“Ədalət işığında”: Azərbaycanın dəyərli söz ustaları və poeziya sevərləri ilə görüş
13 avqust 2022-ci il tarixdə “ƏDALƏT İŞIĞINDA” Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları və poeziya sevərlərimiz ilə görüşümüz oldu.
“Ədalət işığında” ədəbi-bədii məclisin sədri, AYB və AJB-nin üzvü Ədalət Əroğlu Məclis üzvlərini salamlayaraq ədəbi məclisi açıq elan etdi. Məclisin Sədri Hüquqşünas, şair-publisist Ədalət Qafarov (ƏROĞLU) Vətənimiz uğrunda canlarından keçən Şəhidlərimizin xatirələrin andı, Döyüşlər zamanı xəsarət alan Müharibə Veteranları, Qazilərimizə isə Allahdan sağlamlıq dilədi.
Məclisdə dəyərli şairlərimizdən AJB-nin üzvü satirik publisist-Şair Miraslan Rasim, Şair-publisist Hidayət Qarabulaq, Sabaha-inamla.az xəbər saytının Təsisçisi və Baş Redaktoru, bir çox mükafatlar sahibi Namiq Məmmədli, Şair-publisist Əliyar Günəşoğlu, Şair-publisist Leyli Novruova, Şair-publisist Səadət Salmanqızı, Şair-publisist Sevinc Murad, Şair-publisist Aynurə Ulduz və gənc qiraətçilər, dinləyicilər iştirak etdilər. Məclisdə iştirak edən Şairlərimizin hər biri Şair, Jurnalis Namiq Məmmədliyə 55 illiyi, “Ad günü” münasibəti ilə xoş arrzu və diləklərini bildirib özlərinin bir neçə yeni şeirlərini səsləndirdilər. Dəyərli Jurnalistimiz Sabaha-inamla.az saytının rəhbəri Namiq Məmmədli Fb.-da canlı bağlantı ilə izləyicilərimizə Şairlərimizi təqdim etdi. Canlı bağlantıda bütün Şairlərimiz Sabaha-inamla.az xəbərlər saytının rəhbəri Namiq Məmmədliyə xoş arzularını bildirdilər və Dəyərli Şairimiz Miraslan Rasim Namiq Məmmədliyə yubileyi ilə əlaqədar həsr etdiyi şeiri səsləndirdi. Məclis üzvləri tərəfindən alqışla qarşıland. Bir daha dəyərli Yazarımız Namiq Məmmdliyə can sağlığı, işlərində uğurlar diləyirik.
Məclis iştirakçıları “Ədalət işığında” Ədəbi Məclisin fəaliyyətindən söz açıb, yeni şeirlərini səsləndirərək müzakirələr etdilər.
Sonda yadda qalan şəkilləri çəkən Operatorumuz Reyhanə Xanım Şükürovaya Ədəbi Məclisimiz adından dərin minnətdarlığımızı bildirdik.
Bir sözlə bu gün də özünə məxsus mənalı bir gün oldu. Yeni şeirlər, yeni fikirlər dinlədik.
Məclisimizin sonunda məclis iştirakçıları ilə yadda qalan şəkilləri çəkdirdikdən sonra çay süfrəsində məclisimiz davam etdirdik. Bir sözlə çox maraqlı bir gün oldu.
Məclisdə iştirk edən və ürəyi bizimlə olan, müəyyən səbəblərdən məclisimizə qoşula bilməyən dəyərli şairlərimizə də təşəkkür edirəm.
Hörmətlə:
AYB və AJB-nin üzvü,
“ƏDALƏT İŞIĞINDA” Ədəbi Məclisin Sədri,
Hüquqşünas-şair
Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU)

