“Belə tədbirlərə elə mütəxəssislər dəvət olunmalıdır ki…” – VCA və YYSİB sədri Aydın Xan Əbilov: “Bu proses bütün Qarabağı əhatə edəcək”

“Son vaxtlar Qarabağın bərpası, əzəli Azərbaycan torpaqları olması ilə bağlı Şuşada düzənlənən silsilə tədbirlərin əhəmiyyəti böyükdür. Amma bu tədbirlər təkcə Ağdam, Şuşa ilə məhdudlaşmamalıdır.  Fikir verirsinizsə cənab Prezident, Mehriban xanım müxtəlif rayon və şəhərlərə səfər edir, Füzuli, Ağdam, Zəngilan və digər qədim yaşayış məskənlərimizdə tikililərin açılışında və yaxud bünövrəsinin qoyulmasında iştirak edirlər. Düşünürük ki, Şuşa ilə başlayan bu proses daha da genişlənəcək və ümumiyyətlə bütün Qaravbağı əhatə edəcək, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında öz təsirini göstərəcəkdir”.

Versus.az xəbər verir ki, bunu yazıçı-kulturoloq Aydın Xan Əbilov bu gün Şuşada “Xaribülbül” festifalının açılışı və dünyaya verə biləcəyi müsajlarla bağlı açıqlamasında bildirib.

A.Əbilov qeyd edib ki, Şuşa, Azərbaycanın, Qafqazın, Bütün Türk Dünyasının Mədəniyyət Paytaxtı kimi artıq dünyada təbliğ olunur.

Onun sözlərinə görə, bu da Şuşanın kreativ biznes, turizm imkanlarının genişləndirilməsi, Qarabağda Şuşa işğalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, kultural dəyər olaraq kreativ yaradıcı şəxsləri özündə qəbul edən bir meqapolis, Azərbaycanın tarixi şəhəri olaraq çox böyük rola malikdir:

“Şuşada keçirilən müxtəlif festivallar, poeziya günləri bir daha Azərbaycan mədəniyyətinin mətbəx və xalq yaradıcılığının nə dərəcədə zəngin, nə qədər qədim olduğunu bir daha sübut edir.  Bu qədimilik özü də azərbaycanlıların Şuşada, Qarabağda ta əzəldən yaşadıqlarına dəlalət edir. Əlbəttə beynəlxalq aləm, ictimaiyyət nəinki Qarabağ, nəinki Şuşa, həm də Azərbaaycanın sivilizasiyanın ilkin beşiyi olduğunu qəbul edib.  Amma hər yeni nəslə bunu xatırlatmaq çox önəmlidir.  Xarıbülbül beynəlxalq musiqi festifalı və eyni zamanda digər tədbirlər milli svilizasiya faktı olaraq bizim həqiqətləri yeni nəslin nümayəndələrinə, o cümlədən də bizim torpaqlarda gözü olan YUNESKO, beynəlxalq təşkilatlar bir daha bəyan etdi. Bu sübut edir ki, Azərbaycan nəinki müharibədə, informasiya savaşında, həm də mədəniyyət sferasında böyük uğurlar qazanmağa qadirdir”.

Kulturoloq hesab edir ki, biz hər hansı bir mədəniyyət hadisəsinin siyasiləşməsini istəməsək də, amma mədəniyyətin özü də bir siyasətdir, siyasi proseslərin məntiqi nəticəsidir. O, bu baxımdan da keçirilən hər bir tədbirin böyük siyasi əhəmiyyətinin olması da danılmazdır. 

Festivalda təşkilatçılıqla bağlı mübahisəli məqamların olduğunu qeyd edən A.Əbilov hesab edir ki, belə tədbirlərdə piarçı, internetdə nüfuzu olan, mədəniyyət sahəsində müstəqil  fikirləri olan tənqidçilər, ictimai liderlər, QHT rəhbərləri, vətəndaş cəmiyyəti fəalları, ekspertlər iştirak etsələr daha məhsuldar nəticə almaq olar. Onun fikrincə, belə tədbirlərə elə mütəxəssislər dəvət olunmalıdır ki, Şuşa Mədəbiyətinin dünya mədəniyyətinə verdiyi töhfələri, Azərbaycanla əlaqədar həqiqətləri  dünyaya çıxara bilsinlər:

“Təəssüflər olsun ki, müxtəlif tədbirlər zamanı bir qrup eyni adamların Şuşaya səfər etdiyini və daha çox əslən Şuşadan olan incəsənət -mədəniyət xadimlərinin, ictimai-siyasi sektorda olan adamların o tədbirə dəvət aldğını görürük. Bu şəxslər Xarıbülbül, Folklor, mədəniyyət incəsənət, sənətin müxtəlif sahələri haqqında, beynəlxalq mədəni kultural dəyərlər haqqında hansı analitik ekspet rəyləri verə bilərlər. Yaxud dünyaya təsir edə biləcək hansı mövqe ortaya qoya bilərlər. Sual bunda yaranır”.

İstənilən halda A.Əbilov Şuşada keçirilən istənilən siyasi, mədəni, ictimai tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib. Onun fikrincə, belə tədbirlərin digər işğaldan azad olunan rayonlarımızda da keçirilməsinə çalışmaq lazımdır. /hafta.az/

T.Qafarlı – https://versus.az/article/az/36104

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir