Yaz girəni ölkəmizdə hər gün 10-15 nəfər intihar edir. İntihardan necə qurtulaq? VCA və YYSİB sədri Aydın Xan Əbilov
Yaz girəni ölkəmizdə hər gün 10-15 nəfər intihar edir.
Vətəndaş Cəmiyəti Alyansı tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilov YeniMedia.net portalına dəhşətli halların qarşısını necə almaq lazım olduğunu danışır:
“İntihar problemi bütün dövrlərdə olub, hazırda da bu bəla dünya ictimaiyyətini ən çox narahat edən məsələlərdəndir.Müasir dövrdə insanların öz həyatlarına qəsd etməsi halları yaxın keçmişlə müqayisədə, daha çox artıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da son zamanlar intiharların tez-tez şahidi oluruq. Xüsusilə, bir neçə dəfə Koroğlu metrostansiyası yaxınlığındakı körpüdən özünü atmaq hallarının şahidi olduq.Həyatdan bezənlərin problemi ilə maraqlansaq görərik ki, kiməsə borcları var, və ya kimlərsə onların haqqını tapdayıb, onları hədələyir, təzyiq göstərirlər.
Bu üzdən də sosial problemlər məngənəsindən xilas olmağın yolunu intiharda görürlər. Son intihar hadisələrində 11-ci sinif şagirdi və müəllim özünüqəsdin qurbanı oldu. Yeniyetməlik dövründə adətən psixoloji gərginlik və ya ilk məhəbbətin daşa dəyməsi kimi səbəblər buna yol aça bilir. Amma müəllimlərə gəldikdə deməliyik ki, onları buna təhrik edən səbəblər əsasən sosial problemlərdən qaynaqlanır. Əmək haqqının az olması, imkansızlıqdan qaynaqlanan ailədaxili problemlər, şagirdlərlə dil tapa bilməmək və s. amillər onları intihara sürükləyə bilər.Öncə özünəqəsdin səbəbləri dərindən araşdırılmalıdır. Cəmiyyətin sürətli inkişafı, informasiyalarla zəhgin mühit fonunda insanların yaşadıqları gərginlik durmadan artır. İnternet portallarında, televiziya kanallarında intiharın açıq-aşkar reklam olunmasını səbəblərdən biri hesab edirəm. Yerli kanallardan hansına çevirirsən çevir fərqi yoxdur, görürük ki, orda mütləq intihar və ya ölüm hadisəsi var.
Özünəqəsdlərin bir səbəbi də bu psixoloji problemlərlə bağlıdır, stress, işsizlik, psixoloji təyiqlər üst-üstə yığılıb çoxalır və sonda intihara gətirib çıxarır. Mən bu mövzuda etdiyim çıxışlarda həmişə Səhiyyə Nazirliyinin səlahiyyətlilərini qınayıram. Axı niyə görə, indiyə qədər nazirliyin nəzdində əhaliyə psixoloji yardım mərkəzləri yaradılmayıb?
Halbuki Azərbaycanda bu problem kifayər qədər aktualdır və bunun özü dediyim məsələnin reallaşmasını zərururətə çevirir. Səhiyyə nazirlliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, müvafiq QHT-lər və digər aidiyyatı qurumların iştirakı ilə mütləq ümumi komissiya yaradılmalı, bura psixoloqlar cəlb edilməli, çətin durumda olan və son çarəni intiharda axtaran insanlar reabilitasiya mərhələsinə cəlb edilməli, və eyni zamanda komissiya üzvləri hansı kənddə, rayonda, məhlədə hansısa intihar baş verərsə bunu aydınlaşdırmalıdır.
Bütün eıektron və yazılı KİV-də özünqəsdin çıxış yolu olmadığı barədə maarifləndirici yazılar, sujetlər, xüsusi reklam çarxları yerləşdirilməlidir.Düşünürəm ki, cəmiyyətdə iqtisadi vəziyyət yaxşılaşdıqca, sosial problemlər həll olunduqca intihar hadisələrinin də sayı azalacaq”.