Vətəndaş institutları azad rayonlarımızda erməni vəhşiliyinin ifşa edilməsində necə iştirak edir?!

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi faktı həm ölkə vətəndaşlarının, həm də dünya azərbaycanlılarının böyük qürur duyduğu hadisədir. Azad ərazilərə həm dünyanın müxtəlif yerlərindən, həm də ölkə daxilindən müxtəlif sahələrin təmsilçiləri, o cümlədən də vətəndaş cəmiyyəti institutunun nümayəndələri səfərlər edirlər.

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları təmsilçilərinin mütamadi olaraq işğaldan azad olunan rayonlara səfərləri təşkil edilir.

Vətəndaş cəmiyyəti institutları azad rayonlarımızda erməni vəhşiliyinin ifşa edilməsində necə iştirak edir?

  • “QHT-lərin erməni vandalizminin ifşasında rolu az deyil”        

Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov da bildirdi ki, vətəndaş cəmiyyəti təsisatları və ictimai liderlər hər dəfə olduğu kimi bu dəfə də dövlətin yanında olaraq Azərbaycan həqiqətlərini dünya çatdırmaq, Qarabağ məsələsilə bağlı informasiya savaşında fəallıq göstərirlər. “Bu baxımdan Qarabağla əlaqədar, ekologiya, mədəniyyət, tarixi mədəni abidələrin qorunması sahəsi üzrə QHT-lər azad olunmuş ərazilərə tez-tez səfərlər edirlər. Bu səfərlərdə iştirak edən vətəndaş cvəmiyyəti təmsilçiləri sosial media, sosial şəbəkələr vasitəsilə azad ərazilərdəki erməni vandalizmi haqda informasiyalar ötürürlər. Təsəvvür edin ki, bizim ərazilərimizdə ermənilər çox dəhşətli vandalizm aktları törədiblər, abidələrimizə qarşı soyqırım həyata keçiriblər. Erməni fasistlərinin Azərbaycanın kəndlərini, şəhərlərini yerlə yeksan edilməsi faktlarını dünyaya, beynəlxalq qurumlara çatdırılması baxımından bu səfərlərin əhəmiyyəti böyükdür. QHT-lər, ictimai fəallar, vətəndaş cəmiyyətinin nümayəndələri nəinki Qarabağla bağlı, hətta Azərbaycanın yerləşdiyi Qafqaz bölgəsi ilə əlaqədar geopolitik hadisələri, prosesləri analiz edir, bundan çıxış edərək həm ölkə, həm də dünya ictimaiyyətinə həqiqətlərin olduğu kimi çatdırılmasında rol oynayırlar. Yerli QHT-lərin erməni vandalizminin ifşasında rolu az deyil. Azərbaycan dövləti də QHT-lərin gördüyü işləri anlayır və dövlət başçısının xüsusi tapşırığı ilə QHT-lərin Qarabağa-Şuşaya, Füzuliyə, Ağdama və azad edilmiş ərazilərimizə səfərləri təşkil edilir. Bu səfərlər nəticəsində çəkilən videoları, fotoları internet, sosial şəbəkələr vasitəsilə yaymaqla həm Azərbaycan vətəndaşlarına, həm dünyada yaşayan 60 milyonluq soydaşlarımıza, həm də beynəlxalq ictimaiyyətə çox mühüm informasiya ötürülür. O görüntülər tərcümə edilərək müxtəlif beynəlxalq təşkilatların nəzərinə, diqqətinə çatdırılması çox önəmlidir. Qarabağa yalnız QHT-lər getmir, həm də fəal gənclər gedirlər. Onlar həm qələbənin necə çətinliklə qazanıldığını görmək, həm də möhtəşəm proseslərə dəstək vermək məsələsinə şahidlik edirlər. Eyni zamanda Qarabağın bərpası ilə bağlı dövlət proqaramlarının yerinə yetirilməsində ictimai nəzarəti təmin etmək üçün çox önəmlidir. Ona görə də bizim QHT sektorumuz, QHT-lərimiz bu yöndə güclü fəaliyyətlər göstərməlidir.  İctimai faəllar, vətəndaş cəmiyyəti institutlarının liderləri ictimai nəzarəti təmin etməklə Qarabağda aparılan bərpa prosesinə xüsusi baxış sərgiləsinlər”- deyə A.X.Əbilov vurğuladı.

  • “Onların gerçək simasını hər kəs tanımalıdır”

“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, 44 günlük müharibə zamanı olduğu kimi, hazırda da yerli qeyri-hökumət təşkilatları erməni vandalizminin ifşası istiqamətində böyük işlər görür. D.Osmanlının sözlərinə görə, torpaqlarımız azad olunandan sonra QHT təmsilçilərinin azad rayonlara səfərlərinin təşkil edilməsi çox uğurlu nəticələr verib. Azərbaycan Respublikasının QHT-lərə Dəstək Agentliyinin maliyə yardımı ilə “Türk Dünyası İnfo” İctimai Birliyi “Zəfər duyğularının ədəbiyyatda və nəşrlərdə təzahürü” adlı layihəsi çərçivəsində “Şuaş İli”nə həsr olunmuş “Zəfər duyğuları” adlı poeziya antologiyası nəşr edilib. “Erməni faşizmi nəinki Azərbaycan cəmiyyətində, eləcə də dünyada ifşa olunmalıdır. Onların gerçək simasını hər kəs tanımalıdır. Ermənilər tarix boyu həmişə qətliamlar törədiblər, həmişə türklər əleyhinə təcavüz siyasəti yürüdüblər və torpaqlarımızı zaman-zaman öz  havadarlarının sayəsində istila ediblər. Bu gün də onlar bizim torpaqlarımız üzərində məskunlaşıblar, öz dövlətlərini yaradıblar. Gec-tez həqiqət öz yerini tutmalıdır. Azərbaycan dövləti öz tarixi torpaqlarını heç bir işğalçının tapdağında qoymur. O cümlədən də Qarabağı həmin fikirlə, həmin əzmlə və həmin təəssübkeşliklə işğaldan azad etdik”.

D.Osmanlının sözlərinə görə, vətəndaş cəmiyyəti institutları bu işdə çox fəaldırlar: “QHT-lərimiz azad edilmiş ərazilərimizdə erməni faşistlərinin vandalizm hərəkətlərini yüksək səviyyədə ifşa etməyə qadirdirlər. Bu işlə bağlı öz fəaliyyətlərini davam etdirəcəklər”.

“Zəfər duyğuları” poeziya antologiyasında əks olunan materiallarda Azərbaycan insanının öz torpağına bəslədiyi duyğular, vətən övladlarının qəhrəmanlıqları ifadə edilib. Bu həm əsaslı şəkildə ədəbiyyatın inkişafına, həm də Azərbaycanın insanının düşüncəsindəki münaisbətlərə, erməni faşizminə baxışına bir aydınlıq gətirilmiş oldu. D.Osmanlı deyir ki, burada da əks olunduğu kimi Azərbaycan insanı həmişə haqlıdır: “Bundan çıxış edərək bir QHT kimi fəaliyyətimizi stimullaşdırmalıyıq.  Hər bir Azərbaycan vətəndaşı bu sahədə öz səylərini əsirgəməməlidir. İmkan daxilində həm beynəlxalq təşkilat qarşısında, həm də cəmiyyət qarşısında fikirlərini bildirməli, erməni faşizmini ifşa etməlidir”. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

https://www.baki-xeber.com/siyaset/139305.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir