“Şeyxülislam A.Paşazadə İstanbul sammitində vacib mesaj verdi.” – Mərmərə Vəqfinin prezidenti Akkan Suver
“İstanbulda keçirilən 25-ci Avrasiya İqtisadi Sammiti uğurla başa çatdı. Azərbaycandan Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə zirvə görüşü islamın timsalında vacib mesajların verilməsində mühüm rol oynadı”.
Bu sözləri zirvə görüşünün təşkilatçısı olmuş Türkiyə Mərmərə Qrupu Vəqfinin prezidenti Dr.Akkan Suver açıqlamasında bildirib.
Onun sözlərinə görə, zirvə görüşünün iştirakçıları Şeyxülislamın maarifçi baxışlarıdan və fikirlərindən bəhrələniblər.
Qeyd edək ki, iyunun 7-8-9-da İstanbulda keçirilən 25-ci Avrasiya İqtisadi Sammitinə 43 ölkədən nümayəndə heyəti qatılıb.
Prezident Ərdoğanın, 11-ci Prezident Abdullah Gülün, Türkdilli Dövlətlər Təşkilatının Ağsaqqalar Şurasının sədri Binəli Yıldırımın təbrikləri açılan 25-ci Avrasiya İqtisadi Zirvə toplantısında xarici işlər nazirinin köməkçisi Yavuz Səlim Kıran, İstanbul millət vəkili Şamil Ayrım, sabiq xarici işlər naziri Hikmət Çətin və digər rəsmilər iştirak edib.
12 dövlət başçısının iştirak etdiyi 25-ci Avrasiya İqtisadi Zirvə toplantısında xaricdən yüksək dövlət və iş adamları qatılıb. Azərbaycandan QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Zirvə toplantısında Dr.Akkan Suverə Birləşmiş Millətlər Təşkilatının Sevgi və Sülh Federasiyası tərəfindən “Qızıl Sülh” Şərəf Medalı təqdim edilib.
Mərmərə Qrupu Vəqfinin prezidenti Dr.Akkan Suverin sözlərinə görə, Şeyxülislam Allahşükür Paşazadə 25-ci Avrasiya İqtisadi Zirvə toplantısında mühüm məruzə ilə çıxış edib.
“Möhtərəm Şeyxülislamın ehtiyacımız olan sülhə verdiyi önəmi üzə çıxaran çıxışı yüksək qiymətləndirildi. İştirakçılar tərəfindən həmçinin Şeyxülislamın qlobal qida böhranı təhlükəsi ilə bağlı qiymətləndirməsini diqqətlə dinlənildi.
Xüsusi vurğulamaq istərdim ki, Şeyxülislamın gəlişi ilə 25-ci Avrasiya İqtisadi Zirvəsi islamın təmsili ilə bağlı mühüm mesajların verilməsində mühüm rol oynadı. Mərmərə Qrupu Vəqfi olaraq, Şeyxülislamın 25-ci Avrasiya İqtisadi Zirvə Toplantısında iştirakından şərəf duyduq””-deyə Akkan Suver bildirib.
“İstanbulda keçirilmiş 25-ci Avrasiya Sammitinin gündəliyində dəyərli fikirlər yer aldı. Ümid edirəm ki, təkliflərdən ən geniş şəkildə faydalanılacaq”.
Bu sözləri açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım zirvə görüşünün nəticələri barədə danışarkən deyib.
Ş.Ayrım bildirib ki, Zirvə görüşündə enerji, iqlim dəyişikliyi, miqrasiya və ərzaq təhlükəsizliyi kimi bu günün aktual problemləri, həmçinin Rusiya-Ukrayna böhranının bütün bu sahələrə təsirləri müzakirə edilib.
Qeyd edək ki, Avrasiya Sammitində 42 dövlət təmsil olunub. Azərbaycandan zirvə görüşünə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.
Ş.Ayrımın sözlərinə görə, Şeyxülislamın Zirvə toplantısında çıxışında vacib məsələlərə toxunub. “Möhtərəm Şeyxülislam xüsusilə dünyanı sülhə və dialoqa çağırdı. O, bəşəriyyətin ən çox buna ehtiyacı olduğunu vurğuladı”.
Şamil Ayrım deyib ki, QMİ sədrinin qlobal ərzaq böhranı və iqlim dəyişikliyi ilə bağlı çıxışı ilə də diqqət çəkib.
“Mərmərə Vəqfinin təsisçisi olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə 25-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirakına və dəyərli çıxışlarına görə səmimi qəlbdən təşəkkür edirəm”-deyə millət vəkili bildirib.
İyunun 7-8-9-da İstanbulda keçirilən 25-ci Avrasiya İqtisadi Sammitinə 43 ölkədən nümayəndə heyəti qatılıb.
Prezident Ərdoğanın, 11-ci Prezident Abdullah Gülün, Türkdilli Dövlətlər Təşkilatının Ağsaqqalar Şurasının sədri Binəli Yıldırımın təbrikləri açılan 25-ci Avrasiya İqtisadi Zirvə toplantısında xarici işlər nazirinin köməkçisi Yavuz Səlim Kıran, İstanbul millət vəkili Şamil Ayrım, sabiq xarici işlər naziri Hikmət Çətin və digər rəsmilər iştirak edib.
12 dövlət başçısının iştirak etdiyi 25-ci Avrasiya İqtisadi Zirvə toplantısında xaricdən yüksək dövlət və iş adamları qatılıb. Azərbaycandan QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

