Şuşa ilə başlayan bu proses daha da genişlənəcək. Yazıçı-kulturoloq Aydın Xan Əbilov

“Son vaxtlar Qarabağın bərpası, əzəli Azərbaycan torpaqları olması ilə bağlı Şuşada düzənlənən silsilə tədbirlərin əhəmiyyəti böyükdür. Amma bu tədbirlər tək Ağdam, Şuşa ilə məhdudlaşmamalıdır.  Fikir verirsinizsə, cənab Prezident, Mehriban xanım müxtəlif rayon və şəhərlərə səfər edir, Füzuli, Ağdam, Zəngilan və digər qədim yaşayış məskənlərimizdə tikililərin açılışında və yaxud bünövrəsinin qoyulmasında iştirak edirlər. Düşünürük ki, Şuşa ilə başlayan bu proses daha da genişlənəcək və ümumiyyətlə bütün Qarabağı əhatə edəcək. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında öz təsirini göstərəcək”.

Bunu hafta.az-a yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

A.Əbilov qeyd edib ki, Şuşa, Azərbaycanın, Qafqazın, Bütün Türk Dünyasının Mədəniyyət Paytaxtı kimi artıq dünyada təbliğ olunur. Onun sözlərinə görə, bu da Şuşanın kreativ biznes, turizm imkanlarının genişləndirilməsi, Qarabağda Şuşa işğalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, kultural dəyər olaraq kreativ yaradıcı şəxsləri özündə qəbul edən bir meqapolis, Azərbaycanın tarixi şəhəri olaraq çox böyük rola malikdir.

“Şuşada keçirilən müxtəlif festivallar, poeziya günləri bir daha Azərbaycan mədəniyyətinin mətbəx və xalq yaradıcılığının nə dərəcədə zəngin, nə qədər qədim olduğunu sübut edir. Bu qədimilik özü də azərbaycanlıların Şuşada, Qarabağda ta əzəldən yaşadıqlarına dəlalət edir. Əlbəttə beynəlxalq aləm, ictimaiyyət nəinki Qarabağ, nəinki Şuşa, həm də Azərbaycanın sivilizasiyanın ilkin beşiyi olduğunu qəbul edib.  Amma hər yeni nəslə bunu xatırlatmaq çox önəmlidir. Xarıbülbül beynəlxalq musiqi festifalı və eyni zamanda digər tədbirlər milli svilizasiya faktı olaraq bizim həqiqətləri yeni nəslin nümayəndələrinə, o cümlədən də bizim torpaqlarda gözü olan YUNESKO, beynəlxalq təşkilatlara bir daha bəyan etdi. Bu sübut edir ki, Azərbaycan nəinki müharibədə, informasiya savaşında, həm də mədəniyyət sferasında böyük uğurlar qazanmağa qadirdir”.

Kulturoloq hesab edir ki, biz hər hansı bir mədəniyyət hadisəsinin siyasiləşməsini istəməsək də,  mədəniyyətin özü də bir siyasətdir, siyasi proseslərin məntiqi nəticəsidir. O, bu baxımdan da keçirilən hər bir tədbirin böyük siyasi əhəmiyyətinin olması da danılmaz hesab edib.

Tahirə Qafarlı – https://hafta.az/susa-ile-baslayan-bu-proses-daha-da-genislenecek–aydin-xan-ebilov-321753-xeber.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir