“Bill və Melinda Qeyts birlikdə öz xeyriyyə fonduna 55 milyard dollar köçürüb: bütün zamanların ən böyük xeyriyyəçiləri…”

“Son illər bəşəriyyət koronavirus pandemiyası və Ukraynada müharibə kimi dəhşətli sarsıntılar keçirib…”

“Bil Qeyts indiyədək hər il fonda 6 milyard, bütövlükdə isə 20 milyard dollar köçürüb…”

“Milyardçının ümümi sərvəti 122, 3 milyard dollar təşkil edir və dünyanın ən zəngin insanlarının reytinqində 4-cü yeri tutur”

“Bill və Melinda Qeyts birlikdə öz xeyriyyə fonduna 55 milyard dollar köçürüb və onlar bütün zamanların ən böyük xeyriyyəçiləridir”

Məşhur milyardçı bütün sərvətini sabiq həyat yoldaşı ilə birgə təsis etdiyi xeyriyyəçilik fonduna köçürəcək

Bill Qeytsin yeni bəyanatı dünya birliyini heyrətə gətirib… 

“Makrosoft”un təsisçisi, milyardçı Bill Qeyts bəyan edib ki, demək olar ki, bütün sərvətini özünün artıq sabiq həyat yoldaşı ilə birgə təsis etdiyi “Qeyts fundeyşn” xeyriyyə fonduna verəcək. Qeyts qeyd edib ki, bundan sonra dünyanın ən varlı adamları siyahısından çıxacaq. Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. Milyardçı xatırladıb ki, son illər bəşəriyyət bir neçə, o cümlədən koronavirus pandemiyası və Ukraynada müharibə kimi dəhşətli sarsıntılar keçirib, bunlar “bir çox insanlarda məyusluq yaradıb və dünyanın bundan da pis ola biləcəyi barədə düşünməyə sövq edib”. “Lakin mən əvvəlkitək nikbin ovqatdayam”, – Qeyts etiraf edib və əlavə edib ki, onun fikrinə görə, “zərəri yumşaltmaq və dünyanın can atdığı irəliləyişə dönmək mümkündür”. Sahibkar deyib ki, hər il fonda 6 milyard dollar köçürüb, lakin “zəmanəmizin böyük böhranları daha çoxunu tələb edir”. Milyardçı fonda artıq 20 milyard köçürüb. “Mən öz ehtiyatlarımı cəmiyyətə elə üsullarla qaytarmalıyam ki, əzabların azalmasıma və həyat şəraitinin yaxşılaşmasına daha çox təsir edə bilsin. Mən ümid edirəm ki, nüfuzlu vəzifələr tutan digət varlı adamlar da irəliyə doğru addım atacaq”, – xeyriyyəçi ümid etdiyini bildirib. “Forbes Real-Time”- ın məlumatına görə, Qeytsin sərvəti iyulun 13-nə 122, 3 milyard dollar təşkil edir. Dünyanın ən zəngin insanlarının reytinqində, “Forbes-2022”-nin versiyasına görə, 4-cü yeri tutub. “Forbes USA” qeyd edib ki, Qeytsin bu ianəsi xeyriyyəçilik tarixində ən böyük ianələrdən olacaq. Bill və Melinda Qeyts birlikdə öz xeyriyyə fonduna 55 milyard dollar köçürüb, bu da onları bütün zamanların ən böyük xeyriyyəçilərinə çevirir. Bill Qeyts “Makrosoft” şirkətinin təsisçisi və səhmdarçısıdır. Bu şirkət müxtəlif növ hesablama texnikası-fərdi kompüterlər, oyun pristavkaları, şəxsi cib kompüterlər, mobil telefonlar və s.üçün proqram təminatı istehsalı üzrə ən iri transmilli şirkətlərdəndir. 2020-ci ildə Bill Qeyts şirkətin direktorlar şurasını tərk edib, 2021-ci ildə Melinda Qeytslə boşanmaq barədə elan edib. Sabiq cütlüyün üş böyük qızları var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir