“Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələri Şuşada elan edilib. QHT təmsilçilərinin Şuşaya səfəri başa çatıb.

“Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələri Şuşada elan edilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini Şuşa şəhərində elan edib.

Şuşada təşkil edilən tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov , Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin məsul əməkdaşları, QHT-lər və media nümayəndələri iştirak ediblər. Tədbir başlamazdan əvvəl vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş nitqi ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Şuşa İli” nə həsr edilmiş qrant müsabiqənin mərhələləri barədə məlumat verib və layihələrin icrası zamanı qalib gələn təşkilatların fəaliyyətlərinin idarə edilməsinin daima diqqət mərkəzində saxlanılacağını bildirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qalib gələn təşkilatları təbrik edib, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada müxtəlif layihələrin gerçəkləşdirilməsinin olduqca əhəmiyyətli olduğunu qeyd edib.

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov hər kəsi Şuşa şəhərində salamlamaqdan məmnun olduğunu bildirib və Şuşa şəhərinin təbliği baxımından vətəndaş cəmiyyəti nümayəndələrinə təşəbbüskarlıqlarına görə təşəkkürünü bildirib.Sonda qalib olan təşkilatların adları və qrant məbləğləri açıqlanıb.

Məlumat üçün bildirək ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

QHT təmsilçilərinin Şuşaya səfəri başa çatıb

28-29 iyun tarixlərində Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin geniş tərkibdə nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başa çatıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 200-dək QHT təmsilçisi və bloggerlər iştirak edib.

Səfər çərçivəsində QHT-lərə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib. O cümlədən, Qeyri-hökumət təşkilatlarının nümayəndələri mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq, quruculuq işləri ilə də tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, sözügedən səfər QHT Agentliyinin təşkilatçılığı ilə QHT-lərin Qarabağa 10-cu səfəridir. Artıq mütəmadi olaraq, mədəniyyət paytaxtımıza QHT-lərin geniş tərkibdə səfəri təşkil olunur. Bugünədək 500-dən artıq QHT-nin yalnız Şuşaya səfəri təşkil edilib. Səfərin təşkilində məqsəd 30 ilə yaxın erməni vandallarının törətdiyi dağıntıları, mədəni və tarixi abidələrin məhv edilməsini vətəndaşlarla işləyən insanlara tanış etmək və eyni zamanda burada aparılan bərpa və quruculuq işlərini onların diqqətinə çatdırmaqdır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bundan əvvəl QHT nümayəndələrinin Ağdamda, Talış kəndində, Xudəfərində olduqlarını bildirib və belə səfərlərin davamlı olacağını diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, səfərin əsas məqsədini vətəndaş institutlarının köməyi ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Zəfərimiz, Qarabağda quruculuq işləri barədə məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Şuşaya səfər QHT-lərin xoş əhval-ruhiyyəsi ilə yekunlaşıb və onlar ölkə başçısı cənab İlham Əliyevə ölkəmizin əldə etdiyi zəfərə görə təşəkkür ediblər.

#QhtAgentliyi#NgoAgency#Şuşa#səfər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir