“Müharibədən əziyyət çəkən qadınlara sosial -psixoloji dəstəyin göstərilməsi” layihəsinin yekun tədbiri

Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyi “Müharibədən əziyyət çəkən qadınlara sosial -psixoloji dəstəyin göstərilməsi” layihəsinin yekun hesabat tədbirini 27 aprel 2022 ci ildə keçirtdi.

Təşkilatın sədri Bahar Qasımova məclisi açaraq iştirakçıları salamladı, keçirilən dörd tədbir haqqında geniş məlumat verdi. Bahar Qasımova çıxışında Ağdam rayonunda, Ağcabədi rayonunun Şərəfxanlı və Hindarxı qəsəbələrində, Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində keçirilən tədbirlər haqqında məlumatı, eləcə də layihənin məqsəd, vəzifələri və onların nəticələri ilə bağlı hesabatı da iştirakşıların diqqətinə çatdırdı.

Çıxışçı bildirdi ki, 120-dən artıq şəhid və qazi ailələrinə, 30-dan artıq aztəminatlı ailəyə 70-dən çox gənc və şagirdə sosial, psixoloji, hüquqi və tibbi dəstəyin göstərilməsi ilə yanaşı, təşkilatın xanımları şəxsi vəsaitləri hesabına həssas qruplara aid edilən o vətəndaşlara Ramazan Bayramı münasibətilə 2500 manatlıq sovqatlar hədiyyə edilib. Daha sonra təşkilat sədri məlumat verdi ki, tədbirlərdə yerli icra orqanlarının nümayəndələri, media işçiləri, müəllimlər və valideynlər iştirak etmişlər.

Yekun tədbirdə təşkilatın sədr müavini, psixoloq Vəfa Abbasova, hüquqşünas Ağamirzə Bağırov öz təəssüratları ilə bölüşdülər.

İctimai Biriyin digər sədr müavini, Milli Dəyərlərin Qorunması Təşkilatının sədri, yazar və alim Dilarə Nağıyeva, müavin, polis polkovnik leytenantı Gülbahar Məmmədova, QHT-nin Nərimanov Rayon sədri, Nərgiz Klinikasının baş həkimi professor Məlahət Qəhrəmanova, Binəqədi Rayon təşkilatının sədri, Vertebra Onurğa Mərkəzinin baş həkimi, professor İradə Hacıyeva, Xəzər Rayon sədri, həkim Günay Məmmədbəyli və digər çıxış edənlər məsələnin aktuallığı barədə öz fikirlərini bildirdilər.

Çıxışlardan sonra şeirlər söylənildi, mahnılar ifa edildi.

Yekun sözü ilə çıxış edərək tədbiri bağlayan Bahar Qasımova Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilstlarına Dövlət Dəstəyi Ağentliyinin rəhbərliyinə və bütün kollektivinə minnətdarlığını bildirdi.

Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyinin Mətbuat Xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir