“Geyim mədəniyyəti deyilən bir anlayış var” – VCA və YYSİB sədri, ekspert Aydın Xan Əbilov

“Əslində ictimai yerlərdə insanlar müəyyən mənada etik və davranış normalarına riayət etməlidir. Bildiyimiz kimi geyim mədəniyyəti deyilən bir anlayış var. Əlbəttə ki, indiki dövrdə gənclər, yeniyetmələr, Avropa düşüncəli, fikirli yeni nəslin nümayəndələri sərbəstlik və azadlıq istəyirlər. Onlar geyim tərzləri ilə pz mənliyini cəmiyyətə sübut etmək istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, amma bu heç də digər insanların hüquqlarının pozulmasına şərait yaratmamalıdır: “Təsəvvür edək ki, universitetlərin və yaxud ictimai kitabxanaların zallarında kim nə cür istəyirsə, geyinir, istədikləri tonda gülür və danışıqlar. Bu zaman xaotik vəziyyət yaranır. Digər tərəfdən düşünsək, bura Azərbaycandır və Azərbaycanda hər zaman gənclərin qrup halında dostları və yaxud da sevgililəri ilə görüşməkləri üçün çox az məkan var. Keçmişdə hər yer yaşıllıq idi, parklar var idi. Hətta bir-birini sevən şəxslər həmin parklarda oturub rahat söhbət edə bilirdilər. İndi isə görüş yeri kimi kitabxanalardan, kinoteatrlardan istifadə edirlər. Amma indi bir qədər fərqli bir mühit yaradılıb”.

Aydın Xan Əbilov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, hazırda yer çoxdur, amma gənclərin pulu yoxdur: “Tələbə olan gənclərin universitet illik haqlarını, öz xərclərini qarşılamaq üçün işləyirlər. Onların aldıqları əmək haqqı az olduqlarına görə, onlar dost-tanışları ilə kafe və restoranlara gedə bilmirlər. Bu səbəbdən gənclər hazırda görüş yeri kimi kitabxanalara üz tuturlar. Bir çox universitetlər hazırda bu səbəbdən kitabxanalara qısa şalvarda (şortik), maykada girməyi qadağan edib. İstənilən halda hər hansı bir qadağa insanı həmin məsələdə daha da həvəsləndirir. Biz bu cür qadağalar qoyaraq insanları ölkəmizdən uzaqlaşdırırıq. Çünki həmin şortik, açıq-saçıq geyinən gənclərin çoxu intellektual və kreativ insanlardır. Onlar özünəməxsus həll yolu tapan insanlardır. Bir neçə il bundan qabaq uzunsaçlı oğlanları qınamağa başladıq. Həmin oğlanların bir çoxu İT və komputer mütəxəssisləri idi. Onların demək olar ki, böyük əksəriyyəti Azərbaycandan çıxıb getdilər.

Ümumiyyətlə Azərbaycan Tibb Universitetinin qoyduğu qadağanı başa düşmək olar. Amma ortaq məxrəcə gəlmək olar. Bəlkə də universitet bu tipli insanlar üçün ayrıca bir zal ayırsın. Biz indi gənclərimizi məcbur etməməliyik ki, kostyumda, qalstukda universitetə gəlsin. Geyim və yaxud digər həyat tərzi heç kimə maraqlı olmamalıdır”.

Arzu Qurbanlı

https://umico.az/product/232078-soyuducu-atlant-mh-5810-62

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir