İcbari tibbi sığorta: pul alıb köhnə metodla işləyəcəklərsə…
Hər il məzuniyyətə çıxanda ilk olaraq sağlamlığımla bağlı düşünürəm. Çünki iş vaxtı belə bir imkanım az olur. Dünən tezdən saat 9-00 durub ac qarına tibbi müayinə üçün çıxanda yadıma düşdü ki, mən axı son 5 ildə 6-7 min icbari tibbi sğorta ilə bağlı pul ödəmişəm bəlkə elə bu vəsaitdən istifadə edim. Müayinə olunduğum özəl tibb müəssisəsinə zəng etdim. Dedim mən öz icbari tibbi sğortamla sizdə müayinə ola bilərəmmi? Dedilər əlbətdə ola bilərsən yaşadığın ərazi poliklinikasından bir göndəriş al gəl. Yollandım ərazi üzrə poliklinikaya məni qeydə alıb sahə üzrə həkimə yönəltdilər. Həkimin ilk sualı bu oldu şikayətiniz nədir? Dedim heç bir şikayyətim yoxdur isdəyirəm tibbi müayıələrdən keçəm görüm nə var nə yox. Dedi biz xəstələri göndəririk. Dedim bu səhv yanaşmadır siz insanların sağlamlığının keşiyində durmalısınız qoymamalısınız onlar xəsdələnsin. Bu sizin ilk vəzifənizdir. Nəysə mən 45-ci məhəllədəki poliklinikaya göndəriş verdilər və dedilər ki, biz özəl klinikalara göndəriş vermirik. Getdim 45-ci məhəllədəki poliklinikaya ordada eyni fikri bildirdilər. Əlimdə göndəriş vərəqi və çeklər qaldım ortalıqda fikirləşdim daha 2 saat vaxt itirmişəm heç olmasa bir UZİ-dən keçim. Yaxınlaşdım kabinetə gördüm böyük növbə var və bir polis işçisi növbə üçün qeydiyyat aparır. Növbəyə yazılandan sonra soruşdum ki, oğul mənim növbəm nə vaxt çatar. Dedi dəqiq cavab deyə bilmərəm 3-4 saatdan sonra. Dedim indi mən 3-4 saat burda durmalıyam. Dedi yox get işlərini gör o vaxt gələrsən. Dedim oğul mən 6-7 min icbari tibbi sğorta haqqı ödəmişəm ki, bir müayinədən keçmək üçün 5-6 saat vaxtımı itirim bu nə icbari tibbi sğorta xidməti oldu. Dedi dayı bu pulsuzdur. Dedim məgər əvvəl bu poliklinikada bu xidmət pullu idi. Dedi bəli. Başa düşdüm ki, bu cavan oğlanda gördüyün danışır. Əlbətdə mənim fikrim Sumqayıt şəhərində icbari tibbi sğorta xidmətin aşağı səviyyədə olmasını göstərmək deyil. Bu tək Sumqayıt şəhərinə aid deyil. Problem daha böyükdür. İcbari tibbi sğorta xidmətinin təşkili düzgün deyil. Hesab edirəm:
- Hər bir azərbaycan vətəndaşı məcburi qaydada ildə 1 dəfə öz tibbi sğorta paketinə uyğun tibbi müayınədən keçməlidir.
- Hər bir kəsə ödədiyi icbari tibbi sğorta xərci ilə bağlı bir kart təqdim olunmalıdır.
- Vətandaş ildə ödədiyi icbari tibbi sğorta xərcinin neçə faizindən istifadə həddi müəyyən edilməlidir (çünki, onun kritik situasiya üçün ehtiyyat fondu olmalıdır).
- Vətəndaş üçün müayinə üçün seçim imkanı verilməlidir (öz yığım kapitalına uyğun mümkün imkan olan yerdən istifadə edə bilsin).
- Vətəndaşların icbari tibbi sğorta xərcləri sistem üzərindən hamı üçün şəffaf olmalıdır ( banklar əmək haqqısı çox olan vətəndaşa tez-tez gəng edərək kredit təklif etdiyi kimi, klinikalarda öz müştərilərini təşviq edəcəkdir).
- Vətəndaşların icbari tibbi sğorta xidmətləri üçün sistem üzərindən onlayn rejimdə növbə götürmək imkanı yaradılmalıdır (bu həm tibb işçilərinin işini asanlaşdırar həm də vətəndaşların vaxt itgisinin qarşısı alınar).
- Respublikamızda icbari tibbi sğorta fondu və onun xərcləri şəffaf olmalıdır (hər bir vətəndaş o xərclərinin şəfaflığını hiss etdikdə sğorta xərclərinə maraq artacaqdır).
- İldə 1 dəfə icbari tibbi sğorta xətcləri ilə bağlı vətəhdaşlara hesabat verilməlidir (isdər dövlətin üzərinə götürdüyü öhdəliklərlə bağlı, isdərsədə vətəndaşların ödədikləri icbari tibbi sğorta xərcləri ilə bağlı).
- İcbari tibbi sğorta xərclərinin və xidmətlərinin monitorinqi və nəzarəti üçün ictimai nəzarət mexanizmi işlənməlidir.
Mənbə: Feysbuk

