Paşinyan qoruxya düşdü: Azərbaycanın tələblərini qəbul etdiyini açıqladı. Ondan Əliyevə “Qisas” əməliyyatı yetərli deyil” mesajı

Paşinyan qoruxya düşdü: Azərbaycanın tələblərini qəbul etdiyini açıqladı

“Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan hökumətin iclasında çıxışı zamanı Rusiya tənqid edib: “Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur. Sülhməramlı əməliyyatının təfərrüatlarına aydınlıq gətirmək mütləqdir. Mən dəfələrlə demişəm ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması və fəaliyyəti ermənilərin təhlükəsizliyinin əsas amilləridir”. 

O iddia edir ki, hazırda Qarabağda Ermənistan hərbçiləri xidmət etmir: “İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən regionda sülhün bərqərar olmasının tərəfdarıdır”.

Xatırladaq ki, ötən gün Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Paşinyandan Əliyevə “Qisas” əməliyyatı yetərli deyil” mesajı…

Nikol Paşinyan “Qisas” əməliyyatından sonra da bütün öhdəliklərindən imtina edir, əvəzində Azərbaycanın üzərinə öhdəliklər qoyur.

A) Erməni baş nazir 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasından imtina etdiyini rəsmi şəkildə elan etdi.

Nikol iddia edir ki, Qarabağda Ermənistan ordusunun əsgəri yoxdur, halbuki, bir neçə gün öncə təhlükəsizlik şurasının katibi Qriqoryan avqust ayının sonuna qədər erməni çağırışçıların bögədən çıxarılacağını elan etmiş, ondan öncə isə Moskva Bakıya iyun ayına qədər erməni qoşunların çıxarılacağı vədini vermişdi. Nikol təkcə razılaşmanı pozmur, həm də prosesin bütün iştirakçılarını “axmaq” yerinə qoyur və təsdiq edir ki:

– Ermənistan Qarabağda qalan silahlı dəstələrini separatçıların qondarma “müdafiə ordusu”nun tərkibinə daxil edib;

– Sentyabr ayına qədər sonuncu müddətli hərbi qulluqçusu təxris olunsa da, zabit və müqaviləli hərbçiləri Qarabağda qalacaq;

B) Paşinyan Bakıya qarşı “Dağlıq Qarabağ” kartını oynayır.

Erməni baş nazir deyir ki, Azərbaycan və Rusiya Qarabağda “təmas xəttinin” (rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimiz) təhlükəsizliyinə zəmanət verərsə, separatçı-terrorçuların “postlar” qurmasına ehtiyac qalmayacaq. 

Və iddia edir ki, separatçı-terrorçuların “mövqe-post” qurmasına ehtiyac Bakının “sülhməramlıların mandatını” təsdiqləməkdən imtinasına görə yaranıb.

Və əlavə edir ki, “Sülhməramlı missiyasının “tam hüquqlu fəaliyyəti” üçün Ermənistan və Rusiyanın imzalarının kifayət etdiyini hesab edirik, əgər belə deyilsə, o zaman “mandat”ın beynəlxalq səviyyədə tanınması və ya onun genişləndirilməsi prosesinə başlamaq lazımdır”.

Paşinyan bununla bir neçə istiqamətdə oyun qurur:

Birincisi, Azərbaycanın Qarabağda “təmas xətti”ni, həm də de-fakto separatçı-terrorçuların mövcudluğunu tanımasını istəyir: “status” iddiasını “etnik ermənilərin təhlükəsizlik və hüquqlarının qorunması” ilə əvəz edən İrəvan “təmas xətti” gedişi ilə bu mövqeyini gücləndirməyə çalışır.

İkincisi, Bakının bunu etməyəcəyini bilir, lakin bu məsələ üzəridən rus sülhməramlılarının “mandatı”nı gündəmə gətirməklə Moskvanın əlinə oynayır, onun dəstəyini qazanmağa çalışır.

Üçüncüsü, “sülhməramlı missiyasının genişləndirilməsi prosesi” ilə beynəlxalq ictimaiyyəti – Qərbi prosesə qoşmaq imkanını gündəmə gətirir, bununla həm Moskvaya “siz zəmanət verməsəniz, Qərbə üz tutarıq” mesajı verir, həm də Qərb ölkələrinə “qapı göstərməklə” Qarabağ məsələsində dəstəyi genişləndirmək gedişi edir.

C) Ermənistan Laçın dəhlizinin alternativ marşruta köçürülməsinə könüllü razı olmayacaq.

Bakının “Qisas” əməliyyatından sonra dəhlizin yeni marşruta köçürülməsinin sentyabr ayına qədər həyata keçiriləcəyinə dair razılaşmanın olduğu məlumatları var. Erməni baş nazirin sözləri isə İrəvanın buna qarşı olduğunu təsdiqləyir.

Ç) Paşinyan Zəngəzurdan dəhliz verməyəcəyini bir daha elan etdi.

Erməni baş nazir bildirir ki, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında rabitəni təmin etməyə hazırdırdırlar, Ermənistan qanunvericiliyi çərçivəsində sərhədi keçib Naxçıvana gedə bilərlər”. Bununla 10 noyabr razılaşmasının 9-cü bəndinə uyğun olaraq Naxçıvana “maneəsiz keçid” vermək niyyətində olmadıqlarını deyir.

Nikolun fikirlərindən çıxan ümumi nəticə və hədəflər belə görünür:

– İrəvan Qarabağdakı “etnik ermənilərlə” bağlı üzərinə düşəni edir, lakin məsələnin əsas ünvanı Rusiyadır: baş verənlərə məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə qoyması da buna hesablanıb.

– İrəvanın rolunu arxa plana keçirməklə, Qarabağda Bakı və Moskvanı üz-üzə qoymağa çalışır;

Və həm də Bakıya açıq mesaj verir ki, güc tətbiqi olmasa, razılaşmalar yerinə yetirilməyəcək.

Əliyev “Qisas” əməliyyatından öncə sonuncu çıxışı zamanı elan etmişdi ki:

– Erməni qoşunlar Azərbaycan ərazisindən çıxmalıdır.

– Naxçıvana “maneəsiz keçid” təmin edilməlidir.

– Razılaşmalara əməl edilməsə, Bakının cavab addımları olacaq.

“Qisas” əməliyyatı bu cavablardan biri hesab edilə bilər və əsas hədəflərindən biri də İrəvanı razılaşmalara məcbur etməkdir. Hərçənd, erməni baş nazir bunun yetərli olmadığını deyir.

Asif Nərimanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir