Kağız, yoxsa elektron kitab?! Aydın Xan Əbilovdan kulturoloji analitik ekspertiza…
Heç kimə sirr deyil ki, son illər İnternet resursları və İK texnologiyalarının inkişafı ədəbiyyata,
eləcə də kitab bazarına güclü təsir göstərə bilib. Müxtəlif nəsil oxucular, ən əsası da gənclər və
tələbələr kağız nəşrlərə deyil, elektron kitablara üstünlük verməyə başlayıblar. Sosial şəbəkələrin
yaranması, inkişafı və günü-gündən genişlənməsi, həyatımızın bütün sahələrinə nüfuz etməsi isə
virtual yazı, elektron kitab, şəbəkə ünsiyyəti, İnternet resurslar və elektron kitabxanalara meyli
daha da həvəsləndirib.
Hazırda dünya özünün innovativ-informativ mərhələsini yaşayır. Yeni informasiya-
kommunikasiya texnologiyaların özünün də diqtə etdiyi fərqli düşüncə tərzi, virtual dərketmə
məqamlar yaranıb. Bu baxımdan bütün dünyada olduğu kimi, Azərbaycanda da e-kitab, şəbəkə
ədəbiyyatı, İnternet hipermətnlər, və bunların məntiqi ardı olaraq elektron kitabxanalar dövrü
başlayıb. Azərbaycanda bu mərhələ 90-cı illərin axırları 2000-ci illərin əvvəllərində vüsət aldı,
Azərbaycan ədəbiyyat nümunələrinin, milli kitabların, çağdaş bədii söz örnəklərinin elektron
variantları meydana gəldi. İnsanların bu elektron və ya şəbəkə ədəbiyyatına kütləvi maraq
göstərməsi bir qədər ləng xarakter alsa da, hər halda bu proses başladı, get-gedə də genişləndir.
Daha sonra dünyada gedən ədəbi-kulturoloji, texnoloji proseslər Azərbaycanda öz əksini tapdı.
Məşhur “Qüttenberq” deyilən bir layihə var. Layihənin məğzi o idi ki, indiyə qədər bəşəriyyətin
yaratmış olduğu yazılı informasiyaların, mətnlərin, elmi,bədii və dini kitabların elektron variantı
hazırlansın. Kompyuter və sürətçıxarma cihazları vasitəsilə hazırlanan bu variantlar xüsusi
proqramlarla rəqəmsal formaya salınır, İnternetin müxtəlif resurslarda, o cümlədən elektron
kitabxanalarda yerləşdirilir ki, bütün dünya onlardan yararlanmaq imkanı qazansın. Belə bir
şəraitdə biz də bu prosesdə geri qalmadıq, ölkəmizdə bir neçə ciddi intellektual-kreativ İnternet
resursları, o cümlədən elektron kitabxanalar yaradıldı. Həmin kitabxanlarımızda ənənəvi
nəşrlərin – kağız kitabların elektron formaları yox, eyni zamanda müxtəlif intellektual, kreativ və
ədəbiyyata aid yazıları yerləşdirilərək geniş oxucu kütlələrinə çatdırılır. Anl.az, kitabxana.net,
kitab.biz portalları kimi elektron kitabxanalardan yalnız Azərbaycandan deyil, dünyanın hər
yerindəndaxil olurlar və bizim milli kitablarımızın elektron variantlarından geniş istifadə olunur.
Buna görə də ydüşüncə adamlarımızın, alimlərimizin, yazıçı və şairlərimizin elektron kitabları,
dərsliklər, elmi və dini kitablar, ümumiyyətlə, gərəkli olan əksər əsərlər dünyanın aparıcı
dillərində, amma sözsüz ki, ilk növbədə Azərbaycanca kitabxanalarımızda yerləşdirilib.
Əlbəttə, istər dünya, istər müasir Azərbaycan ədəbiyyatında elə kitablar, o cümlədən elmi-
intellektual əsərlər, ali və orta məktəb dərslikləri var ki, onların elektron versiyası təəssüf ki,
yaradılmayıb. O səbəbdən bizim milli elektron kitabxanalarımızda da onları tapmaq mümkün
deyil.
Azərbaycanda üç böyük elektron kitabxana var: Prezident Elektron Kitabxanası, ikincisi
M.F.Axundov adına Milli Kitabxananın elektron resursu və nəhayət, üçüncü Milli Virtual-
Elektron portal – kitabxana.net. Milli kitabları əsasən bu üç mənbədə yerləşdirilir. Düzdür, son
illər çoxsaylı electron resurslar yaradılsa da, onlara hələ electron kitabxana demək bir qədər
çətindir, gərək müəyyən standartlara cavab verən səviyyəyə qədər inkişaf etsinlər. Qeyd edim
ki, bu üç kitabxana bir-biri ilə mütəmadi olaraq əlaqəli şəkildə işləyir. Prezidentin Fondundan
bizim kitabxanalara maliyyə yardımı göstərilir. Digər dövlət qurumlarının və Yazıçılar Birliyinin
də maliyyə və texniki, o cümlədən yaradıcı imkanlarından istifadə olunaraq ədəbiyyatımızın
elektronlaşdırılmasını sürətləndirmişik.
Yazıçı və şairlərin, alim, müəlliflərin yaradıcılığını təbliğinə electron kitabların çox böyük təsiri
var: dünyada İnternetdə yayımlanan materiallara görə reytinq müəyyənləşdirilmə sistemləri indi
dəbdədir. Azərbaycanda kitabların nəşri sahəsində müəyyən problemlər hələ də qalmaqdadır:
tirajı 500-1000 nüsxədən yuxarı kitab çap olunmur. Onlar əlli milyonluq azərbaycanlının heç 1
faizinə də çatmır, nəinki dünyada, Azərbaycanda və türk dillərindən istifadə edən kitabsevərlərə.
Bu mənada İnternetdə – elektron kitabxanalarda yerləşdirilən e-kitablar istənilən şəbəkə
istifadəçisi üçün əlçatandır.
Bir çox istifadəçi elektron kitabxanalarımızın sistemli deyil, dağınıq və səpələnmiş olduğundan
şikayət edir. Kitabxanalarımızda müəyyən axtarış sistemlər var. Həm müəlliflər, həm də ölkələr
üzrə axtarış etməklə istənilən kitabı tapmaq olar. Üstəlik, elektron kitabxanalar çoxsaylı
bölümlərdən ibarətdir. Kitablar klassika, dünya ədəbiyyatı, lüğətlər və ölkələr üzrə
sistemləşdirilir. Düzdür, onların hamısını biz hələlik komplektləşdirmək mümkündeyil, həm də
dünya dillərində saysız-hesabsız kitablar var, hamısını İnternet resurslarında yerləşdirmək
çətindir, heç buna iddialı da olmaq lazım deyil. Hazırda dünyadakı innovativ-intellektual
proseslərə cavab verən işlər görülüb, Azərbaycanın klassik və müasir ədəbiyyatının ən dəyərli
nümunələrini elektron kitabxanalarımızda yerləşdirmişik.
Sual oluna bilər: bəs bu elektronlaşma ənənəvi ədəbiyyata – kağız kitabın inkişafına mane
olmurmu?! İndi kifayət qədər elektron kitabxananı özündə ehtiva edən İnternet texnologiyaları
çıxıb. Onlardan rahatca kitabları oxumaq mümkündür. Azərbaycanda olan elektron kitablarla
kağız kitabları müqayisə etsək, ənənəvi nəşrlərin get-gedə zəiflədiyini, satışının və istifadəçisinin
azaldığının şahidi oluruq. Əksinə, yeni nəsil, gənclər və cavanlar daha çox elektron
daşıyıcılardan yararlanır, ağıllı cihazlardan – e-kitab, smartfon, planşet, kompyuterlərdən
mətnlər oxumağa üstünlük verirlər.
Vaxtilə əlyazmadan mexaniki nəşr olunan kağız kitaba keçid nə qədər zərüri idisə, indi də
elektron kitab, İKT yayımlarına öyrəşmək bir o qədər gərəklidir. Elektron kitabın və İnternetdəki
virtual kitabxanaların üstünlüyü həm də ondadır ki, istədiyin sayda kitabı anındaca əldə etmək
imkanını bizlərə verir. Bu isə sürət əsrinin ən önəmli tələblərinə cavab verən amildir. saxlamaq
imkanın olur. Amma əksinə, ənənəvi nəşrlərə diqqət ayıraq: iki otaqlı evdə min kitabı saxlamaq
qeyri-mümkündür, üstəlik də kağız çap məhsullarının qiymətinin baha olması, tirajının
məhdudluğu, satış və yayım imkanlarının daralmasını da bura əlavə etsək, məsələ bir az da
qəlizləşir.
İndi zəmanə mobillik, İK texnologiyalarından baş açmaq, elektron yazı və e-oxu bacarıqlarını
inkişaf etdirmək kimi kreativliyi-innovativliyi tələb edir. Biz axırıncı dəfə nə zaman kağız
məktub yazmışıq? Bütün günü “sms”lə və sosial şəbəkələrdə yazışmaqla, kompyuter
avadanlıqlarından e-oxumaqla məşğuluqsa, bir yandan da kağız kitabların qiyməti bahadır.
Elektron kitabxanalar bizim üçün müasir dövrdə qaçılmaz bir fürsətdir.
İstənilən halda kağız, ya elektron kitab problemi istifadəçilərin zövq və vərdişiylə bağlı bir
məsələ olduğundan hələlik onların paralel inkişafına ehtiyac duyulur. Bir də unutmayaq, söhbət
ənənəvi və elektron kitabın mətnindən edeyil, formasından gedir…
P.S. ABŞ-dakı beyin mərkəzlərinin apardığı tədqiqatlara və araşdırmalara görə yaxın 4-5 ildə
istənilən kağız və çap məhsulu öz yerini elektron daşıyıcılarına verəcək: hazır olun buna.
Aydın Xan Əbilov

