Küçə mədəniyyəti necə olmalıdır? – Ekspert, VCA və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov açıqladı…

“Feodalizm dövründən bu günə qədər birgəyaşayış mədəniyyətinin əsas hissəsindən sayılan davranış mədəniyyəti, etik normalar, ictimai yerlərdə, küçədə insanların qrup halında toplaşdığı yerlərdə özlərini qrup halında aparmaq mədəniyyəti ilə əlaqədar müəyyən dəyərlər hazırlanıb”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bu dəyərlərin bir hissəsi milli dəyərlər olsa da, böyük bir hissəsi bəşəri dəyərlər sayılır: “Təəssüflər olsun ki, uzun müddətdir ki, Azərbaycanda milli dəyərlərimizə hər kəs tərəfindən riayət olunması ilə əlaqədar maarifləndirici tədbirlər aparılsa da, hələ də bu istiqamətdə boşluqlar var. İctimai yerlərdə insan özünü bir şəxs olaraq necə aparmalıdır ki, başqaları ilə konflikt yaşamasın. Biz küçədə tez-tez mənfi hallarla rastlaşırıq. Təkcə küçədə yox, eyni zamanda avtobuslarda, metroda mənfi halların şahidi oluruq. Bu tipli hadisələr bir daha onu göstərir ki, insanlar hələ də birgəyaşarlığın etik davranış normalarına riayət etmək istəmirlər. Xüsusən də sosial şəbəkələrdə xarici ölkələrin təsiri ilə formalaşan gənclərdə getdikcə davranış normalarına riayət edilməməsi faktlarını görürük.

İnsanlar bir-birinə hörmətsiz davranır, ictimai nəqliyyatda bir-birilərinin ayaqlarını əzirlər, küçədə və parklarda saqqız və siqaret kötüklərini yerə tullayırlar. Buna qarşı inzibati məsuliyyət güclənsə də cərimələr artırılsa da, tədbirlər və layihələr həyata keçirilsə də yenə də biz bu məsələlərdə problem yaşayırıq. Bizim hər bir xüsusiyyətimiz şəhərə gələn turistlərə, iş adamlarına da müsbət və ya mənfi təsir göstərə bilər. Davranış mədəniyyəti, etik normalar dedikdə yalnız özünü aparmaq, paltar geyinmək, danışıq tərzinə aid deyil. Bu, həm də ətraf mühitə olan münasibətimizdir. Bu, çox böyük bir problemdir. Davranış və etik normalar birgə yaşarlıq üçün, sərbəst şəkildə bir-birimizin hüquqlarına hörmət etmək üçündür. Əgər, biz bunlara fikir verməsək, həm kiçik, həm böyük konfliktlər yarana bilər”.

Arzu Qurbanlı –https://sia.az/az/news/social/966637.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir