Türk memarlığının incilərini yaratmış Sinanın gizli məktubu

Təxminən 400 il öncə inşa edilən “Şehzadebaşı” məscidinin restavrasiyası zamanı divarın içindən tapılan şüşənin içindəki məktub Memar Sinanın şəxsiyyətini, ağlını, məntiqnini bizlərə əyani şəkildə göstərdi.

Məktubunda yazılmışdı:
“Bu kəmərlərdə istifadə olunan daşların ömrü təxminən 400 ildir. Bu müddət ərzində bu daşlar çürüyəcək, ona görə də siz bu kəmərləri(sütunları) təzələmək istəyəcəksiniz. Çox güman ki, bu sütunu necə bərpa etməli olduğunuzu bilməyəcəksiniz. O zamana qədər tikinti texnikanız da dəyişəcək. Məktubda sütunları necə asan yol ilə bərpa edəcəyinizi izah edəcəm. Sənin üçün yazıram”.

Əzəmətli Sinan əfəndi məktubuna belə başladıqdan sonra o kəmərləri tikərkən istifadə ediyi daşları Anadolunun harasından gətirdiklərini deyərək izahatlarına davam edir. Kəmərin necə tikilməsini ətraflı izah edir.

Bu məktub, bir memarın işini əbədi etmək üçün göstərə biləcəyi səyin fövqəlbəşəri nümunəsidir. Bu məktubun möhtəşəmliyi, daşın ömrünü dəqiq bilməsidir məncə, müasir texnologiyalarla belə indiki dövürdə oldqca çətinlik çəkir bir şeyin ömrünü təxmin edərkən. Tikinti texnikasının belə dəyişəcəyini təxmin etmək, 400 il salamat qala biləcək kağızı, mürəkkəbi bilmək-tanımaq, əlindəkilərdən maksimum dərəcədə səmərəli və dəqiq istifadə etmək kimi yüksək bilik səviyyəsi sayəsində bu gün dillərdə dastana çevrilib Memar Sinan. Şübhəsiz ki, bu yüksək bilik o nəhəng memarlığın spesifik xüsusiyyətlərindən biridir. Məsuliyyət hissi, dəqiqlik, yüksək səviyyədə irəli görüşlülük və ən əsasıda işini sevmək saysəində Türk xalqının ürəyində əbədi olaraq yaşayacaqdır.

Osmanlı İmperiyasının baş memarı və inşaat mühəndisi Memar Sinan həyatı boyu 375 tikilini ərsəyə gətirib.

Əsasən 92 məscid,
57 mədrəsə,
52 kiçik məscid,
8 körpü,
7 darülkurra,
5 su kəməri
3 xəstəxana olmaqla cəmi 375 tarixi tikili.

Memar Sinan 434 il öncə bu dünya ilə vidalaşıb, ruhu şad olsun…

Hazırladı: Mir Cəmal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir