Albaniyanın ermənilərdən xilas edən elm şəhidi: tarix nəhəngimiz Fəridə Məmmədova
Sabah Azərbaycan tarix elminin son mogikanı, Azərbaycan albanşünaslığının “əfsanəsi”, tarix elmləri doktoru Fəridə Məmmədovanın doğum günüdür. Xatırladım ki, Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Zubovkada (hazırkı Şirvan şəhəri) anadan olub, 2021-cı ilin 8 dekabrında isə Şəlyanda vəfat edib.
Vətən tarixi ixtisası üzrə “Musa Kalankatlının “Alban tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” mövzusunda namizədlik dissertasiyası, “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 100-dən çox elmi əsəri çapdan çıxmışdır.
Yazıları ilə həmişə müzakirə mövzusuna çevrilən albanşünas alimin əsas nailiyyətləri aşağıdakılardır:
Tarixi Azərbaycanın ilk dövləti olan Albaniyanın ictimai quruluşunu, feodalizm genezisini (onun təsisatlarını);
Siyasi hakimiyyətinin müstəqilliyini, hökmdarlarının irsiliyi və aramsızlığını elmdə ilk dəfə üzə çıxararaq bərpa etmiş;
V-VIII əsrlərdə alban tarixi – ədəbi ənənəsinin inkişaf yolunu;
Alban Apostol Aftokefal (müstəqil) kilsəsinin təşəkkülünü müəyyən etmişdir.
“2005-ci ildə çap olunan “Qafqaz Albaniyası və albanlar” monoqrafiyasında aşağıda adları çəkilənlər elmdə ilk dəfə aşkar edilmiş və sübuta yetirilmişdir:
XIII-XIX əsrlərdə alban tarixi-ədəbi ənənəsi mövcud olmuşdur, həmin dövrün XI – XIII əsrlərinə alban intibah dövrü təsadüf edir, intibahın mərkəzi Nizami, Məhsəti kimi müsəlman intibahı nümayəndələrini, habelə David Alavik, Mxitar Qoş, Gəncəli Kirakos, Albaniyalı Qriqor və b. kimi alban intibahı nümayəndələrini dünyaya bəxş etmiş Gəncə şəhəri olmuşdur;
1836-cı ildən başlayaraq Erməni Kilsəsi alban etno-mədəni irsinə yiyələnmək məqsədi ilə alban ədəbiyyatını erməni dilinə çevirir və onu erməni tarixinə uyğun səliqə ilə redaktə edir;
Albaniya və Ermənistanın siyasi və dini gerçəkliklərinin müqayisəli tədqiqi sübut edir ki, erməni dili nə Albaniya, nə də Qafqazda millətlərarası ünsiyyət dili ola bilməzdi;
XII əsrdən başlayaraq bu vəzifəni türk dili yerinə yetirir;
İlk dəfə alban etnosunun təşəkkülü və prosesə yardım olmuş amillər təsvir olunur;
VIII-IX əsrlərdə ərəb hökmranlığı dövründə və XIX əsrdə Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra albanların şəkil dəyişməsi, millisizləşdirilməsi prosesində onların əksəriyyəti islamı qəbul edərək türkləşmiş, az hissəsi XIX əsrdə erməniləşmiş və gürcüləşmişdir.
Bu, yalan üzərində məharətlə qurulmuş erməni tarixinə növbəti zərbə oldu. Erməni tarixçilərinin iddiasına görə Kilikiya guya erməni dövləti imiş;
Qədim yəhudi, nazarey məskənlərinin mövcudluğu xristianlığın Albaniyaya erkən müdaxiləsinin səbəblərini üzə çıxarır. Bu da elmdə yenilikdir. Bu öz növbəsində Alban Kilsəsi ilə Qüds Kilsəsi arasında genetik əlaqənin mövcudluğuna dəlalət edir, Alban Kilsəsinin qədimdən Erməni kilsəsinin tabeçiliyində olduğu barədə erməni müddəasını darmadağın edir;
F. Məmmədova monoqrafiyasında həmin beş erməni paytaxtının Qərbi Azərbaycanda, İrəvan şəhəri ətrafında deyil, Şərqi Anadoluda, Erməni yaylasının mərkəzində yerləşməsini sübuta yetirməyə nail olur;
Monoqrafiya “Qarabağ probleminin alban kökləri” fəsli ilə tamamlanır. Erməni xalqı tarixinin yaradıcıları çoxdandır ki, Qarabağ-Arsax haqqında elmdə elmi əsası olmayan təcavüzkar müddəa yeridirlər, bu müddəaya əsasən Qarabağ erməni ərazisi, onun əhalisi isə siyasi, etnik, dini və mədəni cəhətdən erməni hesab olunur. Tədqiqatlar göstərdi ki, Qarabağ heç vaxt Qafqaz hüdudlarından kənarda, Kiçik Asiya, Şərqi Anadolu ərazisində yaranmış erməni dövlətlərinin və ya heç olmasa, siyasi-inzibati qurumlarının tərkibində olmayıb. Qarabağ əhalisi alban, türk və kürdlərdən ibarət olub. İki min illik tarixi olan zəngin alban mədəniyyəti Qafqaz xalqlarının Azərbaycan, Dağıstan, qismən gürcü xalqlarının mədəniyyətinə daxil olmuşdur.
Bircə onu bilirəm ki, erməni tarixçiləri Fəridə xanımdan it kimi qorxurlar. Qədim erməni dilini bilən, mənbələri orjinaldan oxuyan yeganə azərbaycanlı alimdir.
Solmaz Rustamova -Toqidi: “Bu da bizik… Təəssüf. Bunları yazıram ki, gənclər öz Böyük Alimini tanısın və fəxr etsin. Çünki alimi “Böyük” edən heç də onun “akademik” adı deyil, onun dünyada tanınan və qəbul edilən nüfuzudur!
Fəridə xanım yaşı nəzərə alınmaqla son dəfə beynəlxalq konfransda 2014-cü ildə Londonda olub. Orada bir Fransalı xanım alım ilə mübahisə yaranıb. Alban tarixinə dair ermənilərə yaxın mövqeyi olan fransız tarixçi alim Fəridə xanımın arqumentləri qarşısında əsəbiləşib, səsini artırıb və az qala qapını çırpıb zaldan çıxıb. İclasın sonuna yaxın birdən qayıdaraq hamının qarşısında Fəridə xanımdan üzr istəyib və onunla razılaşmalı olduğunu etiraf edib!”
Sözardı: Tarixçilərin tarixdə qalmaq şansı başqalarından daha çox olur deyirlər. Arzu edək ki, bizim tarixçilərimiz də yazdıqları ilə tarixdə qalsınlar. İntriqaları ilə deyil. Amma Fəridə xanım bir şeyi unudur ki ,albanların genetik analizi onların türk olduğunu sübut edib !! Amma demək lazımdır ki.səhv etmirəmsə 16 alban boyundan yalnız Qarqarlar, yəni, qarabağlılar türk mənşəlidir. Mən elə bilirəm. Səhv edə bilərəm.
Amma təəssüflə deməliyəm ki. bu gün fəridə xanımın vəfatından sonra antik, alban dövrləri qalsın, heç şirvanşahlar, səfəvilər tarixi üzrə bu gün bizim dünyada orta səviyyəli, layiqli təmsilçimiz yoxdur. Çox təəssüf… Sovet elmi məktəbini əldən verdik, özümüzünkünü yaratmadıq. Çox ağrılı məsələdir.
“Azərbaycanda o səviyyəli alimlərin yetişməsi üçün heç vaxt elmi mühit olmayıb, üstəlik yüksək təhsil alıb gəlmiş alimlərin burada öz məktəblərini yaratmaq üçün də münbit şərait yaradılmayıb və subyektiv səbəblərdən dı imkan verilməyib. Fəridə xanım heç layiq olmadığı qınaqlara, onun bildiyinin mində biri haqda təsəvvürü olmayanlar tərəfindən məqsədyönlü şəkildə incidilib və bilavasitə elmi mühitdən kənarlaşdırılıb. Fəridə xanım şans gətirib ki, qabağında Ziya Bünyadov var idi və onu qoruyur, müdafiə edirdi”
Mənim düşüncəmə görə Fəridə xanımla razılaşmadığımız məqamlar ola bilər .. Amma onun əsl elm insanı olmasını heç kim dana bilməz! Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır.
Ruhu qarşısında təzimlə, Baba Allahnəzərov