallaşmasında – şəbəkələşməsində” hələlik müəyyən problemlər var. Baxmayaraq ki, Azərbaycan MDB məkanında “elektron hökumət” layihəsi üzərində işlərin səmərəli aparıldığı dördüncü ölkə sayılır. Bu gün dünyada çoxəsrlik zəngin tarixi ənənəyə, uğurlu siyasi və iqtisadi inkişafa, müxtəlif xalqların ümumi yaşayışınа tolerant mühitə sahib olan Azərbaycan üçün müasir texnologiyalardan yetərincə istifadə qaçılmazdır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz orbitə buraxıldı. 2015-ci ildə fəzaya buraxılan “Azərspace-2” telekommunikasiya peykinin layihə sənədlərinin hazırlığı başa çatmaqdadır. Azərbaycan üçüncü telekommunikasiya peykini isə 2017-ci ildə orbitə çıxarıldı. Sual oluna bilər: bu qədər yeniləşmə gedən ölkədə ədəbiyyatımızın proseslərdən kənarda qalmağa nə dərəcədə haqqı var?
– Sizin necə öz bloq, şəbəkə səhifəniz, Feysbuk profiliniz, saytınız varınızdırmı? Onlardan səmərəli istifadə edə bilirsiz?
– Sadaladığınız və onlara bənzər nələrsə var, amma səmərəlilikdən ürəklə danışa bilmərəm. İnternetdə olan materiallarım, mənim haqqımda olan məlumatlar, şəbəkə video-kanallarında yerləşdirdiyim videolar kreativ «piar»ıma xidmət edir. Hərdən özüm də onlara baxıram, nəzarətdə saxlayıram. Feysbuk profilimi də demək olar ki, sıx-sıx yada salıram, fasilələrlə daxil oluram. İnternetlə fərdi əməkdaşlığımı dərs ili sona çatdıqda xeyli gücləndirmək fikrindəyəm. Müasir dövrdə İKT-nin inkişafı həm dövlət üçün, həm də hər bir şəxs üçün etibarlı gələcək deməkdir. Azərbaycanda İKT ölkə iqtisadiyyatında neftdən sonra ikinci sahə elan olunub. Bu da maraqlı faktdır və biz yaradıcı adamlar da yaradılan imkanlardan lazımınca bəhrələnməliyik.
– Feysbuk sosial portalındakı statusu yazılarını, qeydləri, başqa materialları, onlara şərhləri, aparılan polemika və müzakirələri şəbəkə ədəbiyyatı nümunələri saymaq olarmı?
– Feysbukdakı status yazıları, qeydləri, onlara ünvanlanan şərhləri, aparılan polemika və müzakirələri şəbəkə ədəbiyyatı predmeti kimi götürmək, əlbəttə, düzgün olardı. Heyif ki, onların əksər hissəsini ciddi ədəbiyyat faktları kimi saymaq mümkün deyil. O yazılanlar daha ciddi ola bilərdi, amma, görünür, ciddiyyət sosial şəbəkələrdə lazımi qədər nəzərə alınmadığına görə, bu, hələ ki mümkün deyil və sanki heç alınmır da. Əslində şəbəkə ədəbiyyatı ciddi, peşəkar sənət əsərindən çox, kreativ olmalıdır. Ustad İsa Muğanna rəhmətə gedəndə, daxili bir ehtiyac hiss edərək bir status paylaşmışdım: “Bəlkə də dünyanın ən böyük acısı yarımçıq əsərə yanmaqdır. Hətta, yarımçıq ömür də onun qədər acı vermir. “Ölüm həmişə vaxtsızdır”. Məncə, ömür həmişə tamdır, nə vaxt bitməsindən aslı olmayaraq. 30-da da, 90-da da. Bitdiyi an ömür bitir. Yarımçıq əsər isə heç vaxt bitmir…
Yusif Səmədoğlunun “Deyilənlər gəldi başa”, İsa Muğannanın “Mənim məhəbbətim” yandırdı məni”. Təəssüflər olsun ki, belə ağrılı statusa bir nəfər belə şərh yazmadı, halbuki dostluğumda olan insanların 90%-i ədəbiyyat adamıdır – ”əsər yaradanlar”dır. Əsər onların həyatının, ən azı, yarısı deməkdir. Amma hansısa gəncin paylaşdığı фотоşəklə yüzlərlə “bəyndim” gəlir, şərhlər yazılır…
– Ən çox hansı sosial şəbəkələrdən bəhrələnirsiz?
– Ən çox Google.com, Vikipediya, Youtube.com, Facebook.com, İnternet TV-lərdən, müxtəlif saytlardan istifadə edirəm. Saytlardan, İnternet TV-lərdən istifadə maraq dairəmdən, informasiya almaq ehtiyacından, çox halda isə şəxsi tanışlıqlardan bəzən həmin yerdə kimsə dostlardan, ya tələbələrimdən işləyir irəli gəlir.
– Sizin yaradıcılığınızın təbliğinə, eləcə də əsərlərinizin yazılmasına, imzanızın tanınmasına İnternet və sosial şəbəkələrin təsiri varmı?
– İnternetin həyatıma və yaradıcılığıma çox əhəmiyyətli təsiri olub. Son dövr yazılarımı bilgisayarda özüm yazıram və eleкtron poçt vasitəsilə istənilən yerə rahatca göndərirəm. Vaxta, pula, fiziki zəhmətə qənaət olunur. Bu yaxınlarda Amerikada povestim çap olunub. BBununla əlaqədar yazışmalarım İnternet üzərindən həyata keçirilib. Kitabı – toplunu da İnternetüstü elektron satışdan almaq üçün sifariş verdim.Sosial şəbəkələrin yaradıcılığımın təbliğində böyük rolu ola bilərdi, amma, deyəsən, nəsə düz alınmır. Səbəb sadə olduğu qədər mürəkkəb, mürəkkəb olduğu qədər də sadədir. Sosial şəbəkələrdə ciddi məhsul “alınmır”. Dostluğunda kifayət qədər ədəbiyyat, sənət, mədəniyyət, elm, düşüncə adamları olan istifadəçi bir yazı nümunəsi paylaşır. Real vəziyyətin konturlarını dəqiq cızsaq, belə bir mənzərə alınır: oxunmasına azı 20 dəqiqə vaxt lazım olan material şəbəkədə yerləşdirildiyi andan она “bəyəndim” bonusu yığılmağa başlayır. Axı necə? Bunu oxumaq, ya da dinləmək üçün müəyyən vaxt lazımdır. Yox, həmin an “bəyəndim» – «like” olunur. Çünki sosial şəbəkələrdə də münasibətləri nüfuz, populyarlıq, şəxsi əlaqələr, “işi keçmək” ehtiyacı tənzimləyir. Bəlanın biri bu. İkincisi, eyni adam dəyərli iki bəndlik şeir qoyur, ya dörd sətirlik kreativ, orijinal, intellektual məhsul yerləşdirir. Onu bəyənən on adam olursa, övladının, nəvəsinin şəklini paylaşanda ona yüzlərlə rəy bildirilir. Anormal bir vəziyyətdir. Mən bilmirəm, digər xalqların sosial şəbəkələri necədir, amma bizdə vəziyyət səviyyəcə çox aşağıdır. Nadir hallarda müzakirə qurmaq olуr və ya intellektual söhbətlərə şərait yaranır. Üçüncü acı hal isə odur ki, mən özüm də bəzən belə edirəm. Bizdə hazırda cəmiyyətin formalaşması prosesinin getdiyini, mədəni mühitin, elitar cəmiyyətin yeni tələblərə uyğun, fərqli məzmunda qurulduğunu formalaşdığını nəzərə alsaq, sosial şəbəkələrdə də intellektual mühiti yaradılmasına böyük ehtiyac duyulur.
– Ənənəvi söz sənəti, yoxsa şəbəkə ədəbiyyatı, kağız kitab, yoxsa elektron kitab seçiminiz?
– Sizin ənənəvi söz sənəti ilə şəbəkə ədəbiyyatının müqayisəsində hər ikisinin uduzan və udan tərəfləri var. Ənənəvi ədəbiyyat fundamentaldır, “yazıya pozu yoxdur”, “göz görür, ağıl kəsir”, əlin ilə toxunduğun hər şey realdır. Şəbəkə ədəbiyyatı isə, adından da göründüyü kimi, elektron formada yayılır, müasirdir, gələcək onundur! Kağız kitab, yoxsa elektron mətn? Artıq son dövrlərdə elektron variantda oxumaq mənə ləzzət verir. Amma burada həcm problemi var. İnternet üzərindən, nədənsə, hər şeydə mobillik zəruri ehtiyaca çevrilib. Əlifba məsələsi də mütaliə və oxunmaq üçün bizə ciddi problem yaradır. Bu həll edilməlidir. Yalnız Azərbaycan dilinin orfoqrafiyasına məxsus olan “ə”, “ı”, “ö”, “ü”, “ğ”, “ç”, “ş” hərfləri İnternet ədəbiyyatına əsl problemə çevrilib. Görünür bu barədə də ciddi tədbirlər planına ehtiyac var…
– Maraqlı söhbətə görə minnətdarıq.- Debata dəvət etdiyinizə görə təşəkkür edirəm.
Söhbətləşdi: Hidayət Əbilli

