Azərbaycan Dil Qurumuna ehtiyac varmı? Aydın Xan Əbilovun movqeyi

Jurnalist sorğusuna Aydın Xan (Əbilov), YYSQ sədri, kitabxana.net – Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloqun cavabı:

“Dilin qurumu olmaz, mən inanmıram ki, ana dilimizlə bağlı hansısa təşkilat yaransa nəsə düzələ. Ona qalsa, AMEA Nəsimi adına Dilçilik İnstitutu, universitetlərdə filologiya fakultələri, dilçilik kafedraları illər boyu fəaliyyətdədir, onlar nə ediblər ki, yaranacaq hansısa inzibati qurum nələrisə dəyişə bilsin?!

Rus, ingilis, alman dil qurumlarımı var ki, onlar dünyanın aparıcı ünsiyyət vasitəsinə çevrilib? Zənnimcə, bundansa, dövlət Azərbaycan yazarlarına qrant ayırıb yeni-yeni əsərlərin yaranmasına stimul verməlidir. Yaranacaq hər hansı inzibati qurum, sadəcə, ona rəhbərərlik edəcək şəxsə qulluğ edəcək. İldən-ilə yeni-yeni dövlət və ictimai qurumlar yaradılır, amma cəmiyyətimizin problemləri azalmır. Məncə ictimai-sosial düşüncəmizdə, cəmiyyətin bütün qatlarında ana və dövlət dilimizə xüsusi sayğı olmalıdır.

Eləcə də ən çevik informasiya resurslarında – İnternet, sosial şəbəkələr, yazılı və elektron KİV-də dövlət dilinin işlənməsinə xüsusi diqqət ayırmaq lazımdır. Əgər ana dilimizin bütün qollarının inkişafını istəyiriksə, mütləq ona azadlıq vermək, inkişaafınıən qayğısına qalmaq lazımdır. Nəzərə alaq ki, dilimizin bir çox üslubi istiqamətləri, məsələn elmi, fəlsəfi, tbbi, rəsmi, hərbi, texniki və innovativ qolları hələ lazımınca inkişaf etdirilməyib.

Dilçilərə və savadsız rtəsmilərə, məmurlara qalsa, onlar dil polisi yaradıb özləri kimi düşünməyən və danışmayanları həbs etdirərlər: məmurlarımızın və alimlərimizin çoxu isə rusdillilərdən təşkil olunub…”

2012

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir