İnsanı intihara irsi meyllər aparır. İctimai fəal Mircəlal Mehdiyevin qazi intiharlarına fərqli baxışı…
Tarixən də, sosiologiyadan da məlumdur: nəyi təbliğ edəcəksən, o çoxalacaq, bu prinsip əksər hallarda keçərli sayılır. Son illər get-gedə artan intihar hadisələri də bura prinsipə söykənir sanki. Bu gün intihar edənə haqq qazandıranlar, özləri də bilmədən, birmənalı şəkildə intiharı təbliğ edirlər. Bəzi hallarda bir məsələ haqqında danışmaq belə onun təbliğinə xidmət etmiş olur.
Bu yazımız da “təbliğ” kimi çıxır müəyyən mənada: o üzdən danışan da, seçəcəyimiz mövzülar, dilə gətirəcəyimiz sözlər o qədər kəsərli olmalıdır ki, təbliğ etmiş yox, insanları uzaqlaşdırmış olsun. İntihardan da, pis əməllərdən də imtinaya çalışmalıyıq, nəinki onlara həvəsləndirmək.
İntihar edən hər bir insanda, onu bu əməlinə sürüklüyən irsi meyllərin olması mümkündür. Şəxsin intihar etməsinin əsas səbəbi düşdüyü şəraitdirsə, digər tərəfdən irsi meyllər də əsas cəhətlərdən sayılır. Bu gün intihar edən müharibə iştirakçılarına görə əksər məmurları günahlandırmaq yanlış düşüncə seçimidir, bu yanaşma intiharların sayını daha da çoxaldacaq. Əslində intihar edənə kimsənin ürəyi yanmır, məmurlara qarşı qərəzli olanlardır ictimaiyyəti qəsdən çaşdıranlar. Birmənalı şəkildə intihar edən müharibə iştirakçılarının ailə üzvlərini günahlandırmaq olar, intihara meylli olanların yalnız ailə üzvlərini maarifləndirmək lazımdır. Ailələsində pozitiv həyat yaşayan, ailələsində xoş münasibət görən şəxs kənarda ən ağır haqsızlıqla da üzləşsə belə, özünəqəsdə meylli olmayacaq.
İntihar səviyyəsi həddində insan psixologiyasının pozulması, əksər hallarda öz ailəsindəki gərgin münasibətlərə görədir: təbii ki, irsi meyllərin də burada böyük rolu vardır. Önəmli məqam odur ki, irsi meyllər olmasa, insan psixologiyası pozularaq o həddə gəlib çatmayacaq. Bütün davranış və hərəkətlərimiz dədə-babalarımızın hərəkət və davranışları ilə eynidir, hətta danışdıqlarımızda.
Ailə üzvləri əksər hallarda etdiyi hansı hərəkətə görə, etməli olduğu və etmədiyi hansı əməllərlə ailə üzvünü intihar etməyə sürüklədiklərini bilmirlər, bilsələr də özlərini qınamaq istəmirlər. Müharibə iştirakçılarının intihar etməsinə birmənalı şəkildə nə məmurlar, nə də ki, maddi sıxıntılar səbəb ola bilməz. Sayğılı şəhid və qazilərimiz maddi tərəfə görə döyüşə atılıb qəhrəmanlıq göstərməyiblər.
Cəmiyyət olaraq intihar edəni, onun ailə üzvlərini maarifləndirmək daha vicdanlı və uğurlu yanaşma ola bilər. İntihara səbəblərdən biri də sevgisizlikdir, canına qəsd edən zənn edir ki, yetəri qədər sevilmir. Elə şəxslər düşünür ki, ntihara cəhd edəcək, sağ qalacaq və bundan sonra özünə diqqəti cəlb edəcək, hətta seviləcəkdir. İntihar edənlər anlamalıdırlar ki, bu gün əlini bala batırıb digər insanların ağzına salanlar belə, layiq olduqları səviyyədə sevilməyə bilirlər.
Məmurları qınamaq birmənalı şəkildə yanlışdır, uçuruma aparan yanaşmadır, kökündə qərəz dayanır, bilə-bilə qəsdən ictimaiyyəti çaşdırır – kimlərsə öz maraqları naminə. Bu yanaşma qaragüruh dəstələrə sərf edir, çünkü belə olan halda intihar sayının çoxalacağını bilirlər.
Post-pandemiya və post-müharibə dövründə dövlətimiz tərəfindən bütün müharibə iştirakçılarına və onunların ailə üzvlərinə böyük qayğı göstərilir, maddi yardımlar olunur, birdəfəlik yardımların, verilən avtomobillərin sayı, tikilən, bağışlanan evlərin, mənzillərin sayı hardasa çoxluğunu hər kəs bilir: aylıq təyin edilən pensiyalarda insanın yaşayışı üçün yetə bilən məbləğdi.
Maraqlıdır ki, rəsmi sənədlərə əsasən, ən layiqli, artıqlaması ilə dəyərləndirilənlərin bir çoxu daha artığını istəyir, ala bilıməyəndə isə intihara əl atırlar. Baxın, ictimai qınağ belə hallara qarşı olmalıdır ki, başqalarına da ibrət olsun. Axı dində də istənilən səbəblərdən əl atılan intihar günah sayılır…
Mircəlal Mehdiyev,
Lənkəran rayon Moğonojoba kənd sakini

